Məhkəmə qərarları › İş №3(050)-147/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-147/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-147/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1955-ci ildə Masallı rayonu, Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 20 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 06 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilin şüşələrini sındırmaqla ona 510 manat maddi ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə az miqdarda ziyan vurma inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Onların atalarından qalmış mülkün bölüşdürülməsi ilə bağlı tez-tez mübahisələri olmuşdur. Onun evi ata həyətində yerləşir. Nail axırıncı uşaq olduğundan özünün ayrı evi olmasına baxmayaraq, ata həyətindən də özünə pay almışdır. 06 yanvar 2023-cü il tarixdə qardaşı Nailin ona aid olan torpaq sahəsini şumlatdırmasını görmüş və əsəbləşdiyindən əlində olan çəkiclə Nailə məxsus “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın, sol qabaq və sol arxa şüşələrini sındırmışdır. Sonra isə öz həyətinə girib öz işləri ilə məşqul olmuşdur. Hazırda Nailə dəymiş 510 manat maddi ziyanı ödəməmişdir. Nailin də ona borcu olduğunu, Nailin ona olan borcunu qaytaracağı təqdirdə ona dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Əməlindən peşimandır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qardaşıdır. Onların atalarından qalmış mülkün bölüşdürülməsi ilə bağlı tez-tez mübahisələri olmuşdur. Lakin bu barədə məhkəmə qətnamələri mövcuddur və o, atasının müklündən öz payını ayırtdırmışdır. 06 yanvar 2023-cü il tarixdə ona məxsus olan torpaq sahəsini sumlatdıran zaman qardaşı Alış qəfildən həyətə gələrək əlində olan çəkiclə ona məxsus “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin alın, sol qabaq və sol arxa şüşələrini sındırmışdır. Daha sonra isə öz həyətinə getmişdir. Bu barəd polisə müraciət etmişdir. Onun avtomobilinə 510 manat ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Onunla barışmamışdır. Ona qanunamüvafiq qaydada cəza verilməsini və dəymiş maddi ziyanın alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxsnın əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-yə verilməsi qərara alınmışdır. “Avtoserviz Masallı” TXS-nin 06 yanvar 2023-cü il tarixli arayışından görünür ki, “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 510 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməli özünün etirafı ilə yanaşı Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatları, inzibati xəta haqqında protokol, 16 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində 1,5 mislidə cərimə edilməsini məqsədəuyğundur. Zərərçəkmiş Zərərçəkmiş şəxs izah edilir ki, o, 510 manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş ziyanın 1,5 misli miqdarında 765 (yeddi yüz altımış beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar