Məhkəmə qərarları › İş №3(050)-1541/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1541/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1541/2024 01.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Mircavadabəy Talışxanov prospekti ev 3-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib inzibati protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri, M.Müşviq küçəsi ev 3-də ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X13 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:51 radələrində, Masallı rayonu M.Müşviq küçəsi ev 3-də yaşayan Sadıqova Nüşafərin DİN-in 102 xidmətinə zəng vurub, keçmiş gəlini Elnarənin ikinci gəlini Afəti döyməsini bildirmişdir. Aparılmış araşdırma zaman müəyyən edilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri M.Müşviq küçəsində yaşayan Zərərçəkmiş şəxs ilə mülk üstündə mübahisələri yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs saçından tutub dartaraq fiziki ağrılara səbəb olan zor tətbiq etmişdir. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, Şəxs Zərərçəkmiş şəxs döyməsi faktı təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu M.Müşviq küçəsində qeydiyyatda olsa da Bakı şəhəri, Abşerov rayonu Xırdalan qəsəbəsində ailə üzüvləri ilə birlikdə yaşayır. X2 10 il bundan əvvəl rəsmi olaraq boşanmış, həmin vaxtdan sonra X16 Sadıqova ilə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında heç bir qərəzli münasibətləri və münaqişələri olmamışdır. Təxminən bir il əvvəl Masallı rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Fəxrəddin Sadıqovun evində ona və övladlarına yaşamaq hüququ verilməsi barədə rəsmi qərar çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində övladları Murad, Kənan və bacısı Aynurə ilə birlikdə evi təmizləmək və qaynanası Nüşafərin Sadıqova ilə bayramlaşmaq məqsədilə evə gəlmişlər. Həmin vaxt yaşamaq hüquq olan evini təmizləmək istədikdə, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib evdən çıxıb getməsini demiş, bu zaman Afət ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə hücum edib saçından tutub yolduğu üçün o da Afətin saçından tutub yolmuşdur. Mübahisə zamanı Afət stolun üzərində olan bıçağı götürmüş, bacısı Aynurə bıçağı Afətin əlindən alıb stolun üzərinə qoymuş, bundan sonra Afət evdən qaçıb küçəyə çıxıb qonşuluqda yaşayan qohumu Gülnaz Sadıqovanı çağırmış, həmin vaxt Gülnaz həyətə gəlib onun ünvanına nalayıq ifadələr işlədib evinin onlara məxsus olduğunu demişdir. Daha sonra övladları Kənan, Murad və bacısı Aynurə ilə birlikdə evdən çıxıb bacısının yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsindəki evə getmişlər. DİN-in 102 xidmətinə zəng vurub döyülməsi barədə məlumat verilmişdir. Afətlə qarşılıqlı olaraq mübahisə edib dalaşmışlar. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, X3 və Şahid1 Şəxs izahatında göstərdiklərinə uyğun izahat vermişdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı şəhəri M.Müşviq küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvdanda yaşayır. Əri X1 arvadı Şəxs 10 il əvvəl rəsmi olaraq boşanmışlar. Həmin vaxtdan sonra Fəxrəddin Sadıqov onunla ailə həyatı qurmuşdur Şəxs ilə aralarında heç bir qərəzli münasibətl və münaqişələri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qayınanası Nüşafərin Sadıqova ilə birlikdə evdə olduğu vaxt Şəxs övladları Murad Məhərrəmov, Kənan Məhərrəmov və bacısı Şahid1 ilə birlikdə yaşadığı evə gəlmişlər. Şəxs bir neçə dəqiqə keçdikdən sonra ona evinin otaqlarına əşyalarını yığıb birlikdə yaşayacağını demiş, o, Şəxs evində yaşadığı təqdirdə evdən çıxıb gedəcəyini bildirmişdir. Həmin vaxt Elnarə ilə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elnarə onun saçından tutub yerə yıxıb sürüməyə başladığı zaman Murad Məhərrəmov stolun üzərindəki bıçağı götürüb arxa hissəsi ilə onun boyun nahiyyəsinə bir zərbə vurmuş, boğazından tutub əli ilə boğmağa başlamış, bu zaman Elnarənin bacısı Aynurə və oğlu Kənan onun saçından tutub başına sillə zərbələri vurmuşdur. Onların əlindən çıxıb küçəyə tərəf qaçmış, baldızı Sevda Tağıyevanın evinin qarşısına getmişdir. Sevda onun küçədə ağladığını görüb səbəbini soruşduqda, Elnarə Məhhərəmova, onun övladıları Kənan və Murad, bacısı Aynurə tərəfindən döyülməsini bildirmişdir. Sevda Tağıyeva da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. X10 ilə barışmaq niyyətində deyildir, onun barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyni məzmunlu izahat verərək Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:51 radələrində, Masallı rayonu M.Müşviq küçəsi ev 3-də yaşayan Sadıqova Nüşafərin DİN-in 102 xidmətinə zəng vurub, keçmiş gəlini Elnarənin ikinci gəlini Afəti döyməsini bildirmişdir. Qeyd edilən müraciət Masallı RPŞ-nin 1 nömrəli hadislər kitabından 1634 nömrə ilə qeydiyyata alınaraq icraatına verilmişdir. Faktla bağlı tərəfindən təhqiqat araşdırması aparılmış, tərəflərin izahatı alınmış, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ekspertizalar təyin edilmişdir. Aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təqdim edilməsi üçün qərar qəbul edilmiş, MTE-nin 540 nömrəli rəyində Zərərçəkmiş şəxs hər hansı bır xəsarət aşkar olunmadığı qeyd edilmişdir. Göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə verilmişdir. Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X12 X19 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 540 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı xəsarət aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağaırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün aşağı həddində cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar