Məhkəmə qərarları › İş №3(050)-1471/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1471/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1471/2023 13.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Firdovsi Zülfü oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin müdiri Mirelvin Hüseynov tərəfindən Şəxs barəsində 24 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ümumiyyətlə həmin avtomobili idarə olunmasını təsdiq edən hər hansı rəsmi sənəd əlavə edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin “səlahiyyətli əməkdaşın xidməti vəzifəsini yerinə yetirməsinə hansı formada mane olduğu” əsaslandırılmamışdır. Protokoldan görünmür ki, hansı sübuta əsasən məhz barəsində protokol tərtib edilmiş şəxs həmin avtomobili idarə edir. Barəsində inzibati xəta haqqında inzibati protokol tərtib edilmiş şəxsin inzibati xətanın subyekti olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə qaytarılsın. Hakim:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar