Məhkəmə qərarları › İş №3(050)-1484/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1484/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1484/2024 23.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbaova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahbazov Ruslan Elmidar oğlunun, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsənov İlkin Qiyas oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 19 dekabr 1999-cu ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan. Şahbazov Ruslan Elmidar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3768/2023 nömrəli icra sənədinə əsasən 28 mart 2023-cü il tarixdən başlayaraq Şahbazov Ruslan Elmidar oğlundan 02.08.2020-ci il təvəllüdlü Şahbazova Zəhraxanım Ruslan qızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Şahbazova Nisə İldırım qızına ödənilməlidir. Lakin borclu Şahbazov Ruslan Elmidar oğlu icra sənədi üzrə yaranmış borcunun ödənilməsini tam olaraq həyata keçirməmişdir. Şahbazov Ruslan Elmidar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsənov İlkin Qiyas oğlu izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3768/2023 nömrəli icra sənədinə əsasən 28 mart 2023-cü il tarixdən başlayaraq Şahbazov Ruslan Elmidar oğlundan 02.08.2020-ci il təvəllüdlü Şahbazova Zəhraxanım Ruslan ğızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Şahbazova Nisə İldırım qızına ödənilməlidir. Şahbazov Ruslan Elmidar oğlunun barəsində inzibati qaydada protkol tərtib edilən zaman 1800 manat borcu yaranmışdır. Həmin borcadan bu gün yəni 23.07.2024-cü il tarixdə 700 manat ödəniş etmiş, qalan borcunuda ödəyəcəyinə söz verir. Protokolun tərtib edilməsinə səbəb tələbkarın qalıq borcunu tam tələb etməsidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahbazov Ruslan Elmidar oğlu izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3768/2023 nömrəli icra sənədindən məlumatlıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu ödəməyə etiraz etmir. İcra sənədi üzrə yaranmış 1800 manat borcundan bu gün 23.07.2024-cü il tarixdə 700 manat ödəniş etmiş, qalıq borcundanda 400 manat pul 15.08.2024-cü ilədək tələbkara ödəyəcəyinə söz verir. Hər ay imkanı olduqcada yaranmış borcu əlavə ödənişlər edərək yekunlaşdıracaq. Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Xahiş edir ki, inzibati icraata xitam verilsin. 22.04.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahbazova Nisə İldırım qızı izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3768/2023 nömrəli icra sənədindən məlumatlıdır. O borcunu tam şəkildə istəyir. Borcunun tam ödənilmədiyi təqdirdə Şahbazov Ruslan Elmidar oğlu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmamış, maddi imkansızlıq səbəbindən ödənişləri vaxtı-vaxtında edə bilmir. Lakin barəsində protokol məhkəmə iclasında daxil olduqdan sonra icra sənədinin icrasına cəhd etmiş və yaranmış 1800 manatdan 700 manat aliment borcunu ödəmiş, qalıq 1100 manat borcunuda ödəyəcəiyinə söz verir. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığından tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şahbazov Ruslan Elmidar oğlu barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar