Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1481/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 21 avqust 1976-cı ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(050)-2284/2024 saylı icra sənədinə əsasən 20500 manat pul vəsaiti və 152 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X1 ödənilməlidir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(050)-2284/2024 saylı icra sənədinə əsasən 20500 manat pul vəsaiti və 152 manat dövlət rüsumu Şəxs alınaraq iddiaçı X1 ödənilməlidir. Borclu icra sənədi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmir. O, bu gün, yəni xx.xx.2025-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinə çağrılaraq izahatı alınmışdır. Borclu izahatında üzərində düşən öhdəliyi yerinə yetirəcəyini bildirmiş və borcundan 500 manat ödəniş etmişdir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(050)-2284/2024 saylı icra sənədindən məlumatlıdır. O, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmır. Bu gün tələbkarın kart hesabına 500 manat pul ödəmişdir. Hal-hazırda borcunu tam ödəmək iqtidarında deyildir. O, usta işləyir, hər ay borcundan 500 manat ödəyəcəkdir. Əgər imkanı yaxşı olsa daha çox ödəniş edəcəkdir. Göstərilənləri nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(050)-2284/2024 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 19 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(050)-2284/2024 saylı, icra sənədində göstərilən tələbi tam şəkildə ödəmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15481 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən X2 500 manat pul ödənilmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(050)-2284/2024 saylı icra sənədi üzrə borclu barəsində inzibati protokol tərtib edilən zaman yəni xx.xx.2025-ci il tarixdə borcundan 500 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəyinə söz verir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyanın təsiri altına düşmür. Borclu üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün real addımlar atmış, müəyyən ödəniş həyata keçirmişdir. Onun hərəkətlərində icra sənədinin icrasından qərəzli olaraq yayınma halı, eləcə də üzrsüz səbəbdən icra sənədini yerinə yetirməməsi halı aşkar olunmur. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığı üçün tələbin bir dəfəlik olaraq təmin edilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Göründüyü kimi məhkəmə araşdırması zamanı borclunun icra sənədlərinin icrasından üzrsüz şəkildə yayınma halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1481/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1481/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver