Məhkəmə qərarları › İş №3(050)-1542/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1542/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1542/2024 01.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X8, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, M.Müşviq küçəsi ev 3-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib inzibati protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri, M.Müşviq küçəsi ev 3-də ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qızını döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X16 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:51 radələrində, Masallı rayonu M.Müşviq küçəsi ev 3-də yaşayan Sadıqova Nüşafərin DİN-in 102 xidmətinə zəng vurub, keçmiş gəlini Elnarənin ikinci gəlini Afəti döyməsini bildirmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə saat 09:55 radələrində Masallı rayonu M.Müşfiq küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng vuraraq keçmiş həyat yoldaşının hazırki ikinci arvadı Afətin onu döyməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri M.Müşviq küçəsində yaşayan Şəxs ilə mülk üstündə mübahisələri yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs əli ilə qəsdən vuraraq ona “sağ və sol said nahiyəsinin sıyrığı və sağ əlin üç barmağının qançırı” diaqnozlu xəsarət yetirmişdir. Eyni zamanda mübahisə zamanı Zərərçəkmiş şəxs Şəxs əli ilə qəsdən vuraraq fiziki ağrı xəsarət yetirmişdir. Lakin Şəxs Şahid5 və Şahid4 döyməsi və bıçaqla xəsarət yetirməsi faktı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, Zərərçəkmiş şəxs və Şəxs bir-birilərini döyərək qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikləri təsdiq edildiyindən əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı şəhəri M.Müşviq küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvdanda yaşayır. Əri X1 keçmiş arvadı Zərərçəkmiş şəxs 10 il əvvəl rəsmi olaraq boşanmışlar. Həmin vaxtdan sonra Fəxrəddin Sadıqov onunla ailə həyatı qurmuşdur Zərərçəkmiş şəxs ilə aralarında heç bir qərəzli münasibətl və münaqişələri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qayınanası Nüşafərin Sadıqova ilə birlikdə evdə olduğu vaxt Zərərçəkmiş şəxs övladları Murad Məhərrəmov, Kənan Məhərrəmov və bacısı Şahid2 ilə birlikdə yaşadığı evə gəlmişlər. Zərərçəkmiş şəxs bir neçə dəqiqə keçdikdən sonra ona evinin otaqlarına əşyalarını yığıb birlikdə yaşayacağını demiş, o, Zərərçəkmiş şəxs evində yaşadığı təqdirdə evdən çıxıb gedəcəyini bildirmişdir. Həmin vaxt Elnarə ilə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elnarə ilə bir-birinin saçından tutub dartışmağa başlamışdılar. Mübahisə zamanı o yerə yıxılmış, Murad Məhərrəmov stolun üzərindəki bıçağı götürüb arxa hissəsi ilə onun boyun nahiyyəsinə bir zərbə vurmuş, boğazından tutub əli ilə boğmağa başlamış, bu zaman Elnarənin bacısı Aynurə və oğlu Kənan onun saçından tutub başına sillə zərbələri vurmuşdur. Onların əlindən çıxıb küçəyə tərəf qaçmış, baldızı Sevda Tağıyevanın evinin qarşısına getmişdir. Sevda onun küçədə ağladığını görüb səbəbini soruşduqda, Elnarə Məhhərəmova, onun övladları Kənan və Murad, bacısı Aynurə tərəfindən döyülməsini bildirmişdir. Sevda Tağıyeva da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı izahatında göstərmişdir ki, Masallı rayonu M.Müşviq küçəsində qeydiyyatda olsa da, Bakı şəhəri, Abşeron rayonu Xırdalan qəsəbəsində ailə üzüvləri ilə birlikdə yaşayır. X5 10 il bundan əvvəl rəsmi olaraq boşanmış, həmin vaxtdan sonra Fəxrəddin Sadıqov, Şəxs ilə ailə həyatı qurmuşdur. Şəxs ilə aralarında heç bir qərəzli münasibətləri və münaqişələri olmamışdır. Təxminən bir il əvvəl Masallı rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Fəxrəddin Sadıqovun evində ona və övladlarına yaşamaq hüququ verilməsi barədə rəsmi qərar çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində övladları Murad, Kənan və bacısı Aynurə ilə birlikdə evi təmizləmək və qaynanası Nüşafərin Sadıqova ilə bayramlaşmaq məqsədilə evə gəlmişlər. Həmin vaxt yaşamaq hüquq olan evini təmizləmək istədikdə, Şəxs onun ünvanına nalayiq ifadələr işlədib evdən çıxıb getməsini demiş, bu zaman Afət ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onun üzərinə hücum edib sacından tutub yolduğu üçün bir-birilərilə əlbəyaxa olmuşlar, o da Afətin saçından tutub yolmuşdur. Afət ilə mübahisə zamanı boyunda olan qızıl-zinyət əşyaları qırlıb yerə düşmüş mübahisə zamanı Afət stolun üzərində olan bıçağı götürmüş, bacısı Aynurə bıçağı Afətin əlindən alıb stolun üzərinə qoymuş, bundan sonra Afət evdən qaçıb küçəyə çıxıb qonşuluqda yaşayan qohumu Gülnaz Sadıqovanı çağırmış, həmin vaxt Gülnaz həyətə gəlib onun ünvanına nalayıq ifadələr işlədib evinin onlara məxsus olduğunu demişdir. Daha sonra övladları Kənan, Murad və bacısı Aynurə ilə birlikdə evdən çıxıb bacısının yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsindəki evə getmişlər. DİN-in 102 xidmətinə zəng vurub döyülməsi barədə məlumat verilmişdir. Afətlə qarşılıqlı olaraq mübahisə edib dalaşmışlar. Lakin övladları Kənan və Murad, bacısı Aynurə Şəxs döyməmişlər. Hazırda Şəxs ilə barışmaq niyyətində deyildir, onun barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 eyni məzmunlu izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:51 radələrində, Masallı rayonu M.Müşviq küçəsi ev 3-də yaşayan Sadıqova Nüşafərin DİN-in 102 xidmətinə zəng vurub, keçmiş gəlini Elnarənin ikirci gəlini Afəti döyməsini bildirmişdir. Nüşafərin Sadıqova təkrarən 10:08 radələrində müraciət edərək şəxsin onu bıçaqla ölümlə hədələməsi barədə məlumat vermişdir. Qeyd edilən müraciət Masallı RPŞ-nin 1 nömrəli hadislər kitabından 1634 nömrə ilə qeydiyyata alınaraq icraatına verilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə saat 09:55 radələrində Masallı rayonu M.Müşfiq küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng vuraraq keçmiş həyat yoldaşının hazırki ikinci arvadı Afətin onu döyməsi barədə məlumat vermişdir. Qeyd edilən müraciət də Masallı RPŞ-nin 1 nömrəli hadislər kitabından 1634 nömrə ilə qeydiyyata alınaraq icraatına verilmişdir. Faktla bağlı tərəfindən təhqiqat araşdrıması aparılmış, tərəflərin izahatı alınmış, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ekspertizalar təyin edilmişdir. Aparılmış təhqiqat zamanı Şəxs bədəni üzərində olan xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təqdim edilməsi üçün qərar qəbul edilmiş, MTE-nin 540 nömrəli rəyində Şəxs hər hansı bır xəsarət aşkar olunmadığı qeyd edilmişdir. Həmçinin aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün MTE və PAB-nin Masallı rayon şöbəsinə təqdim edilməsi üçün qərar qəbul edilmişdir. MTE-nin 536 nömrə! rəyində Zərərçəkmiş şəxs “sağ və sol said nahiyəsinin sıyrığı və sağ əlin üç barmağının qançırı” müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanının (əşyaların) təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 17 iyun 2024-cu il tarixə uyğun gəlir və sağla mlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri, M.Müşviq küçəsində yaşayan Şəxs ilə mülk üstə mübahisələri yaranmış və mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxsm əli ilə qəsdən vuraraq ona “sağ və sol said nahiyəsinin sıyrığı və sağ əlin üç barmağının qançırı” kimi xəsarət yetirmişdir. Eyni zamanda mübahisə zamanı Elnar Məhərrəmova sonuncuya əli ilə qəsdən vuraraq fiziki ağrı ilə nəticələnən xəsarət yetirmişdir. X4 Şahid5 və Şahid4 tərəfindən döyməsi faktı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında göstərmişdir ki, X11 atası, Zərərçəkmiş şəxs isə anasıdır. X17 anası Zərərçəkmiş şəxs 10 il qabaq nikahlarını məhkəmə qaydasında pozdurmuşlar. Atası Elnarədən boşandıqdan sonra Şəxs ilə ikinci dəfə ailə həyatı qurmuşdur. Şəxs ilə isə aralarında ədavət və düşmənçlikləri olmamışdır. Masallı Rayon Məhkəməsində anası Elnarə Məhərərmovaya və onlara atası Fəxrəddin sadıqova məxsus evdə yaşamaq hüququnun verilməsi barədə qətnamə çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində anası Elnarə, qadaşı Murad və xalası Aynurə ilə birlikdə atasının yaşadığı evə bayramlaşmaq məqsədi ilə getmişlər. Anası Elnarə evə daxil olduqdan sonra atasının ikinci həyat yoldaşı Şəxs evdə yaşamaq hüquqlarının olmasını və evi təmizləmək istədiyini demişdir. Həmin vaxt Şəxs anasının ünvanına nalayiq ifadələr işlədərək evdən çıxıb getmələrini tələb etmiş, bu səbəbdən Afətlə Elnarənin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs anası Zərərçəkmiş şəxs üzərinə hücum edərək saçından tutub yolmağa başlamış, hər ikisi əlbəyaxa olmaqla bir-birilərini saçından yolmağa başlamışlar. Mübahisə zamanı anasının qızıl boyunbağısı da qırılıb yerə düşmüşdür. Afət stolun üzərindəki bıçağı götürmüş, həmin vaxt xalası Aynurə bıçağı təkrarən Afətin əlindən alaraq stolun üzərinə qoymuşdur. Bundan sonra Şəxs evdən çıxıb küçəyə tərəf qaçmış, qonşuluqda yaşayan Gülnazı çağırmışdır. Gülnaz həyətə gələrək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar evdən çıxıb xalası Aynurənin yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsindəki evlərinə getmişlər. Mübahis təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisə vaxtı Şəxs heç kim vurmamış, mübahisə Afətlə anası Elnarə arasında baş vermiş, onlar qarşılıqlı olaraq bir-bilərini saçından tutaraq xəsarət yetirmişlər. Anası Elnarə də Afət barəsində 102 xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və Şahid2 eyni məzmunlu izahat verərək şahid X3 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs əməlində barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X15 X21 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 536 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ və sol said nahiyyəsinin sıyrığı və sağ əlin İİİ barmağının qançırı” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlmalığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Zərərçəkmiş şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs X7 tərəfindən bıçağın arxa hissəsi ilə boyun nahiyəsinə xəsarət yetirməsi və Zərərçəkmiş şəxs digər oğlu tərəfindən döyülməsi barədə izahatında göstərdiklərinə münasibətdə bildirir ki, qeyd edilənlərlə bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmış, onun qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə Şəxs qeyd edilən izahatını özünümüdafiə məqsədi daşıdığını və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün aşağı həddində cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar