Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1492/2024 23.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta ixtisas təhsilli, Qədirli kənd orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu Viləş kəndinin ərazisində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Viləş kəndində yaşayan Babayev X11 RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Toğrul, Şahməddin və digər tanımadığı şəxs tərəfindən döyülməsini göstərmişdir. Faktla bağlı Masallı RPŞ-nin Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Masallı rayonu Viləş kənd sakini X6 məxsus torpaq sahəsində Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəmində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 qəsdən yumruqla sifət nahiyəsindən vuraraq, sonuncuya sol burun keçəcəyinin aşağı divarının sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Masallı rayonu Viləş kənd sakini X6 məxsus torpaq sahəsində Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəmində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 qəsdən yumruq və ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə vurub yerə yıxaraq, sonuncuya sol bazu nahiyəsinin fasiləli sıyrığı və döş qəfəsinin sol arxa hissəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir Göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Ağayev X8 Əbilfət Natiq oğlunu və Zərərçəkmiş şəxs1 döyərək onlara qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Viləş kənd ərazisində ot sahəsinə baxmaq üçün getmişdir. Bu zaman Viləş çayının kənarında bir qrup Viləş kənd sakini Qədirli kənd sakinlərinə məxsus olan heyvanları öz kəndlərinə tərəf aparmasını görmüşdür. O, onlara yaxınlaşmış və bu zaman həmkəndliləri Nərmin, Toğrul, Şahmar da orada olmuş, həmin heyvanların aparılmasına mane olmaq istəmişlər. O, həmin şəxslərdən Samirə yaxınlaşmış və heyvanları aparmamalarını bildirmişdir. Bu zaman Viləş kənd sakinləri həmin heyvanları apara bilməmişlər, çünki həmin heyvanlar ətrafa dağılışmışlar. Buna görə də atın üzərində olan Novruz atdan düşərək, onun üzərinə hücum etmişdir. Novruz onu yerə yıxmış, təpiklə bel nahiyəsinə vurmağa başlamışdır. Həmkəndlisi Nərmin ora gəlmiş və onları ayırmışdır. Daha sonra onlar həmin şəxslərdən ayrılaraq, öz kəndlərinə gəlmişlər. Hadisə zamanı o, Viləş kənd sakinlərinin heç birini döyməməmişdir. Onların onun barəsində bildirdikləri yalan və böhtandır. Hadisə zamanı o sol qol, bel nahiyəsindən, kürək nahiyəsindən Novruzun vurması nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki,. Masallı rayonu Viləş kənd sakini şəhid anası X13 gəlini şəhid həyat yoldaşı X5 istifadəsində Masallı rayonu, Viləş kənd ərazisində 20,45 hektar yonca sahəsi vardır. O, həmin sahədə fəhlə kimi işləmişdir. Bu hadisədən əvvəllər də Qədirli kənd sakinlərinə məxsus olan iribuynuzlu heyvanlar həmin sahəyə daxil olmuşlar, lakin heyvanların sahibləri bu barədə üzr istədikləri üçün onlar şikayət etməmişlər. Lakin bu hal dəfələrlə belə formada davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o və həmkəndliləri Zərərçəkmiş şəxs1, Elşad Əsgərov, Şahid2 ilə birlikdə həmin sahədə işləmişlər. Bu zaman Qədirli kənd sakinlərinin heyvanlarının sahəyə daxil olmasını görmüşlər. Həmin heyvanlar yonca sahəsində otlamağa başlamışlar və sahədə olan yonca əkininə ziyan vurmuşlar. O və həmkəndliləri həmin heyvanları sahədən çıxararaq, öz kəndlərinə aparmaq istəmişlər. Çünki dəfələrlə heyvanların sahiblərinə irad bildirsələr də nəticə olmamışdır, bu formasda etsələr bir daha heyvanları sahəyə daxil olmasına icazə verməyəcəklərini düşünmüşdür. Onlar heyvanları kəndlərinə aparan zaman Viləş kəndinin giriş hissəsində onların qarşısına Qədirli kənd sakinləri Şahmar, Şahməddin və digər şəxslər çıxmışlar. Onlar həmin heyvanları geri döndərərək, aparmaq istəmişlər. O, Şahmara qışqıraraq, həmin heyvanları kəndlərinə aparacağını və kənddə aidiyyəti dövlət orqanlarına müraciət edəcəyini demişdir. Daha sonra onun heyvanını buraxacağını ona bildirmişdir. Onların onun sözünə əhəmiyyət vermədiyini görüb onların yanına getmiş və bu yerinə şəhid anası Ziba xanımın olmasını bildirmişdir. Onlar isə onun sözlərinə əhəmiyyət verməmiş və onunla sözlə mübahisə etməyə başlamışdır. O, Şahmarla danışarkən Şahməddin əlində olan ağac parçası ilə onun bel nahiyəsinə vurmuşdur. O, ona tərəf çevriləndə Şahməddin yenidən sol qol nahiyəsinə vurmuş və o, yerə yıxılmışdır. Bu zaman o, yerdə olarkən həmin adamlardan biri onun sağ göz nahiyəsinə yumruqla vurmuş, lakin o, həmin adamı görməmişdir. O, həmin vaxt huşsuz vəziyyətdə olduğu üçün həmkəndlilərini kimlərin vurmasını görməmişdir. Özünə gələn zaman Zərərçəkmiş şəxs1 üz gözünün qan içində olmasını aşkar etmişdir. Həmin vaxt artıq Qədirli kənd sakinləri oradan uzaqlaşmağa başlamışdılar. Həmin vaxt mən heyvanların sahəni otlamasını videoya çəkmişdir. Hadisə zamanı onun bel, sağ qıç, sağ göz, sol qol nahiyəsindən xəsarəti yaranmışdır. Həmin xəsarətləri ona Şahməddin yetirmiş, lakin sağ göz nahiyəsini isə kimin vurmasını görməmişdir. Hazırda Şəxslə barışmaq istəmir, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o və həmkəndliləri Şahid2, Elşad Əsgərov, Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin sahədə işləmişlər. Bu zaman Qədirli kənd sakinlərinin heyvanlarının sahəyə daxil olmasını görmüşlər. Həmin heyvanlar yonca sahəsində otlamağa başlamışlar və sahədə olan yonca əkininə ziyan vurmuşlar. O və həmkəndliləri həmin heyvanları sahədən çıxararaq, öz kəndlərinə aparmaq istəmişlər. Çünki dəfələrlə heyvanların sahiblərinə irad bildirsələr də nəticə olmamışdır, bu formada etsələr bir daha heyvanların sahəyə daxil olmasına icazə verməyəcəklərini düşünmüşdür. Onlar heyvanları kəndlərinə aparan zaman Viləş kəndinin giriş hissəsində onların qarşısına Qədirli kənd sakinləri Şahmar, Şahməddin, Toğrul, Əlikömək, Nəvai və digər tanımadığı 15 nəfər çıxmışlar. Onlar həmin heyvanları geri döndərərək aparmaq istəmişlər. X14şqıraraq həmin heyvanları kəndlərinə aparacaqlarını və kənddə aidiyyəti dövlət orqanlarına müraciət edəcəklərini demişdir. Daha sonra onun heyvanını buraxacaqlarını ona bildirmişdir. Onların Əbülfətin sözünə əhəmiyyət vermədiyini görüb onların yanına getmişlər və bu yerin şəhid anası Ziba xanımın olmasını bildirmişlər. Həmin şəxslər isə onların sözlərinə əhəmiyyət verməmiş və onlarla sözlə mübahisə etməyə başlamışlar. O, həmin vaxt heyvanların qarşısını almaq istəyəndə Şahməddinin Əbilfəti vurmasını görmüşdür. O, atın üzərindən yerə enmiş və dərhal ora yaxınlaşmışdır. O, Şahmara qardaşının Əbilfəti niyə vurmasını bildirmişdir. O, Şahmara yapışaraq bu barədə irad bildirərkən, Şahməddin yumruqla onun burun nahiyəsinə vurmuşdur. Onun burnu qanamağa başlamışdır. O, yerə yıxılaraq, huşunu itirmişdir. Həmin vaxt artıq Qədirli kənd sakinləri oradan uzaqlaşmağa başlamışlar. Həmin vaxt Qədirli kənd sakini Dəyanət, Heydər, Fərəməz, Əziz, Elman adlı şəxslər orada olmasa da onların heyvanları da həmin sahəyə daxil olmuşdur. Həmin gün heyvanları otarmaq növbəsi Qədirli kənd sakini Elman adlı şəxsin olmuş, lakin o, növbəsinə gəlməmişdir. Hadisə zamanı burun nahiyəsindən xəsarəti yaranmışdır.Hazırda Şəxslə barışmaq istəmir, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı rayonu, Qədirli kənd ərazisində olmuşdur. Bu zaman bir qrup Viləş kənd sakinlərinin həmkəndlilərinə məxsus olan heyvanları aparmasını aşkar etmişdir. Onlar həmin heyvanları Viləş çayından keçirmək istəmişlər. O da buna görə onların yanına getmişdir. Mübahisə baş verən əraziyə çatdıqdan sonra o həmkəndliləri ilə birlikdə həmin şəxslərə həmin heyvanları aparmaması üçün xahiş etmişlər. Lakin onlar heyvanı onlara vermək istəməmişlər. Onlar da buna görə həmin heyvanların qarşısına keçərək həmin şəxslərin aparılmasına mane olmuşlar. Bundan sonra heyvanlar öz kəndlərinə tərəf geri qayıtmışlar. Heyvanların qaçmasını görən Viləş kənd sakinlərindən olan Novruz öz atından düşərək Şahməddinə təpik vurmuşdur. Həmin vaxt Novruzun Şahməddini ağac və armaturla vurmasını görməmişdir. O, Şahməddinin Novruzu və Zərərçəkmiş şəxs2 döyməsini görməmişdir. Novruzun üzərində qan ləkəsinin olmasını da görməmişdir. Məhkəmə iclasında Şahid2 izahatında göstərdi ki, O, Şahməddinin Zərərçəkmiş şəxs2 ağacla qol nahiyəsinə və kürək nahiyəsinə vuranda görmüşdür. Novruzu isə vuranda görməmiş, lakin Novruz atdan düşəndən sonra ağzı-burnu qan içində olmuşdur. Həmin vaxt Novruz Şahməddinlə və onun qardaşı ilə mübahisə edirdi. X15 vuranda onunla üzbəüz gəlmiş soruşdum ki “niyə vurursan”. Hadisə vaxtı bir tanımadığı uşaq Əbilfətin göz nahiyəsindən yumruq vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs, X7 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X12 X20 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 589 nömrəli rəyindən görünür ki, X1 burun keçəcəyinin aşağı divarının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi ləyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X12 X20 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 588 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazu nahiyəsinin fasiləli sıyrığı və döş qəfəsinin sol arxa hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağayev X9 rayonu, Viləş kəndinin ərazisində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döydüyü üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxslərin və şahidin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 450 (dörd yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1492/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1492/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver