Məhkəmə qərarları › İş №3(050)-1457/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1457/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1457/2023 08.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Nurullayeva (Həsənova) Nuranə Səid qızının nümayəndəsi Nümayəndə qızının, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu Binə Xocavar kəndində doğulmuş, Masallı rayonu Binə Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2047/2018 saylı, 05 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 09 iyul 2018-ci il tarixdən başlayaraq 12 iyun 2009-cu il təvəllüdlü X4, 12 fevral 2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-1394/2020 saylı, 19 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1936.18 manat əsas, 396.53 manat faiz borcu olmaqla, cəmi 2332.84 manat məbləğində vəsait və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2047/2018 saylı, 05 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 09 iyul 2018-ci il tarixdən başlayaraq 12 iyun 2009-cu il təvəllüdlü X4, 12 fevral 2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-1394/2020 saylı, 19 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1936.18 manat əsas, 396.53 manat faiz borcu olmaqla, cəmi 2332.84 manat məbləğində vəsait və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu aliment tələbi ilə bağı icra vərəqəsinin icraata daxil olduğu zamandan müəyyən ödənişlər etmiş olsa da, tələbkarın dediyinə görə artıq 14 aydır ki, ödəniş etmir. Banka olan borcu ilə bağlı isə borclu bu günə kimi ödəniş etməmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədləri üzrə ondan üç nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməsi və 2332.84 manat məbləğində vəsait və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Əvvəllər aliment öhdəliyi üzrə yaranmış borcunu ödəmişdir. Lakin 1 il öncə xəstə olduğu üçün işləyə bilmədiyindən borcunu ödəyə bilməmişdir. Hazırda işsizdir. Hazırda işləyir və yaranmış aliment borcundan 1000 (bir min) manat ödəniş etmək iqtidarındadır. Qalan borcunu isə üç dəfə olmaqla hissə-hissə ödəyəcəkdir. Bununla bağlı tələbkar tərəflədə aralarında razılıq əldə olunmuşdur. "xxxx" ASC-yə olan borcunuda qısa müddət ərzində hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Nurullayeva (Həsənova) Nuranə Səid qızının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs üç uşağın saxlanılması hər ay üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu əvvəllər ödəniş etsə də, lakin 1 ildən artıqdır ki, heç bir ödəniş etməmişdir. Borclunun aliment öhdəliyi ilə bağlı 4073 manat borcu qalmışdır. Hazırda borclu yaranmış borcundan 1000 manat ödəmişdir və qalan borcunda borclu tərəfindən üç dəfəyə olmaqla ödəmək şərti ilə aralarında razılıq əldə etmişlər. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar