Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1485/2024 22.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı şəhəri, M.Talışxanov küçəsi, ev, 206-A da qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Masallı şəhəri, Talışxanov küçəsində yaşayan bacısı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14:38-də Masallı rayonu, M.Talışxanov küçəsi, ev 206-da yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Emin Kəngərli tərəfindən döyülməsi barədə məlumat vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, Masallı RPŞ-nə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində qardaşı Emin adlı şəxs onu döymüşdür. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs bacısıdır. O, atası Vasif Kəngərliyə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul edir. Ona, spirtli içki qəbul etməməyindən ötrü bir neçə dəfə atası və digər ailə üzvləri xəbərdarlıq etmişdir. Lakin, o, özü ilə bacarmır. O, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Masallı şəhər ərazisində olan kafedə spirtli içki araq qəbul etmişdir. O, sonra spirtli içkinin təsiri altında evə gəlmişdir. Arzu onu sərxoş görüb irad bildirmişdir. Həmin vaxt aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı əsəbləşib Arzunun üzünə sillə vurmuş, həmin zərbə Arzunun sağ göz nahiyəsinə dəymiş, nəticdə bacısı xəsarət almışdır. O, sonra evi tərk etmişdir. O həmçinin əməlindən peşman olmadığını, qardaşın bacısını vurmağa haqqının olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qardaşıdır. Şəxs spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul edir. O, Eminə spirtli içki qəbul etməməsindən ötrü bir neçə dəfə xəbərdarlıq etmişdir. Lakin, bir nəticəsi olmamışdır. O, Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayır. Bir müdətdir valideyinlərinə baş çəkməyə gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində evdə təmizlik işləri görəndə Emin spirtli içkinin təsiri altında onunla sözlə mübahisə etmişdir. Baş vermiş mübahisə zamanı Emin üzərinə gəlib heç bir səbəb olmadan sağ gözünə sillə zərbəsi vurmuş, anası Emini ayıraraq sakitləşdirmişdir. Həmin vaxt onların aralarında qısa müddətli mübahisə olmuş, orada kənar şəxs olmamışdır. Hazırda Eminlə barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinib tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 570 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ gözlatı nahiyənin qançırı” müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Masallı şəhəri, Talışxanov küçəsində yaşayan bacısı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə şəxsə cəza təyini ilə bağlı məsələyə baxarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Barəsində icraat aparılan şəxs izahat verərkən əməlini tam şəkildə etiraf etmiş, bacısı olduğundan onu vurmağa haqqının olduğunu qeyd etmişdir. Onun zərəçəkmiş şəxsə qarşı fiziki ağrılar yetirməklə gözaltı nahiyəsinə sillə zərbəsi vurduğu və nəticədə ona xəsarət yetirdiyi araşdırma nəticəsində alınmış izahatlar və ekspert rəyi ilə müəyyən edilmişdir. Görünür ki, şəxs əməlindən səmimi peşman olmamışdır. Məhkəmə hesab edir ki, şəxsin qeyd edilən əməli törətməklə səmimi peşmançılıq hissini keçirməməsi onun şəxsiyyətinin təhlükəliliyindən xəbər verir. Bir məqama da diqqət yetirilməlidir ki, özündən fiziki cəhətdən zəif olan qadına qarşı bu cür əməllərə yol vermiş şəxsin gələcəkdə daha təhlükəli əməllərə yol verməsi ehtimalı da çoxdur. Məhkəmə eyni zamanda əvvəllər Şəxs atasına zor tətbiq edərək xəsarət yetirdiyini, həmin əmələ görə barəsində CM-nin 128-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə Masallı Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə ictimai işlər növündə cəzanın təyin edilməsini, bundan bir nəticə çıxarmayaraq yenidən ailə üzvünə qarşı eyni xarakterli əmələ yol verməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 22 iyul 2024-cü il tarixdən saat 18:43-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1485/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1485/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver