Məhkəmə qərarları › İş №3(050)-1518/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1518/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1518/2024 07.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Şikayətçı Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2, qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Masallı rayon İcra Hakimiyyətti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsinə qarşı xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024 il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2007-ci il tarixdə nümayəndəliyə abadlıq işçisi kimi isə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Boradigah qəsəbə icra nümayəndəliyinin abadlıq smetasına vəsait ayrılmadığından öz ərizəsi ilə işdən azad olunmuşdur. Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə “DOST” iş mərkəzində işlə təmin olunmuşdur. X5 2017, 2018, 2019-cu illərdə əmək məzuniyyəti verilmiş və məzuniyyət haqqı ona ödənilmişdir. 2007-2016-cı illərdə hər ay əmək haqqı almış, lakin məzuniyyətə buraxılmamışdır. 2019-cu ildə məzuniyyətdən sonra 7 gün işləmiş, əmək haqqını almış, ərizəsinə əsasən işdən azad olunmuşdur. Həmin dövrlərdə abadlaşdırılma xidmətləri haqqının ödənilməsi xərc maddəsi üzrə ayrılan vəsait carı ilin xərcinin ödənilməsi üçün nəzərdə tutulmuşdur. X3 haqq hesab ilə bağlı nümayəndəliyə müraciət etməmişdir. Boradigah qəsəbə İƏDÜ nümayəndəsi vəzifəsində xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X12, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək X13 işləmişdir. xx.xx.2019-cu ildən hal-hazıra kimi həmin vəzifədə özü işləyir. X15 Xidməti Lənkəran- Astara regional şöbəsinin Boradigah qəsəbə İƏDÜ nümayəndəliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-5/2/24291/2024 saylı məktubda göstərilmişdir ki, Ellada Əsədullayevanın əmək müqaviləsinə xitam verilən zaman əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması halları Azərbaycan Respublikası İXM-nin 192.4-cü madəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olmuşdur. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. E.Əsədullayevanın müraciəti isə xətanın törədildiyi gündən 4 ildən çox müddət ötdüyündən və bu xəta uzanan inzibati xəta olmadığından Masallı RİHB-nın Boradigah qəsəbə İƏDÜ nümayəndəsi kimi barəsində inzibati tənbeh tədbiri görülməsi qanuna müvafiq deyildir. Bundan əlavə E.Əsədullayevaya çatası son haqq-hesabın ödənilməsini təmin edib nəticəsi barədə 30 gün müddətində DƏMX-nin X16 şöbəsinə məlumat verilməsi tələb olunmuş, əks təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci madəsi ilə inzibati tənbeh tədbiri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli 5-66-6/2-105/2024 saylı məktubla Masallı rayon X14 Əsədullayevanın istifadə etmədiyi məzuniyyət pulunun ödənilməsi üçün vəsait tələb olunmuş, bu barədə X15 Xidmətini Lənkəran-Astara Regional şöbəsinə bu barədə bildirilmişdir. Masallı rayon Maliyyə şöbəsi xx.xx.2024-cü il tarixli 323-44/2/125/2024 saylı məktubu ilə cavab verərək bildirilmişdir ki, cari il üçün abadlaşdırma paraqrafı üçün vəsait nəzərdə tutulmamışdır. Bu barədə də X15 Xidməti Lənkəran-Astara Regional şöbəsinə məlumat verilmişdir. Lakin, buna baxmayaraq X15 Xidməti Lənkəran-Astara Regional şöbəsi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixli MN 11613105 saylı inzibati tənbehvermə haqqında qərarla onu 1000 manat cərimə etmişlər. Masallı rayon İHB-nin 167 saylı əmri ilə xx.xx.2019-cu il tarixdən 6 ay müddətinə stajçı kimi qulluğuna Masallı RİHB-nın Boradigah qəsəbə İƏDÜ nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. Ellada Əsədullayeva isə 2020-ci ilin yanvar aydında işdən azad edilmişdir. Onun vəzifəyə təyinatını və İXM-nin 38.1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçı Masallı rayon İcra Hakimiyyətti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verməklə əlavə olaraq qeyd etdi ki, Ellada Əsədulayeva ondan qabaq ərazi nümayəndəliyinə işə qəbul edilib işləmiş, həmin dövrlər üçün məzuniyyət haqqı almamış, hansı ki, həmin dövrdə ərazi nümayəndələri X12 və X13 işləsələr də, X15 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən heç bir xəbərdarlıq edilməmiş, barələrində heç bir tədbir görülməmişdir. Hansı ki, Ellada Əsədullayevanın qeyd edilən illər üzrə məzuniyyət haqqı almamasına məsuliyyət daşıyan şəxs o olmamışdır. Həm də səlahiyyətli cavabdeh şəxs olmadığından X15 Xidmətini Lənkəran-Astara Regional şöbəsi tərəfindən əsassız yerə inzibati məsuliyyətə cəlb edilmişdir. Baxmayaraq ki, Ellada Əsədullayevaya ödənilməyən məzuniyyət haqlarının verilməsi üçün özü tərəfindən aidiyyəti orqanlara müraciət edilmişdir. Sonda Nümayəndə2 qeyd edilən səbəblərin nəzərə alınmaqla X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin barəsində qəbul etdiyi xx.xx.2024 il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, ünvan 2 ünvanda yaşayan X2 haqqhesabının ödənilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin ünvanına daxil olmuş müraciətinə baxılmış, araşdırma ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 5-66-3/2-83/2024 nömrəli məktubuna və məktuba əlavə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, işəgötürənlə X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, fəhlə vəzifəsinə qəbul edilmiş və ərizəsini nəzərə alan işəgötürən özünün xx.xx.2020-ci il tarixli 01 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cu maddəsinin 2-ci hissəsisinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam vermişdir. X1 Rayon icra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəliyində işlədiyi dövrdə ona, işəgötürənin xx.xx.2017-cı il tarixli 07 nömrəli əmri ilə 21 təqvim günü, xx.xx.2018-ci il tarixli 11 nömrəli əmri ilə 21 təqvim günü və xx.xx.2019-cü il tarixli nömrəli əmri ilə 21 təqvim gün əmək məzuniyyəti verilmişdir. Lakin, işəgötürən E.Əsədullayevanın əmək müqaviləsinə xitam verən zaman ona istifadə etmədiyi məzuniyyət illərinə görə pul əvəzi ödəməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, “işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir”. E.Əsədullayevanın əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 83- cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. X5 çatası son haqq-hesabın hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə 30 (otuz) gün müddətində X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə rəsmi məlumat verilməsi barədə Masallı rayon İcra Hakimiyyətti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 məlumat ünvanlanmış, əks təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən “əmək və məzuniyyət haqlarının, müavinət və digər ödənişlərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərralarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə” inzibati məsuliyyət tədbiri görüləcəyi barədə rəsmi rəsmi xəbərdarlıq edilmişdir. Lakin, icra nümayəndəsi tərəfindən qeyd edilən pozuntunun aradan qaldırılması ilə bağlı hər hansı tədbir görülmədiyindən vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən 1000 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki qeyd olunanların nəzərə alınıb şikayətin rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon İHB-nın Boradigah qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanladığı xx.xx.2024cü il tarixli məktubdan görünür ki, 04 aprel 2024-cü ıl 3-17-5/2-18994-202.4 nömrəli məktubunuza cavab olaraq bildiririk ki. X9 xx.xx.2007-ci il tarixdə nümayəndəliyin abadlıq İşçisi işinə qəbul edilmiş 07.01 2020-ci il tarixdə Boradigah qəsəbə İƏDÜ nümayəndəliyinə abadlaşdırma smetasına vəsait ayrılmadığından öz ərizəsi ilə işdən azad olunub Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə DOST ış mərkəzində sosial işçi kimi işlə təmin olunmuşdur X7 2017 2018.2019 cu illərdə əmək məzuniyyəti verilib və məzuniyyət haqqı ona ödənilib.2007-2016-cı illərdə işləyərək əmək haqqını almışJakin məzuniyyətə buraxılmağı üçün aidıyyatı üzrə müraciət etməmişdir. 2019-cu il məzuniyyətdən sonra 7 gün işləmiş.ərizəsinə əsasən işdən azad olunmuşdur, işdən azad olunarkən istifadə etmədiyi məzuniyyəti ilə bağlı ərazi nümayəndəliyinə müraciət etməmişdir. X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin Masallı Rayon İHB-nın Boradigah qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X5 çatası son haqq- hesabın hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə 30 (otuz) gün müddətində X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə rəsmi məlumat verilməsi barədə Masallı rayon İcra Hakimiyyətti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 məlumat ünvanlanmış, əks təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək və məzuniyyət haqlarının, müavinət və digər ödənişlərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərralarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə” inzibati məsuliyyət tədbiri görüləcəyi barədə rəsmi rəsmi xəbərdarlıq edilmişdir. Masallı rayon İHB-ın Boradigah qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 Masallı rayon Maliyyə şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli 5-66-6/2-105/2024 saylı məktubla Masallı rayon X14 Əsədullayevanın 2008-2106-cı illər üzrə istifadə etmədiyi məzuniyyət pulunun ödənilməsi üçün vəsait tələb olunmuşdur. Masallı rayon Maliyyə şöbəsinin Masallı rayon İHB-ın Boradigah qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 ünvanladığı xx.xx.2024-cü il tarixli məkubdan görünür ki, Masallı rayon Maliyyə şöbəsi xx.xx.2024-cü il tarixli 323-44/2/125/2024 saylı məktubu ilə cavab verərək bildirilmişdir ki, cari il üçün abadlaşdırma paraqrafı üçün vəsait nəzərədə tutulmamışdır. 05 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvər haqqında qərardan görünür ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 X5 çatası son haqq- hesabın hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə 30 (otuz) gün müddətində X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə rəsmi məlumat verilməsi barədə rəsmi göstərişi yerinə yetirmədiyinə görə, barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən 1000 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət verən şəxsi və qərarından şikayət verilmiş orqanın nümayəndəsini, dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbehvermə haqqında qərar ləğv edilməlidir. Belə ki, işə baxılarkən müəyyən edilmişdir ki, X6 xx.xx.2007-ci il tarixdə icra nümayəndəliyinə abadlıq işçisi kimi isə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Boradigah qəsəbə icra nümayəndəliyinin abadlıq smetasına vəsait ayrılmadığından öz ərizəsi ilə işdən azad olunmuşdur. Ona 2017, 2018, 2019-cu illərdə əmək məzuniyyəti verilmiş və məzuniyyət haqqı ona ödənilmişdir. 2007-2016-cı illərdə hər ay əmək haqqı almış, lakin məzuniyyətə buraxılmamışdır. X6 məzuniyyətə çıxmadığı günlərə görə işdən çıxma zamanı onunla son haqq hesab edilməmiş, pul ödənilməmişir. Qeyd edilən vəsaitin X5 ödənilməsi ilə bağlı X15 tərəfindən göndərilmiş yazılı göstəriş icra edilmədiyindən icra nümayəndəsi Nümayəndə2 İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bundan əvvəl qeyd edilən xətanın törədilməsinə görə İcra nümayəndəliyinin özü barəsində hüquqi şəxs kimi protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciə edilmişdir. Nümayəndə2 xx.xx.2019-cu ildən hal-hazıra kimi həmin vəzifədə işləmiş, o vəzifədə işlədiyi müddətdə X6 qanuni məzuniyyətə buraxılmışdır. Məhkəmə işin halları ilə bağlı məsələyə keçməmişdən əvvəl aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun qərarında qeyd edilmişdir ki, nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Burada onu da nəzərə almaq lazımdır ki, subyektləri həmçinin hüquqi şəxslər olan İnzibati Xətalar Məcəlləsinin Xüsusi Hissəsi ilə nəzərdə tutulmuş əməllərin bəziləri (məsələn, Məcəllənin 388.0.4, 492-ci maddələri ilə nəzərdə tutulmuş əməllər) yalnız qəsdən törədildikdə inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Qeyd edilən mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, Nümayəndə2 işlədiyi müddət ərzində işçi məzuniyyətə buraxılmış, işçinin məzuniyyət pulunun verilməməsi ondan əvvəl işləmiş vəzifəli şəxslərin hərəkətləri ilə bağlı olmuş, onun işçiyə pulun ödənilməməsi ilə bağlı təqsiri olmamış, o üzərinə düşən öhdəliyi icra edərək X15 Xidmətinin X5 çatası son haqqı hesabın hesablanıb ödənilməsi ilə bağlı yazılı göstərişinin icra edilməsi üçün lazimi orqanlara müraciət etmiş, alınmış cavablara əsasən əvvəllər istifadə edilməyən məzuniyyət günlərinə görə işçilərə maliyyə vəsaitinin ayrılmaması bildirildiyindən qeyd edilən məbləğdə pulun X5 ödənilməsi mümkün olmamışdır. Göründüyü kimi, qeyd edilən məbləğdə pulun ödənilməsinin təmin edilməsi icra nümayəndəsinin imkanı xaricində olmuş, yəni bu vəzifəli şəxsin vəzifələrini lazımınca icra etməməsi ilə əlaqədar olmamışdır. Yəni, məhkəmə dolayısı ilə qeyd edir ki, onun təqsiri olmadan işləmədiyi dövrdə icra nümayəndəliyində fəaliyyət göstərmiş işçilərin məzuniyyətdən istifadə etmədiyinə görə işdən çıxma zamanı istifadə edilməyən günlərə görə ona vəsaiti öz şəxsi vəsaiti hesabına ödənilməsi öhdəliyi yoxdur. Belə olan halda, məhkəmə qeyd edir ki, vəzifəli şəxs kimi əməlində səlahiyyətli orqanın yazılı göstərişini qəsdən icra etməməsi halı müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq hesab edir ki, şikayət təmin edilməklə, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar