Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1525/2024 30.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin X3 sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Babaser kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Boradigah qəsəbəsi, M.Əzozbəyov küçəsi ev 7-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 30 iyul 2024-cü il tarixdə Masallı rayonu, Babaser kəndində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis X6 Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 30 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 izahatında göstərdi ki, Şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək ailə üzvləri və qonşularla mübahisələr yaradır. xx.xx.2024-cü il tarixdə Şahid1 tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin zəng mərkəzinə əri Şəxs evdə münaqişə yaratması və evin əşyalarını dağıtması barədə məlumat daxil olmuşdur. Bununla bağlı polis əməkdaşları onun yaşadığı ünvana getmiş, Hicranın ailə üzvlərini həyətində söydüyünü və qonşuların səs-küyü eşidib küçəyə çıxdıqlarını görmüşlər. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, məhəl qoymayaraq nalayiq sözlər işlətməyə davam edərək polis əməkdaşlarının tələblərinə etiraz etmişdir. Biraz sonra polis əməkdaşları onu maşına oturmağa məcbur etdikdə o, maşına əyləşmiş və Masallı Rayon Polis şöbəsinə aparılmışdır. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, O, mütəmadi olaraq spirtli içki qəbul edir ailə üzvləri onu evə buraxmaması səbəbindən aralarında tez-tez münaqişələr olmuşdur. xx.xx.2024-cü il tarixdə gecə saatlarında sərxoş halda evinə gəlmiş, evlərinin qapısı bağlı olduğundan içəri daxil ola bilməmiş, həyətdə qalmışdır. Ailə üzvlərinin onu evə buraxmaması səbəbindən elektrik sayğacının naqillərini qırmışdır. Arvadı Rəhimə və oğlu Elburus onunla mübahisə etməyə başlamış, qarşılıqlı olaraq bir-birilərini söymüşlər. Oğlu Elburus əlindən tutmuş, arvadı Rəhimə isə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Az sonra polis əməkdaşları yaşadığı ünvana gəlmiş, əsəbiləşdiyindən ünvansız söyüşlər söymüş, həmin vaxt səsküyə qonşuları da küçədə dayanıb onlara baxmışlar. Polis əməkdaşları sərxoş olduğunu görüb, onu xidməti avtomaşınla X5 dəvət etmiş, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Şəxs əridir. Uzun illərdir ki, əri Şəxs mütəmadi spirtli içki qəbul etməklə aildə münaqişə yaratmış, onu və ailə üzvlərini mütəmadi söyüb təhqir etmiş, hətta ev əşyalarını, qapının kilidlərini də qırmış, dəfələrlə əsassız olaraq onların barəsində DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmiş, lakin hər dəfə polis əməkdaşları çağırış əsasında yaşadıqları ünvana gəlsələr də, Şəxs məlum olmayan səbəbdən qaçıb gizlənmişdir. Həmişə olduğu kimi 30 iyul 2024-cü il tarixdə oğlu Elburusla birlikdə yaşadığı ünvana gəlmiş, evlərini işıqlarının yanmadığını, Şəxs isə elektrik sayğacına gedən naqillər qırmaqla, evi işıqsız qoyduğunu və həyətin qaranlıq hissəsində gizləndiyini görmüş, hətta evin pəncərə şüşəsini və qapı kilidlərini də vurub sındırmışdır. Səbəbini Şəxs soruşarkən, o, sərxoş halda ucadan söyüşlər söyməyə başlamış, onu və ailə üzvlərini söyüb təhqir etmiş, səsküyə qonşular küçədə yığışaraq Hicranın hərəkətlərinə baxmışlar. DİN-nin 102 xidmətinə etdiyi şikayət əsasında polis əməkdaşları yaşadığı ünvana gəlmiş, polislər gələnə qədər oğlu Elburus atasının qolundan tutub saxlamışdır ki, təkrarən qaçıb getməsin. Polisin həyətə gəldiyini görən Şəxs ucadan söyüşlər söyməyə davam etmiş, polis əməkdaşları Hicranı söyüş söydüyü üçün nizam-intizama dəvət edərək polis bölməsinə aparmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərdiyi xüsusatlar təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin X3 əməkdaşı X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid1 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs evdə münaqişə yaratması və evin əşyalarını dağıtması barədə məlumat vermişdir. Məlumat əsasında təhqiqat qrupunun üzvləri ilə birlikdə onun yaşadığı evə getmiş və Hicranın yaşadığı evin həyətində həyat yoldaşının və oğlunun ünvanına nalayiq ifadələr işlətdiyini, qonşuların səs-küyü eşidib küçəyə çıxdıqlarını görmüşdür. Onlar Hicranı küçədə söyüş söydüyü üçün nizam-intizama dəvət edərək polis şöbəsinə aparmaq istədikdə Hicran əvvəlcə onlara tabesizlik göstərsə də, sonaradan onlarla birlikdə Polis Bölməsinə getmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2024-cü il tarixdə saat 02:20-də inzibati qaydada tutulmuşdur. İşdə olan Masallı Rayon Məhkəməsinin 3(050)-1282/2023 tarixli, xx.xx.2023-cü saylı qərarından görünür ki, Şəxs bir dəfə bundan əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahidlərin hər üçü Şəxs yaşadığı ünvanda sərxoş halda münaqişə yaratması səbəbindən arvadı Şəxsanın DİN-nin 102 xidmətinə şikayəti əsasında polis əməkdaşları həmin ünvana getmiş, onlar Hicranı Polis Bölməsinə dəvət etdikdə, sonuncu könüllü şəkildə onlarla birlikdə Polis Bölməsinə gəlməsini qeyd etmişdilər. Məhkəmə belə vəziyyətdə Şəxs əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir. Belə ki, o, polisin qanuni tələbinə tabe olmaqla onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis əməkdaşları özləri də həyətdə Şəxs ünvansız söyüşlər söydüyünə görə onu nizam-intizama dəvət etdiklərini, sonuncunun açıq şəkildə onların tələblərini icra etməkdən imtina etmədiyini izahatlarında qeyd etmişdilər. Göründüyü kimi, polis əməkdaşları ona avtomobilə əyləşməsini desələr də, sonuncu buna etiraz bildirməmiş, polis əməkdaşları ilə birlikdə bölməyə getməsinə razılıq vermişdir. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs qonşuların eşidəcəyi tərzdə uca səslə ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında qonşuların eşidəcəyi tərzdə uca səslə nalayiq sözlər işlətdiyini etiraf etmiş, həmin vaxt onun evinə gəlmiş polis əməkdaşları da qeyd edilən hadisənin şahidi olduqlarını məhkəmədə izahat verərkən bildirmişdilər. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsini, əvvəllər eyni xətanı törətdiyinə görə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 1 il keçməmiş yenidən eyni xətanı törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, oğlu inzibati xətanın sərxoş halda törədilməsi nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi edilməsini məqsədəuyğun və ədalətlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 30 iyul 2024-cü il tarixdən saat 02:20dən hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 30 iyul 2024-cü il tarixdən, saat 02:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1525/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1525/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver