Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1480/2025 18.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında materialı araşdırıb MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 18 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Həsənov X2 Rayon Məhkəməsinin e- 2(050)-299/2025 saylı, 16 yanvar 2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materialı araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-299/2025 saylı, 16 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2600 (iki min altı yüz) manat pul, hüquqi xidmətə görə 300 (üç yüz) manat, notariat xərci 20 manat, dövlət rüsumuna görə 46 (qırx altı) manat pul alınaraq iddiaçı X1 ödənilməlidir. AZEMİS elektron məlumatlarına əsasən borclu Şəxs mülkiyyətində “VAZ 21011” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobil nəqliyyat vasitəsi vardır. Həmçinin borclu Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində inşaat fəhləsi vəzifəsində işləyir və 350 manat əmək haqqı alır. Göründüyü kimi tələbin yönəldilməsi üçün borclunun əmlakı və rəsmi gəliri vardır. Lakin icra məmuru bununla bağlı heç bir tədbir görməmiş, yəni borclunun mülkiyyətində olan “VAZ 21011” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobilə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət olunmamış, həmçinin əmək haqqına tutma yönəldilməmişdir. Həmin halların isə məhkəmədə işə baxılması zamanı aradan qaldırılması mümkün deyildir. Belə olan halda isə təqdim olunmuş materiallar əsasında Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi ilə bağlı əməlinə qiymət vermək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN seriyalı ******* nömrəli, 18 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1480/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1480/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver