Məhkəmə qərarları › İş №3(050)-1458/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1458/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1458/2023 08.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəlilabad rayonu Kazımabad kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Seybətin küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Masallı şəhəri Seybətin küçəsində ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Seybətin küçəsində olduğu zaman həmkəndlisi Zərərçəkmiş şəxsla rastlaşmışdır. Həmin vaxt Salmanla aralarında anlaşılmazlıq yaranmış və mübahisə olmuşdur. Mübahisə zamanı əsəbləşərək uca səslə Salmanın ünvanına müəyyən sözlər demişdir. Lakin içkili olduğu üçün hansı sözləri dediyini xatırlamır. Mübahisə etdikləri zaman polis əməkdaları onlara yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. Oda polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxsla aralarında dava dalaş olmamışdır. Etdiyi əməlindən peşmandır, birdə belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus avtomaşınla atasının işlədiyi Öncəqala kəndinə getmişdir. Seybətin küçəsində işıqforun qırmızı işığında dayandığı zaman həmkəndlisi Şəxs onun idarə etdiyi maşına yaxınlaşaraq onun yolunu kəsdiyini demişdir. O, isə ona yolu kəsmədiyi bildirmişdir. Daha sonra maşınından düşərək Vüsala yaxınlaşmış və bu zaman Şəxslə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu nəlayiq ifadələrlə söyərək təhqir etmişdir. Eləcədə Vüsala yaxınlaşdığı zaman onun sərxoş olduğunu görmüşdür. Mübahisə etdikləri zaman polis əməkdaları onlara yaxınlaşaraq Şəxs nizam intizaman dəvət etdilər. Daha sonra Vüsal səhvini anlamışdır. Hazırda barışmışlar. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin PPXB-in polis nəfəri, polis kiçik serjantı Elvin Ələkbərli ilə birlikdə 1 №-li avtomarşurutda xidmət apararkən Masallı şəhəri Seybətin dairəsi adlanan ərazisdə iki nəfər şəxsin uca səslə bir-biri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Onlara özlərini təqdim edərkən həmin şəxslərdən biri onları görüb mübahisəni dayandırsa da, digəri daha da hiddətlənərək ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə küçədə, yəni icimai yerdə ucadan nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirib onu nizam-intizama dəvət etmişlər və hərəkətlərinə son verməsini tələb etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş və ətrafda olan insanların diqqətini öz üzərinə çəkməyə başlamışdır. Bundan sonra onlar qanuni tədbir görülməsindən ötrü hər iki şəxsi RPŞ-nə gətirmişlər. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Əli Axundzadə tərəfindən 07 sentyabr 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli 019316 nömrəli protokoldan görünür ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı, şahidin ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona cərimə cəzası təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar