Məhkəmə qərarları › İş №3(050)-153/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-153/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-153/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxıb, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında işdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmiş, həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmişdir. X3 bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, X3 inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 EQ23638728 saylı protokol üzrə inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu ödəmiş, eyni zamanda Azərbaycan Respublikası Baş X5 İdarəsinin “X1”nin məlumatına əsasən sürücü barəsində bu günə kimi ödənilməmiş cərimə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin dispozisiyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət (nəqliyyat vasitəsinin idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. X3 tərəfindən inzibati xəta haqqında iş üzrə cərimə inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödənildiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs X3 inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ23638728 nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə inzibati məsuliyyətdən azad edilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar