Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1479/2025 18.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Tərtib edilmiş protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-4011/2024 saylı icra vərəsinin, X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-25347 saylı və xx.xx.2024-cü il tarixli, 8İ-25348 saylı icra qeydləri üzrə icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru X9 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-4011/2024 saylı Şəxs X4 müştərək qaydada 3061, 53 manat pul vəsaiti və 50 mnanat dövlət rüsumu tutularaq LPO "xxxx" ASC-yə ödənilməlidir, bundan başqa X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-25347 saylı və 8İ- 25348 saylı icra qeydlərinə əsasən Şəxs ümumlikdə 10.900 manat pul alınaraq X1 xeyrinə ödənilməlidir. X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-25347 saylı və 8İ-25348 saylı icra qeydləri xx.xx.2024-cü il tarixdə, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-4011/2024 saylı icra sənədi isə xx.xx.2025-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, hər üç icra sənədi üzrə icraata başalamaq haqqında qərar qəbul edilmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Hazırki vaxta kimi borclu iki dəfə tələbkar Fərqiyyə Həşimovaya ödəniş etməklə ümumlikdə 1000 manat ödəniş etmiş, hazırda həmin icra sənədi üzrə borclunun 9900 manat ödənilməmiş icra borcu qalmışdır. Digər icra sənədi üzrə isə borclu LPO "xxxx" ASC-nin xeyrinə heç bir ödəniş etməmişdir. Borclunun əmlak vəziyyəti və gəlirləri barədə sorğular göndərilmiş, lakin adıan heç bir əmlak və gəlir yeri aşkar edilməmişdir. X5 dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, bu gün tutularaq icra şöbəsinə gətirildikdən sonra ona Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 4011/2024 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və bildiriş təqdim edilmiş, eyni zamanda barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-25347 saylı və xx.xx.2024cü il tarixli, 8İ-25348 saylı icra sənədlərindən məlumatlıdır. Maddi imkanı olmadığından Fərqiyyə Həşimovaya borcunu birdəfəlik ödəyə bilməmiş, lakin hər ay borcundan tələbkara 500 manat ödəyəcəyi barədə öhdəlik götürməklə onunla razılaşmış, iki dəfə borcundan 500 manat olmaqla tələbkara ödəniş etmişdir. Qalan borcları da yaxın vaxtda ödəyəcəyinə söz verir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-4011/2024 saylı icra vərəsindən isə bu gün, yəni tutularaq icra şöbəsinə gətirildikdən sonra məlumatı olmuş, ona həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş təqdim edilmişdir. X6 icra sənədi üzrə 9900 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmədən ona vaxt veriləcəyi təqdirdə borcunu tələbklara ödəyəcəyinə söz verir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Tələbkarlar hüquqi şəxs LPO "xxxx" ASC-yə və X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hüquqi şəxs LPO "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs Fərqiyyə Həşimova məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-4011/2024 saylı icra vərəqəsi, X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-25347 saylı və xx.xx.2024-cü il tarixli, 8İ-25348 saylı icra qeydləri üzrə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmumuru X9 tərəfindən icraata başalamaq haqqında qərarlar qəbul edilməsinə baxmayaraq, qeyd edilən icra işləri bir icraatda birləşdirilməmişdir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 54.1-ci maddəsinə əsasən İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Həmin qanunun 54.2-ci maddəsinə əsasən bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. Göründüyü kimi, icra məmuru qanundan irəli gələn vəzifəsini yerinə yetirməyərək, eyni şəxsin barəsində olan müxtəlif icra sənədlərini birləşdirilməsi haqqında qərar qəbul etməyərək, hər üç icra sənədinin icra edilməməsi əsası ilə bir protokol tərtib etmişdir. Belə olan təqdirdə həmin protokola baxılaraq vahid qərarın qəbul edilməsi mümkün olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1479/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1479/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver