Məhkəmə qərarları › İş №3(050)-1481/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1481/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1481/2024 19.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsinin rəisi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki Şəxs MMC xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 1-TQ istehlahçı-Tikinti işlərinin qiymətləri haqqında rəsmi statistika hesabatlarını təqdim etmədiyinə görə barəsində 18 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsinin rəisi X2 izahatında göstərmişdir ki, Masallı Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışır. Şəxs MMC xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 1- TQ istehlahçı-Tikinti işlərinin qiymətləri haqqında rəsmi statistika hesabatlarını təqdim etməmişdir. İdarənin əməkdaşları tərəfindən Şəxs MMC-yə bu barədə məlumat verilmiş, lakin onlar tərəfindən hesabatlar təqdim edilməmişdir. Odur ki, Şəxs MMC barəsində 18 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də tərtib olunmuş protokol əsasında Şəxs MMC barəsində inzibati xəta haqqında işə qanuna müvafiq qaydada qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixli, 3-34-68/2-201/2024 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Şəxs MMC-yə 1 №-li forma (TQ istehsala) (Tikinti işlərinin qiymətləri haqqında) üzrə məlumatların iyul ayının 15-dək elektron formada təqdim olunması ilə bağlı statistik hesabat təqdim edən məsul əməkdaşlara tapşırıq verilməsi xahiş edilmişdir. Həmçinin Şəxs MMC-yə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatlar təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə və ya təhrif edilərək təqdim edildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər barəsində 300 manatdan 500 manatadək məbləğdə inzibati cərimə edilməsi bağlı xəbərdarlıq edilmişdir. Dövlət Statistika Komitəsinin Elektron informasiya sisteminin məlumatlarından görünür ki, Şəxs MMC 2024-cü ilin İİ rübü üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi ötən hesabat dövrü ərzində tikinti işlərinin qiymətləri haqqında hesabatı təqdim etməmişdir. “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar Həmin qanunun 26-cı maddəsinə əsasən Statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin qanunun 27-ci maddəsinə əsasən Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. Hüquqi və fiziki şəxslər statistika orqanlarına təhrif edilmiş məlumatların verilməsi və ya hesabatın təqdim edilməsi müddətlərinin pozulması nəticəsində yekun hesabatlara düzəlişlər edilməsi ilə əlaqədar dəymiş ziyanı müəyyən edilmiş qaydada müvafiq statistika orqanlarına ödəməlidirlər. Azərbaycan Respublikası İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 11 iyun 2012-ci il 32/4 №- li qərarı ilə təsdiq edilmiş Tikinti təşkilatları və bu sahənin profili üzrə fəaliyyət göstərən müəssisələr hesabat rübündən sonrakı ayın 15-dən gec olmayara yerləşdiyi rayonun statistik orqanına və ya elektron hesabatı www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC 2024-cü ilin İİ rübü üzrə 1 saylı forma (TQ istehsalçı) tikinti işlərinin qiymətləri haqqında məlumatları iyul ayının 15dək yerləşdiyi rayonun statistik orqanına və ya elektron hesabatı www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcələnin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-ci maddəsində göstərilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 389-cu maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə hazırki qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar