Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1510/2025 04.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, protokolu tərtib etmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28 may 2025-ci il tarixdə 23:55 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Qəriblər kəndi ərazisində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, tarixi xatırlamır, Niva markalı avtomobil ötmə qaydalarını düzgün aparmadığına görə Qəriblər kəndi ərazisində tərəfindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim etib qayda pozuntusunu izah etidyi zaman avtomobilin salonundan spitr qoxusu gəlmişdir. Sürücüdən spirtli içki qəbul edib-etmədiyini soruşmuş, sürücü isə spirtli içki qəbul etmədiyini bildirmişdir. Bu zaman o, sürücüdən sükan arxasından kənarlaşmasını xahiş etmiş və onun alkotestr müayinəsindən keçirəcəyini bildirmişdir. Həmin vaxt sərnişin qismində avtomaşında oturmuş şəxs Şəxs spirtli içkini onun qəbul etdiyini və bu səbəbdən avtomobili idarə etməsi üçün başqa şəxsə verdiyini bildirmişdir. Sürücü həmin vaxt alkotestr müayinəsindən keçirilmiş və onun spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Lakin sürücünün sürücülük vəsiqəsi olmamışdır. Söhbət əsnasında Şəxs avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edərək bir qədər irəlidə saxlamışdır. O, Şəxs yaxınlaşaraq etirazını bildirib ona “siz içkili olduğunuzu bildirirsiz, amma sükan arxasına keçib avtomobili idarə edirsiz, siz niyə axı avtomobili idarə edirsiz” demişdir. Sürücülük vəsiqəsi olmayan şəxs barəsində inzibati xəta ilə bağlı protokol tərtib olunmuşdur. Eləcədə Şəxs alkotestr müayinəsindən keçirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, qonağı olmuş, İstisu ərazisində olan restoranda yemək yeyib spirtli içki qəbul etmişdir. Daha sonra avtomaşınını idarə etməsi üçün Elvin adlı şəxsi çağırmışdır. Lakin həmin şəxsində sürücülük vəsiqəsi olmamışdır. Elvin avtomobili idarə edərək onu yaşadığı evinə aparmışdır. Lakin evə çatdığı zaman evin açarlarının üzərində olmadığını görüb yemək yediyi yerdə qaldığını düşünərək Elvinə gedib açarları gətirməyi təklif etmiş və Elvinlə birlikdə İstisuya geri qayıtmışdır. Yolda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşı sürücüyə ötmə əməliyyatı etdiyini bildirmiş, o, isə ötmə əməliyyatı etmədiyini demişdir. Bu zaman polis əməkdaşı maşında spirtli içki qoxusu gəldiyini demişdir. Polis əməkdaşı sürücüyə onu test edəcəyini demişdir. Sürücü içkili olmadığını demişdir. Bu zaman o, avtomobildən düşərək polis əməkdaşları “mənəm içkili” demişdir. Polis əməkdaşı sürücünün sürücülük hüququnun olmadığını bildirmiş, oda əgər hüququ yoxdursa barəsində protokol tərtib olunmasını demişdir. Daha sonra sürücü ilə polis əməkdaşı arasında mübahisə və münaqişə olmuşdur ki, oda bunu telefonu ilə çəkmişdir. Daha sonra polis əməkdaşı əlavə kömək çağırmış və ora Amil adında polis gəlmişdir. Amil ona polis şöbəsinə getməyi və olanlarla bağlı izahat verməyi təklif etmişdir. Onu alkotestr müayinəsində keçirməmişlər. Oda polis şöbəsində izahat yazmışdır. Maşını isə evakuator vasitəsi ilə aparmışlar, açarları belə ona verməmişlər, iki gün sonra gedib maşınını polis şöbəsindən götürmüşdür. Alkotestr müayinələrinin keçirilməsi və onun avtomobili idarə etməsini özündə əks etdirən görüntüləri polis əməkdaşı təqdim etsin onun heç bir etirazı olmayacaqdır. Məhkəmədən ədalətli, qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş 28 may 2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 28 may 2025-ci il tarixdə 23:55 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Qəriblər kəndi ərazisində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli alkotestrdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.485 %) Məhkəməyə təqdim edilmiş CD diskdən görünür ki, Şəxs “VAZ 21214 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına keçərək avtomobili idarə edib bir qədər aralıda saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə tərtib olunmuş 28 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2025-ci il tarixli qəbz, CD disk, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1510/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1510/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver