Məhkəmə qərarları › İş №3(050)-1540/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1540/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1540/2024 31.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxsin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20 avqust 1989-cu ildə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı icra sənədinə əsasən 01 iyul 2023-cü ildən başlayaraq Şəxs 05 mart 2015-ci il təvəllüdlü X7 və 28 may 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş ümumlikdə 2200 manat məbləğində aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı icra sənədlərinə əsasən Şəxs ümumilikdə 2200 manat məbləğində borcu var. Borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, tərəfindən izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu indiyədək icra sənədi üzrə cəmi 200 manat aliment ödəmiş və hazırda 2200 manat aliment borcu vardır. Odur ki, qeyd edilən icra sənədi tam icra edilmədiyi səbəbindən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı icra sənədindən məlumatlıdır. Barəsinə tərtib edilmiş inzibati protokolla razıdır. Hal-hazırda borcunu ödəmək iqtidarında deyildir. Lakin gələcəkdə işləməklə aliment borcunu ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X6 izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs Ayşən Məmmədova onun qızıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı icra sənədinə əsasən 01 iyul 2023-cü ildən başlayaraq Şəxs 05 mart 2015-ci il təvəllüdlü X7 və 28 may 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq, X3 ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə 2200 manat borcu yaranmışdır. Borclu işləməklə aliment borcunu ödəyə bilər. Odur ki, borcu tam şəkildə tələb edir. Borc ödənilmədiyi təqdirdə Şəxs barəsində inzibati həbslə əlaqədar cəza verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 31 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abuşov X8 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı icra sənədini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1564/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehin yüngülləşdirən hal və inzibati tənbehin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, o cümlədən onun əvvəllər icra sənədləri üzrə öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün barəsində bir neçə dəfə inzibati qaydada həbs tənbeh tədbiri seçilməsinə baxmayaraq, indiyədək icra sənədini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 31 iyul 2024-cü il tarixdən saat 11:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Abuşov X8 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar