Məhkəmə qərarları › İş №3(050)-1527/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1527/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1527/2025 07.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1970-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Masallı şəhərində İH-nin yaxınlığında X4 ilə aralarında yaranmış mübahisə zamanı Şirvan Mahmudova məxsus “Toyota Prado” markalı avtomobilin ön şüşəsinə yumruqla vuraraq ona 180 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in polis leytenantı Nurlan Hüseynov tərəfindən tərtib olunmuş 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Masallı şəhərində İH-nin yaxınlığında X4 ilə aralarında yaranmış mübahisə zamanı Şirvan Mahmudova məxsus “Toyota Prado” markalı avtomobilin ön şüşəsinə yumruqla vuraraq ona 180 manat məbləğində maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş DİN-nin Masallı RPŞ-in TB-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Materialın təsviri hissəsində göstərlənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduqları halda Prokurora, yuxarı Prokurora və Məhkəməyə şikayət etmək hüquqlarının olması onlara izah edilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, Material saxlanılması üçün Masallı RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Həmçinin, qərarın təsviri hissəsində qeyd edilmişdir ki, araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhərində İH-nin yaxınlığında X4 və Şəxs aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı hər iki şəxs biribirini qəsdən vuraraq bədənləri üzərində dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Həmçinin sonuncular arasında baş verən mübahisə zamanı Şəxs X2 məxsus “Toyota Prado” markalı avtomobilin ön şüşəsinə yumruqla vuraraq maddi ziyan vurmuşdur. Şirvan Mahmudova ümumilikdə 180 manat maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 məxsus Tayota Land-Cruiser Prado markalı avtomobilə dəymiş zərər cəmi 180 manat müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 26 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın bir misli həcmində, yəni 180 (bir yüz səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar