Məhkəmə qərarları › İş №3(050)-1523/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1523/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1523/2024 28.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin 1-ci Tağım (Saray postu) YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin 1-ci Tağım (Saray postu) YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- yüz manat məbləğində cərimə edilir. Bununla bağlı qərar qəbul edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarla razı deyil. Belə ki, xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunda Quba istiqamətində hərəkət edərkən, 25-ci kilometrdə yerləşən Saray postu adlanan YPX postunu keçdikdən sonra YPX-nin xidməti avtomobili ilə ona saxla işarəsi verilmiş və o, qanunun tələbi yerinə yetirərək idarə etdiyi “Ford Transit” yük markalı, **-OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlamışdır. YPX əməkdaşı polis baş serjantı X3 ona yaxınlaşaraq postda ona saxla işarəsi verildiyini, lakin onun əmrinə tabe olmadığını bildirmişdir. O, YPX əməkdaşına ona saxla işarəsinin verildiyini görmədiyini, əgər görsəydi avtomobili saxlayacağını bildirmişdir. Bundan sonra YPX əməkdaşından ona harada saxla işarəsi verdiyini soruşduqda, o yolun sol tərəfində ona saxla işarəsi verdiyini bidirmişdir. O, isə YPX əməkdaşına sol tərəfdə onun saxla əmrini görmədiyini, həmçinin görsə belə həmin tərəfdə maşını saxlamaq mümkün olmadığını, sağ tərəfdə onu saxlamalı olduğunu bildirmişdir. Bir az müzakirədən sonra sürücülük vəsiqəsi YPX əməkdaşına təqdim etmiş, bilmişdir ki, onun sənədlərini yoxlayır. Sonra vəsiqəsi özünə qaytarmışdır. O da maşına minib biraz getdikdən sonra ona SMS gəldiyini və İXM-nin 327.3-cü maddəsi ilə 100 manat inzibati qaydada cərimə edildiyini görmüşdür. O, maddədə göstərilən tələbi pozmamış, belə bir inzibati xəta törətməmişdir. Odur ki, qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 qərarın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “Ford Transit” yük markalı, **-OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD diski məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı Quba yolunun 25-km-də “Ford Transit” yük markalı, **-OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşının saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirdiyindən xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı polis əməkdaşının “Ford Transit” yük markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə əlindəki hərəkəti tənzimləmək üçün istifadə olunan əşya ilə- jezllə saxla işarəsini verdiyi, avtomobilin sürücüsünün avtomobilin əyləcdən istifadə etməsini göstərən arxa faralarının işıqlarının yandığı, lakin avtomobilin hərəkətini saxlamayaraq, hərəkətini davam etdirdiyi, bir qədər sonra polis əməkdaşının YPX-nin avtomobili ilə onun arxasınca gələrək saxlatdığı, X1 tərəfdən düşərək YPX əməkdaşı ilə söhbət etməsi, sonda isə YPX əməkdaşı tərəfindən barəsində inzibati xəta haqında protokol tərtib olunması görüntülərinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Videodiskə baxış keçirilərkən məhkəmə iclasında X2 həmin görüntüyə münasibəti öyrənilmiş, o, YPX əməkdaşının saxla əmrinə tabe olmayaraq hərəkəti davam etdirməsinin ona hazırda aydın olduğunu, yolun sol tərəfində avtomaşını saxlamaq mümkün olmadığını, eyni zamanda nəqliyyatın intensivliyi səbəbindən qarşı tərəfdən yolun sağ hissəsində avtomaşını saxlamaq mümkün olmadığını və bu səbəbdən hərəkətini davam etdiriyini qeyd etmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “Ford Transit” yük markalı, **-OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirdiyindən YPX əməkdaşı tərəfindən saxlanılması təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin 1-ci Tağım (Saray postu) YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* qərar dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar