Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1550/2025 25.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Masallı rayon Polis şöbəsinin Dövlət yol polis bölməsinin baş dövlət avtomobil müfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1994-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli 12 may 2025-ci il tarixli protokola əsasən Şəxs 08 may 2025-ci il tarixdə, saat 17:05-də “Renault Megane” minik markalı, **- CK-*** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan inzibati xətanı törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Masallı rayon Polis şöbəsinin Dövlət yol polis bölməsinin baş dövlət avtomobil müfəttişi X4 izahatında bildirdi ki, 08 may 2025-ci il tarixdə Şəxs sürücülük hüququ olmadan tanışı X6 məxsus “Renault Megane” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman yol kənarında dayanmış X3 məxsus “Toyota Corolla” minik markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin nəticəsində “Toyota Corolla” minik markalı, **- CL-*** dövlət nömrə nişanlı avtomobilə müəyyən dərəcədə ziyan dəymişdir. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəysə də, xəsarət alan olmamışdır. Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 08 may 2025-ci il tarixdə tanışı X1 olduğu üçün ona məxsus “Renault Megane” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobil, sürücülük hüququ olmadan idarə etmişdir. Masallı rayonu, Ərkivan qəsəbəsində yolda hərəkətdə olduğu zaman qarşıdan hərəkətdə olan “Toyota Corolla” minik markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomobil bir anda dayanmışdır. Həmin vaxt, o, ara məsafəsi saxlamadığından avtomobili saxlaya bilməmiş və “Toyota Corolla” markalı avtomobillə toqquşmuşdur. Məhkəmədən cərimə cəzasının təyin olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal və İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 3(050)-1240/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş Masallı rayon Polis şöbəsinə geri qaytarılmışdır. - 09 may 2025-ci il tarixli “Avtoservis” T.X.S tərəfindən verilmiş arayışından görünür ki, “Toyota Corolla” minik markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomobilə ümumi 1645 manat məbləğində ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını bildiyi halda nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərək yol-hərəkəti iştirakçıları üçün təhlükə yaratmasını, baş vermiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini, AZEMİS elektron sistem məlumatlarına əsasən "xxxx" MMC-nə borclu olduğunu, hazırda cərimə olunacağı təqdirdə işləmədiyi üçün cəriməni ödəyəcəyinin inandırıcı olmayacağını nəzərə alaraq, İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. İş materiallarından müəyyən olunur ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 25 iyun 2025-ci il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 25 iyun 2025-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1550/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1550/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver