Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1476/2024 02.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx xxxxx 1976-cı ildə Masallı rayonu Kalinovka kəndində doğulmuş, Masallı rayonu Kalinovka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon icra və Probasiya Şöbəsinin icra məmuru İlkin Həsənlinin inzibati xəta haqqında protokoluna açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon icra və Probasiya Şöbəsi MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla müraciət edərək Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında, icra şöbəsi tərəfindən təqdim edilmiş ərizənin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Masallı Rayon icra və Probasiya Şöbəsinin rəisi Şölət Şahverdiyev xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Masallı Rayon icra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1476/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1476/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver