Məhkəmə qərarları › İş №3(050)-1493/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1493/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1493/2024 23.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cu ildə Lənkəran rayonu, Boladı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Boladı kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Qarabağ küçəsi ev 31-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 23 iyul 2024-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-nin inzibati binasında ucadan söyüş söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X2 izahatında göstərdi ki, Masallı RPŞ-nin Təhqiat Bölməsinin təhqiaqatçısı Şahid1 HK-1/1809 saylı materialın araşdırılması ilə əlaqədar Şahid4 və X5 xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində xidməti otağına dəvət etmiş, həmin vaxt Masallı şəhərində yaşayan Şəxs Şahid1 xidməti otağına daxil olub uca səslə səs- küy salaraq həmin şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt təhqiqatçı Şahid1 və onun xidməti otağında olan TB-nin təhqiqatçısı polis mayoru Şahid2, TB-nin təhqiqatçısı polis baş leytenantı Şahid3, TB-nin təhqiqatçısı polis mayoru Ariz Səfərov və İTB-nin sahə rəisi, polis kapitanı X7 Əliyevanı bir neçə dəfə nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirmiş, bu səbəbdən Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şahid4 qızını söyüb təhqir etdiyindən onun barəsində etdiyi şikayət əsasında Masallı RPŞ-nin təhqiqatçısı Şahid1 tərəfindən araşdırma aparılmışdır. 23 iyul 2024-cü il tarixdə saat 16 radələrində təhqiqatçı Şahid1 çağırışı əsasında Masallı RPŞ-nin inzibati binasına getmiş, Şahid1 xidməti otağına daxil olduqda Şahid4 və Rövşən Talıbovun əllərində “Hell” enerji içkisi ilə Şahid1 xidməti otaında əyləşdiklərini görüb əsəbiləşmiş, özündən asılı olmayan səbəbdən onunla birlikdə Masallı RPŞ-yə gələn Fərid adlı tanışına “bu peysərlərlərlə niyə görüşürsən?” kimi ifadə işlətmiş, həmin vaxt xidmət otaqda olan təhqiqatçı Şahid1 və bir neçə nəfər polis əməkdaşı acıqlanaraq onu nizam-intizama dəvət etməklə inzibati binanın daxilində söyüş söyməməsini irad bildirmişlər. Şahid1 xidməti otaqdan çölə çıxmasını tələb etmiş, buna baxmayaraq əsəbiləşdiyindən ünvansız söyüşlər söyməyə davam etmişdir. Göstərilən səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid1 izahatında göstərdi ki, icraatında olan HK-1/1809 saylı materialın araşdırılması ilə əlaqədar Şahid4 və X5 xx.xx.2024-cü il tarixdə saat 16 radələrində xidməti otağında olduqları zaman Masallı şəhərində yaşayan Şəxs xidməti otağına daxil olub uca səslə səs-küy salaraq “bu peysərlərə niyə görüşürsünüz” deməklə həmin şəxslərin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, və otaqda olan Masallı RPŞnin TB-nin təhqiqatçısı polis mayoru Şahid2, TB-nin təhqiqatçısı polis baş leytenantı Şahid3, TB-nin təhqiqatçısı polis mayoru Ariz Səfərov və İTB-nin sahə rəisi, polis kapianı X7 Əliyevanı bir neçə dəfə nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq qanunsuz əməllərini təxminən 10-15 dəqiqə davam etməklə rayon polis şöbəsinin iş fəaliyyətini pozmuşdur. Bu səbəbdən şöbə rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid2 izahatında göstərdi ki, təhqiqatçı Şahid1 İcratında olan HK-1/1809 saylı materialın araşdırılması ilə əlaqədar Şahid4 və X5 xx.xx.2024-cü il tarixdə saat 16 radələrində onun xidməti otağında olduqları zaman Masallı şəhərində yaşayan Şəxs xidməti otağa daxil olub uca səslə səs-küy salaraq Şahid4 və X4 işarə edərək “bu peysərlərlə niyə görüşürsünüz?” kimi ifadələr işlətməyə başlamış, həmin vaxt o və otaqda olan digər polis əməkdaşları Şəxs bir neçə dəfə nizam-intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının tələblərinə qəsdən tabeçilik göstərməyərək hüquqazidd hərəkətlərinə davam etməklə 10-15 dəqiqə ərzində rayon polis şöbəsinin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid3 Təbriz oğlu eyni məzmunlu izahat verərək Şahid2 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid1 tanışı Rövşən Talıbovu və özünü icraatında olan Şəxs barələrində etdiyi şikayəti əsasında xidməti otağına dəvət etmişdir.Xidməti otaqda olan zaman Şəxs otağa daxil olub uca səslə səs-küy salaraq onların ünvanına ifadələr işlətməklə “peysər” adlandırmış, həmin vaxt təhqiqatçı Şahid1 və xidməti otaqda olan digər polis əməkdaşları Şəxs bir neçə dəfə nizam-intizama dəvət etməyə çalışmış, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq qanunsuz əməllərini təxminən 10-15 dəqiqə davam etdirmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, seriya MN ******* və 194524 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafı, protokolu tərtib etmiş şəxin və şahidlərin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar