Məhkəmə qərarları › İş №3(050)-1491/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1491/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1491/2024 23.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu Viləş kəndinin ərazisində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Viləş kəndində yaşayan Əsgərov X17 RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Toğrul, Şahməddin və digər tanımadığı şəxs tərəfindən döyülməsini göstərmişdir. Faktla bağlı Masallı RPŞ-nin Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Masallı rayonu Viləş kənd sakini X5 məxsus torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla bədəninin üz nahiyəsindən vuraraq sonuncuya “sağ gözaltı nahiyəsinin qançırı” ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Göstərlənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Eynalov X13 Elşad Abı oğlunu döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Viləş kənd sakinləri yaşadığı Qədirli kəndinin yaxınlığındakı torpaq sahələrini çəpərə alaraq orada yonca əkmişlər. Həmin çəpərə elektrik cərəyanı birləşdirilmişdir ki, digər kəndin mal-qarası sahəyə daxil olmasın. Sözügedən torpaq sahəsinin çəpərlə mühafizə olunmasına arxayın olduğuna görə təsərrüfatındakı malqaranı örüş sahəsinə buraxarkən nəzarət etməmişdir. Bu səbəbdən mal-qara həmin sahəyə daxil olmuşdur. xx.xx.2024-cü tarixdə saat 16 radələrində Masallı rayonu, Qədirli kənd ərazisində olduğu vaxt bir qrup Viləş kənd sakinlərinin həmkəndlilərinə məxsus olan heyvanları aparmasını aşkar etmişdir. Onlar həmin heyvanları Viləş çayından keçirmək istəmişlər. O da buna görə onların yanına getmişdir. Orada Viləş kənd sakinləri Novruz, Elşad, Samir adlı şəxsləri tanımışdır. Bundan başqa 6-7 nəfər olmuş, lakin həmin şəxsləri tanımamışdır. Həmçinin orada həmkəndli Şahmar, Şüküfə, Şahməddin, Əlikömək olmuşdur. Onlar həmin şəxslərə həmin heyvanları aparmaması üçün xahiş etmişlər. Lakin onlar heyvanı onlara vermək istəməmişlər. Onlar da buna görə həmin heyvanların qarşısına keçərək həmin şəxslərin aparılmasına mane olmuşlar. Bundan sonra heyvanlar öz kəndlərinə tərəf geri qayıtmışlar. Heyvanların qaçmasını görən Viləş kənd sakinlərindən olan Novruz öz atından düşərək Şahməddinin üzərinə hücum etmiş və təpiklə onu vurmağa başlamışdır. O, ora çatana qədər həmkəndlisi X4 ayırmışdır. Daha sonra onlar həmin şəxslərdən ayrılaraq oradan uzaqlaşmışlar. Hadisə zamanı həmkəndli Əlikömək, Şahmar, Şahməddin, Viləş kənd sakinləri Samir, Novruz, Elşad və digər 6-7 nəfər olmuşdur. Lakin o, həmin şəxsləri tanımamışdır. Aralarında mübahisə yaranmış, lakin mübahisə zamanı heç kimi, o cümlədən Zərərçəkmiş şəxs vurmamışdır. Mübahisə sakitləşdikdən sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs həmin vaxt onu tanınmamış, sonradan onun barəsində şikayət etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu Viləş kənd sakini şəhid anası X11 gəlini şəhidin həyat yoldaşı X3 istifadəsində Masallı rayonu, Viləş kənd ərazisində 20,45 hektar yonca sahəsi vardır. O, həmin sahədə fəhlə kimi işləmişdir. Bu hadisədən əvvəllər də Qədirli kənd sakinlərinə məxsus olan iribuynuzlu heyvanlar həmin sahəyə daxil olmuşlar, lakin heyvanların sahibləri bu barədə üzr istədikləri üçün onlar şikayət etməmişlər. Lakin bu hal dəfələrlə davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o və həmkəndliləri Novruz Əliyev, Şahid2, Şahid1 ilə birlikdə həmin sahədə işləmişlər. Bu zaman Qədirli kənd sakinlərinin heyvanlarının sahəyə daxil olmasını görmüşlər. Həmin heyvanlar yonca sahəsində otlamağa başlamışlar və sahədə olan yonca əkininə ziyan vurmuşlar. O və həmkəndliləri həmin heyvanları sahədən çıxararaq öz kəndlərinə aparmaq istəmişlər. Çünki dəfələrlə heyvanların sahiblərinə irad bildirsələr də nəticəsi olmamış, bu formada etsələr bir daha heyvanların sahəyə daxil olmasına icazə verməyəcəklərini düşünmüşdür. Onlar təxminən 150 baş iribuynuzlu heyvanları kəndlərinə aparan zaman Viləş kəndinin giriş hissəsində onların qarşısına Qədirli kənd sakinləri Şahmar, Şahməddin, Toğrul, Əlikömək, Nəvail və digər tanımadığı 15 nəfər çıxmışlar. Onlar həmin heyvanları geri döndərərək aparmaq istəmişlər. Şahid1 Şahmara qışqıraraq həmin heyvanları kəndlərinə aparacaqlarını və kənddə aidiyyəti dövlət orqanlarına müraciət edəcəklərini demişdir. Daha sonra onun heyvanını buraxacaqlarını ona bildirmişdir. Onların Əbilfətin sözünə əhəmiyyət vermədiyini görüb onların yanına getmişlər və bu yerin şəhid anası Ziba xanımın olmasını bildirmişlər. Həmin şəxslər isə onların sözlərinə əhəmiyyət verməmiş və onlarla sözlə mübahisə etməyə başlamışlar. O, həmin vaxt heyvanları sürdüyü üçün Toğrul onu qucaqlayaraq yerə yıxmış üzərində oturub boğmağa çalışmışdır. O, yerdə olarkən kimsənin görmədiyi şəxs onun qıç nahiyəsinə təpiklə vurmuşdur. Həmçinin onu Toğrul vurarkən onun sağ gözündə də xəsarət yaranmışdır. O, yerdə olarkən onlar heyvanları aparmağa başlamışlar. Ayağa qalxanda Novruz Əliyevin üz gözünün qan içində olmasını aşkar etmişdir. Həmin vaxt artıq Qədirli kənd sakinləri oradan uzaqlaşmağa başlamışdılar. Hadisə zamanı onun baş, sağ göz, sol çiyin və çöl qıç nahiyəsindən xəsarəti yaranmışdır. X15 barışmaq istəmir, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, Masallı rayonu Viləş kənd sakini şəhid anası X11 gəlini şəhidin həyat yoldaşı X3 istifadəsində Masallı rayonu, Viləş kənd ərazisində 20,45 hektar yonca sahəsi vardır. O, həmin sahədə fəhlə kimi işləmişdir. Bu hadisədən əvvəllər də Qədirli kənd sakinlərinə məxsus olan iribuynuzlu heyvanlar həmin sahəyə daxil olmuşdur, lakin heyvanların sahibləri bu barədə üzr istədikləri üçün onlar şikayət etməmişlər. Lakin bu hal dəfələrlə belə formada davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o və həmkəndliləri Novruz Əliyev, Zərərçəkmiş şəxs, Şahid2 ilə birlikdə həmin sahədə işləmişlər. Bu zaman Qədirli kənd sakinlərinin heyvanlarının sahəyə daxil olmasını görmüşlər. Həmin heyvanlar yonca sahəsində otlamağa başlamışlar və sahədə olan yonca əkininə ziyan vurmuşlar. O və həmkəndliləri həmin heyvanları sahədən çıxararaq öz kəndlərinə aparmaq istəmişlər. Çünki dəfələrlə heyvanların sahiblərinə irad bildirsələr də nəticə olmamışdır, bu formada etsələr bir daha heyvanları sahəyə daxil olmasına icazə verməyəcəklərini düşünmüşdür. Onlar təxminən 150 baş iribuynuzlu heyvanları kəndlərin aparan zaman Viləş kəndinin giriş hissəsində onların qarşısına Qədirli kənd sakinləri Şahmar, Şahməddin, Toğrul, Əlikömək, Nəvail və digər tanımadığı 15 nəfər çıxmışlar. Onlar həmin heyvanları geri döndərərk aparmaq istəmişlər. O, Şahmara qışqıraraq həmin heyvanları kəndlərinə aparacağını və kənddə aidiyyəti dövlət orqanlarına müraciət edəcəyini demişdir. Daha sonra onun heyvanını buraxacağını ona bildirmişdir. Onların onun sözünə əhəmiyyət vermədiyini görüb onların yanına getmiş və bu yerinə şəhid anası Ziba xanımın olmasını bildirmişdir. Onlar isə onun sözlərinə əhəmiyyət verməmiş və onunla sözlə mübahisə etməyə başlamışdır. O, Şahmarla danışarkən Şahməddin əlində olan ağac parçası ilə onun bel nahiyəsinə vurmuşdur. O, ona tərəf çevrikləndə Şahməddin yenidən sol qol nahiyəsinə vurmuş və o yerə yıxılmışdır. Bu zaman o, yerdə olarkən həmin adamlardan biri onun sağ göz nahiyəsinə yumruqla vurmuş, lakin o, həmin adamı görməmişdir. O, həmin vaxt huşsuz vəziyyətdə olduğu üçün həmkəndlilərini kimlərin vurmasını görməmişdir. Özünə gələn zaman Novruz Əliyevin üz gözünün qan içində olmasını aşkar etmişdir. Həmin vaxt artıq Qədirli kənd sakinləri oradan uzaqlaşmağa başlamışdılar. Həmin vaxt o, heyvanların sahəni otlamasını videoya çəkmişdir. Hadisə zamanı onun bel, sağ qıç, sağ göz, sol qol nahiyəsindən xəsarəti yaranmışdır. Həmin xəsarətləri ona Şahməddin yetirmiş, lakin sağ göz nahiyəsini isə kimin vurmasını görməmişdir. Təxminən 30 metr məsafədən Toğrulun Zərərçəkmiş şəxs sinəsi üstündə oturduğunu görsə də, lakin onu yerə yıxmasının şahidi olmamışdır. Məhkəmə iclasında Şahid2 izahatında göstərdi ki, Masallı, rayonu Viləş kənd sakini şəhid anası X11 gəlini şəhidin həyat yoldaşı X7 istifadəsində Masallı rayonu, Viləş kənd ərazisində 20,45 hektar yonca sahəsi vardır. O, həmin sahədə fəhlə kimi işləmişdir. Bu hadisədən əvvəllər də Qədirli kənd sakinlərinə məxsus olan iribuynuzlu heyvanlar həmin sahəyə daxil olmuşlar, lakin heyvanların sahibləri bu barədə üzr istədikləri üçün onlar şikayət etməmişlər. Lakin bu hal dəfələrlə belə formada davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o və həmkəndliləri Novruz Əliyev, Zərərçəkmiş şəxs, Şahid1 ilə birlikdə həmin sahədə işləmişlər. Bu zaman Qədirli kənd sakinlərinin heyvanlarının sahəyə daxil olmasını görmüşlər. Həmin heyvanlar yonca sahəsində otlamağa başlamışlar və sahədə olan yonca əkininə ziyan vurmuşlar. O və həmkəndliləri həmin heyvanları sahədən çıxararaq öz kəndlərinə aparmaq istəmişlər. Çünki dəfələrlə heyvanların sahiblərinə irad bildirsələr də nəticə olmamışdır, bu formada etsələr bir daha heyvanları sahəyə daxil olmasına icazə verməyəcəklərini düşünmüşdür. Onlar təxminən 150 baş iribuynuzlu heyvanları kəndlərin aparan zaman Viləş kəndinin giriş hissəsində onların qarşısına Qədirli kənd sakinləri Şahmar, Şahməddin, Toğrul, Əlikömək, Nəvail və digər tanımadığı 15 nəfər çıxmışlar. Onlar həmin heyvanları geri döndərərək aparmaq istəmişlər. X12şqıraraq həmin heyvanları kəndlərinə aparacaqlarını və kənddə aidiyyəti dövlət orqanlarına müraciət edəcəklərini demişdir. Daha sonra onun heyvanını buraxacaqlarını ona bildirmişdir. Onların Əbülfətin sözünə əhəmiyyət vermədiyini görüb onların yanına getmişlər və bu yerin şəhid anası Ziba xanımın olmasını bildirmişlər Həmin şəxslər isə onların sözlərinə əhəmiyyət verməmiş və onlarla sözlə mübahisə etməyə başlamışlar. O, həmin vaxt heyvanların qarşısını almaq istəyəndə Şahməddinin Əbilfəti vurmasını görmüşdür. Dərhal ora yaxınlaşmışdır. Şahməddin Əbilfətin yanından kənara çəkilmiş və oradan uzaqlaşmışdır. O, yenidən heyvanların qarşısını almaq istəmişdir. Həmin vaxt Nəvai adlı şəxs atla yanına gəlmiş, əlində olan qırmancla onun kürək nahiyəsinə vuraraq oradan uzaqlaşmjşdır. O, həmin vaxt Toğrulun həmkəndlisi Elşadı yıxmasını və üzərində oturub döyməsini görmüşdür. Ora tərəf gedəndə Toğrul Elşadı buraxmış və oradan uzaqlaşmışdır. O, yenidən heyvanlara tərəf qaçanda tanımadığı Qədirli kənd sakini onun arxa hissədən təpiklə vurmuşdur. O, yıxılmış və yenidən ayağa qalxmışdır. Hadisə zamanı bel və sol ayaq nahiyəsindən xəsarəti yaranmışdır. Sol ayağı həmin vaxt yıxılarkən əzilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, X9, Şəxs, X6 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X10 X21 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 591 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ gözaltı nahiyəsinin qançırı” müəyyən oldundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Eynalov X14 rayonu, Viləş kəndinin ərazisində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar