Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1525/2025 23.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-198/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli, Masallı Rayon Məhkəməsinin 2(050)-1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli və Masallı Rayon Məhkəməsinin 2(050)-3345/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-198/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 18 mart 2007-ci ildə X3 və 10 avqust 2008-ci ildə X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 60 manat olmaqla iki uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. Masallı Rayon Məhkəməsinin 2(050)- 1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Masallı Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli 2(050)198/2014 nömrəli qətnaməsi ilə 18 mart 2007-ci ildə doğulmuş X3 və 10 avqust 2008-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilmiş və həmin məbləğ cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaqlar yetkinlik yaşına çatanadək iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-3345/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 18 mart 2007-ci ildə doğulmuş X3 və 10 avqust 2008-ci ildə doğulmuş X2 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində müəyyən olunmaqla cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Sonuncu icra sənədinin icraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs qeydiyyatda olduğu ünvanına 23 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Borclu əvvəlki icra sənədlərini icra etməkdən boyun qaçırmış, həmçinin borclu Şəxs yaşayış yerini müəyyən etmək olmadığından onun barəsində axtarış işi açılmışdır. Borclunun Masallı Rayon Məhkəməsinin 2(050)-198/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli icra sənədi üzrə 3480 manat, Masallı Rayon Məhkəməsinin 2(050)- 1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə 10000 manat və Masallı Rayon Məhkəməsinin 2(050)-3345/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli icra sənədi üzrə 1650 manat borcu vardır. Həmin borcdan borclu sonuncu dəfə 18 may 2020-ci ildə 100 manat ödəniş etmiş və 15030 manat borcu qalmışdır. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, böyrəyi xəstə olduğu üçün iki il müalicə almış və işləməmişdir. Onun maddi imkanı olmadığı üçün anasının və üçüncü arvadının pensiyası ilə dolanır. Onun birinci nikahdan iki uşağı, hazırki iş üzrə olan nikahdan iki uşağı və üçüncü nikahdan 3 yaşında iki ekiz uşağı vardır. Barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, necə illərdir ki, borcludan alimenti ala bilmir, həmçinin borclu alimenti ödəməkdən hər cür bəhanə gətirərək yayınır. Borclunun barəsində inzibati qaydada həbsin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-198/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 18 mart 2007-ci ildə X3 və 10 avqust 2008-ci ildə X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 60 manat olmaqla iki uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. - Masallı Rayon Məhkəməsinin 2(050)-1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Masallı Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli 2(050)198/2014 nömrəli qətnaməsi ilə 18 mart 2007-ci ildə doğulmuş X3 və 10 avqust 2008-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilmiş və həmin məbləğ cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaqlar yetkinlik yaşına çatanadək iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. - Masallı Rayon Məhkəməsinin 2(050)-3345/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 18 mart 2007-ci ildə doğulmuş X3 və 10 avqust 2008-ci ildə doğulmuş X2 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində müəyyən olunmaqla cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 15 aprel 2014-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-198/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 19 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 23 aprel 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3345/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında 16 aprel 2021-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1937/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə borclu xx xxxxxx 1981-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında 12 iyun 2014-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-198/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli icra sənədi üzrə borclu xx xxxxxx 1981-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmiş və borclunun barəsində Masallı rayon Polis şöbəsi tərəfindən 26944 nömrəli axtarış işi açılmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında görülmüş tədbirlər barədə 24 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında 16 aprel 2021-ci il tarixli qərarı ilə axtarışa verilmiş Şəxs barəsində 20 aprel 2021-ci il tarixdə 640581 nömrəli açılmış axtarış işin surətlənməsi və görülmüş tədbirlər barədə məlumatın verilməsi barədə Masallı rayon Polis şöbəsindən xahiş olunmuşdur. - Masallı Rayon Məhkəməsinin 3(050)-688/2015 nömrəli, 19 avqust 2015-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-322/2015 nömrəli, 16 noyabr 2015-ci il tarixli icra qərardadından görünür ki, xx xxxxxx 1981-ci il təvəllüdlü Şəxs ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. - Masallı Rayon Məhkəməsinin 3(050)-614/2018 nömrəli, 15 may 2018-ci il tarixli icra qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında işə xitam verilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-336/2020 nömrəli, 18 may 2020-ci il tarixli icra qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - Şəxs 23 iyun 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-3345/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, 15030 manat məbləğində olan borcdan cəmi 200 manat borc alaraq ödəyə bilər, əvvələr usta işləyirdi 500 manat aylıq gəliri olurdu, lakin üç il işsiz olduğundan ödəniş edə bilmir. İkinci ailəsindən 4 nəfər övladı vardır. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi işləmədiyi üçün cərimə ödəmək iqtidarında olmadığını, maddi cəhətdən imkanı olacağı halda ödəniş aparacağını bildirməsini, yəni qeyd olunan icra sənədlərindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 23 iyun 2025-ci il tarixdən, saat 12:25-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 23 iyun 2025-ci il tarixdən, saat 12:25-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1525/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1525/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver