Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1524/2024 30.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Lerik rayonu, Arta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Arta kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 29 iyul 2024-cü il tarixdə, saat 16:30 radələrində Masallı rayonu, Şıxlar kəndində ərazidə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 29 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Masallı rayonu, Şıxlar kənd ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Masallı Rayon polis şöbəsinin əməkdaşları Masallı rayon Viləş kənd sakini X3 məxsus 2 (iki) baş heyvanının oğurlanması faktı ilə bağlı Masallı rayon Şıxlar kəndində yaşayan Şəxs izahatının alınması məqsədi ilə onu kəndin mərkəzində görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. O, isə polis əməkdaşlarını mülki geyimdə görərək, onlarla mübahisə etmiş, ictimai yerdə nalayiq küçə söyüşləri işlədərək, cəmiyyətin diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları xidməti vəsiqələrini göstərərək, təkrar onu polisin qanuni tələbinə tabe olması barədə xəbərdarlıq etmişdir. Bundan sonra Şəxs mübahisəni bir qədər də davam etdikdən sonra sakitləşmişdir. Daha sonra əməkdaşlar tərəfindən Masallı RPŞ-nin inzibati binasına gətirilmiş və barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Masallı Rayon polis şöbəsinin əməkdaşları Masallı rayon Viləş kənd sakini X3 məxsus 2 (iki) baş heyvanının oğurlanması faktı ilə bağlı şübhəli olduğunu və izahatının alınmasından ötrü polis şöbəsinə dəvət etmişlər. Ona yaxınlaşan şəxslər mülki geyimdə olduqları və onların polis olduğunu bilmədiyi üçün ucadan nalayiq ünvansız sözüş ifadələri işlətmişdir. Polis əməkdaşları ona xidməti vəsiqələrini göstərdikdən sonra baş vermiş oğurluq hadisəsindən xəbəri olmadığı üçün törətmədiyi əmələ görə polis şöbəsinə əvvəlcə getmək istəməmişdir. Daha sonra baş vermiş oğurluq hadisəsində günahının olmadığını düşünərək, polis şöbəsinə getməyə razı olmuşdur. Əməlindən peşmandır. Bir daha belə səhvlərə yol verməyəcəkdir. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə CAB-in əməkdaşı polis kiçik leytenantı X7 ilə birlikdə Masallı rayonu Şıxlar kənd ərazisində xidmətdə olarkən Viləş kənd sakini X2 iki baş iri buynuzlu heyvanının oğurlanması ilə bağlı oğurluqda şübhəli bilinən Lerik rayonu, Arta kəndində qeydiyyatda olmaqla Masallı rayonu Şıxlar kəndi ərazisində yaşayan vətəndaş Şəxs izahatının alınması məqsədi ilə ona yaxınlaşaraq, özlərini təqdim edib mövcud vəziyyəti izah edib, onu RPŞ-yə dəvət etmişlər. Vətəndaş Şəxs onlarla sözlə mübahisə edib, RPŞ-yə gəlməkdən imtina edərək, ucadan ünvansız küçə söyüşləri söyməyə başlamış, onu bir neçə dəfə nizam-intizama dəvət etsələr də o, öz nizamsız hərəkətlərinə davam edərək, ətrafdan keçən tanımadıqları insanların diqqətini özünə cəlb edərək, qanuni tələblərinə qəsdən tabe olmamışdır. Vətəndaş Şəxs öz hərəkətlərinə davam etdiyindən ona bir neçə dəfə xəbərdarlıq etmələrinə baxmayaraq o, əməllərinə davam etmiş, buna görə də barəsində aidiyyatı üzrə qanuni tədbir görülməsindən ötrü polis şöbəsinə gətirilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 29 iyul 2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 iyul 2024-cü il tarixdə saat 18:50-da inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri onun məhkəmə iclasında etirafedici izahatı, protokolu tərtib etmiş şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində 3 azyaşlı uşağın olması və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 29 iyul 2024-cü il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Cəfərov X5 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1524/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1524/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver