Məhkəmə qərarları › İş №3(050)-1478/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1478/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1478/2023 25.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Masallı rayon Xıl Bələdiyyəsinin sədri ((AA 2472630) xx.xx.1971-ci ildə Masallı rayonu anadan olmuş, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla, Masallı rayonu Xıl kəndində yaşayan) X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında 01 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayon Xıl Bələdiyyəsinin sədri X4 tərəfindən Masallı rayon Xıl Bələdiyyəsinin 15 avqust 2023-cü il tarixli, 13 saylı iclas protokolu vaxtında təqdim edilməmişdir. Bu hərəkəti ilə Masallı rayon Xıl Bələdiyyəsinin sədri Masallı rayon Xıl Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayon Xıl Bələdiyyəsinin sədri X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Masallı rayon Xıl Bələdiyyəsinin sədri X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işdə olan 15 avqust 2023-cü il tarixli, 13 saylı iclasın protokolundan görünür ki, Masallı rayon Xıl bələdiyyə büdcəsindən Xıl kəndi ərazisində məişət tullantılarının toplanmasıdan ötəri anbar tikilməsi üçün Məhəmməd-2022 MMC ilə müqavilə bağlayaraq 600 manat bələdiyyə büdcəsindən vəsait ayrılması qərara alınmışdır. İnzibati xəta haqqında işdə olan 01 sentyabr 2023-cü il tarixli Masallı rayon Xıl Bələdiyyəsinin sədri X4 tərəfindən tərtib edilmiş məlumatdan görünür ki, o, 2015-ci ilin yanvar ayından Masallı rayonu Xıl bələdiyyəsinin sədri vəzifəsində işləyir. Masallı rayonu Xil bəldiyyəsinin xx.xx.2022-ci il tarixli 13 saylı iclas qərarı ilə bələdiyyə büdcəsindən vəsait xərclənmişdir. Qərarın surəti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qanunla müəyyən edilmiş müddətdə göndərilməmişdir. İş yükünün çox olması səbəbindən iclas protokolunu göndərməyi unutmuşdur. Gələcəkdə belə hallara yol verilməyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X2 təqsiri özünün səmimi etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. X2 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Masallı rayon Xıl Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar