Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1483/2024 22.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 6268/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 84000 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq X2 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6268/2018 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə Suraxanı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədi 2023-cü il tarixdə aidiyyəti üzrə icra olunması üçün Masallı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədini üzürsüz səbəbdən icra etməmiş, hazırda icra sənədi üzrə borclunun 84000 ABŞ dolları və və dövlət rüsumuna görə 30 manat ödənilməmiş borcu qalmışdır. X7 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra sənədi üzürsüz səbəbdən icra etmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 20 gün müddətə inzibati həbs tənbeh tədbiri təyin edilmişdir. Eyni zamanda Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-245/2021 saylı qərardadına əsasən borclu Şəxs oğlunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin, borclu qeyd olunanlardan yenə də nəticə çıxarmamışdır. Borclu icra çağırışlarından yayındığına görə onun icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. O, bu gün icra şöbəsinə gələrək özünü təqdim etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6268/2018 saylı icra sənədindən məlumatlıdır. Borcundən indiyədək hər hansı məbləğdə ödəniş etməmişdir. İcra sənədi üzrə ödənilməmiş 84000 ABŞ dolları məbləğdə borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Hazırda heç bir yerdə işləmədiyindən borcundan imkanı çatdığı qədər ödəniş edə bilər. Hazırda isə borcun ödəniş edə bilməyəcəyini göstərmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. Zərərçəkmiş şəxs işə onun iştirakı olmadan baxılmasını, icra sənədi üzrə borcunu tələb etdiyini, ödənilmədiyi təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6268/2018 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 8(010)-245/2021 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına, həmçinin Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 20 gün müddətə inzibati həbs tənbeh tədbiri görülsə də, yenə də nəticə çıxarmayaraq keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibatihəbs etmənin əvvəli 22 iyul 2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Əmirov X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1483/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1483/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver