Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-154/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi X3, şikayətçi X1 iştirakı ilə, X1 barəsində Masallı rayon Yol Patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TR ******* nömrəli qərardan şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh barədə xx.xx.2024-cü il tarixli TR ******* saylı qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayon elektirik şəbəkəsində elektrik mantyoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu Qarğalıq kəndində elektrik xəttində nasazlıq baş verdiyinə görə elektrik şəbəkəsinin rəhbərliyinin tapşırığına əsasən Qarğalıq kəndinə gedərkən Masallı şəhəri, Sənaye məhəlləsi adlanan yerin yaxınlığında Masallı rayon, Yol Patrul xidmətinin əməkdaşı tərəfindən idarə etdiyi vaz 21074 minik markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmışdır. Avtomaşında konstruksiya dəyişiklik edilməsi səbəbindən protokolla cərimə tətbiq olunması bildirilmişdir. O, isə onlara bildirmişdir ki, işlə bağlı qəza hadisəsi yerinə Qarğalıq kəndinə gedir. Bundan əlavə bildirmişdir ki, onun idarə etdiyi avtomaşınında heç bir konstruksiya dəyişikliyi yoxdur. O, avtomaşınını texniki baxışdan təzə keçirtmişdir və əgər hər hansı konstruksiya dəyişikliyi olsaydı bunu oan texniki baxış zamanı bildirərdilər. Onlar onu avtomaşından düşürmüşlər və avtomaşını polis şöbəsinin duracağına aparmışlar. O, avtoservisdən mütəxəsisdə gətirmiş və mütəxəssis tərəfindən X10 iştirakı ilə avtomaşına baxış keçirilmişdir. Mütəxəssis bildirmişdir ki, avtomaşında heç bir konstruksiya dəyişikliyi edilməməşdir. Bütün bunlara baxmayaraq Masallı rayon Yol Patrul xidmətinin əməkdaşı Nəriman Həsənov tərəfindən 50 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Onun barəsində qəbul olunmuş qərardan narazıdır. Onun maddi imkanı yoxdur. Onu heç bir əsas olmadan qanunsuz olaraq cərimə etmişlər. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" ASC-nin Masallı rayon elektirik şəbəkəsində elektrik mantyoru vəzifəsində işləyir. İdarədən çıxıb qəza yerinə gedirdi Qarğalıq Kürdəbaz kəndində naqillər qırılmışdı. Yol polis əməkdaşları ona dayanma-durma işarəsi vermiş və oda polisin tələbinə əsasən avtomobili saxlamışdır. Sənədlərini təqdim etmiş, yoxlanılmış və sənədləri qaydasında olmuşdur. Sonra polis əməkdaşı ona avtomobilinin duracağa yerləşdiriləcəyini demişdir. O, bunun səbəblərini soruşduğu zaman polis əməkdaşı ona avtomobilində konsturuksiya dəyişikliyi olduğunu (purjun araməsafəsinin az olduğu) bildirmişdir. Oda polis əməkdaşına avtomobilində konstruksiya dəyişikliyi olmadığını, avtomobilinin texniki baxışdan yenicə keçdiyini, əgər konstruksiya dəyişikliyi olmuş olsaydı bu barədə ona deyiləcəyini bildirmişdir. Polis əməkdaşı isə onu polis şöbəsinə dəvət edərək polis şöbəsində araşdıracaqlarını bildirmişdir. O, isə polis əməkdaşına naqillərin qırıldığını, bu səbəbdən təcili olaraq qəza yerinə getməli olduğunu bildirmişdir. Polis əməkdaşı isə onu avtomobildən düşürərərk yerindəcə heç bir sənədləşmə işləri aparmadan maşını ondan alıb şöbəyə aparmış, oda yolda qalmışdır. Daha sonra hadisə yerinə taksi ilə getmişdir. İşdən çıxdıqdan sonra polis şöbəsinə getmiş və şöbədə DYP-nin rəis müavini Ariz müəllimə avtomobilinin konstruksiya dəyişikliyinə əsasən gəldiyini və usta çağırıb maşınına baxılmasını bildirmiş və tanıdığı usta olduğunu demişdir. Ariz məllim isə ona tanış ustanın deyildə Avtoservisdən ustanın çağırılmalı olduğunu bildirmiş və servisdə Röyal adlı şəxsi çağırmasını ona demişdir. Oda gedib Röyal adlı şəxsi çağırmış və Röyal onun avtomobilinə baxış keçirərək avtomobilində heç bir konstruksiya dəyişikliyi olmadığını bildirmişdir. Sonra sök demiş, oda sutaya pul vermiş və usta avtomobilin purjunlarını söktürmüş və Ariz müəllimə göstərmiş, şəkillərinidə çəkmişlər və heç bir konstruksiya dəyişikliyinin olmadığını demişdir. Sonra ona gedib purjun almasını demişlər. Oda yedib yeni purjunlar alıb gətirmişdir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş 29 dekabr 2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.5-ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 29 dekabr 2024-cü il tarixdə saat 08:26 radələrində özünə məxsus “Vaz 21074 minik” markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhəri H.Əliyev prospektində idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.5-ci maddələrinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2486 saylı arayışdan görünür ki, Vaz- 21074 markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Avtoservis” texniki xidmət stansiyasının çilingər ustası X2 iştirakı ilə avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa yaylarında paxlalar arası məsafə normativ tələblərə uyğun olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 29 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən protokol tərtib edilərkən avtomobildə olan texniki nasazlığın yoxlanılması ilə bağlı alınmış arayışla təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş 29 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-154/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-154/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver