Məhkəmə qərarları › İş №3(050)-1553/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1553/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1553/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1976-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 qardaşı arvadı X3 vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Masallı rayonu Qızılavar kəndində yerləşən özünə məxsus evdə tək yaşayır. Yaşadığı ev əmisi oğlu İlham Əzizovun evi ilə qonşudur və İlham uzun müddətdir Rusiya Federasiyasında yaşasada həmin evdə onun arvadı X5 və təxminən 90 yaşlarında xəstə olan anası yaşayır. Südabə və İlhamla münasibətləri əvvəllər yaxşı olmuşdur, onlara qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Masallı şəhərində tək bir qədər spirtli içki qəbul etdikdən sonra yaşadığı Qızılavar kəndinə qayıtmış kəndə olan çayxanaların birində oturub çay içmişdir. Həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində çayxanadan çıxıb yaşadığı evə doğru piyada hərəkət etməyə başlamış, evinin yanına çatdıqda evə əmisi oğlu İlhamın arvadı Südabə Hüseynovanın yaşadığı evin həyətində keçib getməyə qərara almış və çöl qapıdan həyətə daxil olmuşdur. Həyətə daxil olandan sonra Südabənin yaşadığı kürsülü bir mərtəbəli evin ön tərəfinin taxta pəncərəsinin açıq olduğunu və dəhlizdə olan işıqların yandığını görmüşdür. Pəncərənin açıq, işıqların yanılı olmasına baxmayaraq Südabənin və yaşlı əmisi arvadının evdə olmadığını özündə güman edib oğurluq etmək məqsədilə həmin pəncərədən evin dəhlizinə daxil olmuşdur. Sonra pul və qiymətli əşyalar tapmaq üçün dəhlizlə üzbəüz olan birinci yataq otağa baxmış lakin bir şey tapa bilməmişdir. Növbəti yataq otağına daxil olub baxan zaman Südabənin əynindəki paltarla üzü üstə çarpayıda yatdığını görmüşdür. Südabənin onu tanımaması üçün əynində olan qara rəngli uzunqol köynəyini çıxardıb başına çekirmiş və otaqda olan servantı axtarmağa başlamışdır. Bu zaman Südabənin səsə ayıldığını görüb tez üzərinə atılmış və yatdığı çarpayının üzərində əli ilə arxadan ağzını tutaraq qışqırmamasım xahiş etmişdir. Həmin vaxt Südabə onu itələyib əlləri ilə boğazından tutmuş və birlikdə çarpayıdan döşəmənin üzərinə çevrilərək düşmüşlər. Bu zaman üzünü bağladığı köynəyi başından yerə düşmüş və Südabə onu tanıyaraq nə üçün ona qarşı belə hərəkətlər etdiyini deyərək qışqırmağa başlamışdır. Bundan sonra o Südabədən qorunmaq üçün üzərində olan yağ bıçağını cibindən çıxardıb ona tərəf tutaraq səsini kəsməsini xahiş etmiş, onu və özünü biabr etməməsini demişdir. Südabə buna əməl etməyərək əli ilə bıçağı tutaraq onu qırmış və həmin vaxt bıçaq əlini bir az zədələmişdir. Həmçinin mübahisə zamanı Südabənin üz nahiyəsi də əzilmişdir. Bundan sonra o bir təhər evə daxil olduğu pəncərədən çölə hoppanmış və əynində köynək olmadığından evinə getməyib evin həyətində köynəyini Südabədən geri almaq məqsədilə gözləmişdir. Qısa müddət sonra Südabənin Rusiyada olan əri İlahmla dəhlizdə görüntülü danışıb ona məlumat verdiyini görmüşdür. Həmin vaxt pəncərəyə yaxınlaşıb Südabədən və əmisi oğlu İlhamdan üzr istəmiş, onu bağışlamarını və şikayət etməmələrini xahiş etmişdir. Bundan sonra yaşadığı evə getmiş və sonra Südabənin onu zorlamaq istəməyi barədə polisə şikayət etdiyini eşitmişdir. O, Südabə Hüseynovafıın evinə oğurluq etmək üçn girsə də həmin vaxt evdən heç bir əşya oğurlamamışdır. Bundan başqa o, Südabəni vursada lakin zorlamaq niyyəti olmamışdır.Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, o 2001-ci il tarixdə Masallı rayonu Qızılavar kənd sakini X8 ilə ailə həyatı qurmuş və birgə nikahdan İlqar adlı bir oğlan övladı vardı. Əri İlham uzun müddətdir Rusiya Federasiyasına gedib orada işləyib ailəni dolandırır, oğlu İlqar isə hazırda hərbi xidmətdədir. Buna görədə o Masallı rayonu Qızılavar kəndində yerləşən kürsülü birmərtəbəli evində qayınanası ilə birlikdə yaşayır. xx.xx.2023-cti il tarixdə hərbi xiddmətdə olan oğlu İlqarın yanına gedibgəldiyindən həmin günü çox yorğun olmuşdur. Saat 20 radələrində yemək yeyib yorğun olduğu evin dəhlizi ilə üzbəüz olan özünə məxsus yataq otağındakı çarpayıda uzanmışdır. Uzanan zaman həmin yataq otağındakı olan işığı, həmçinin dəhliz və həyətdəki işıqları söndürməmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yataq otağındakı çarpayıda üzü döşəməyə tərəf yatılı olduğu vaxt kiminsə otağa daxil olduğunu və işığı söndürdüyünü hiss etmiş və yuxudan ayılmışdır. Ayağa qalxmaq istəyəndə bir nəfər şəxsin tez arxadan üzərinə uzanaraq əli ilə ağzını tutub sıxmış, həmin şəxsə bir təhər oğlunun əsgər olduğunu və onu öldürməməsini demişdir. Həmin şəxs ona oğlunun əsgər olduğunu bildiyini, onu öldürməyəcəyni, lakin səsini çıxarmamağını xahiş etmişdir. Həmin şəxsin əlindən çıxmağa çalışarkən onun əlində bıçağın olduğunu bilmiş və bıçağı əlində almaq istəyərkən tiyə hissə qırılaraq əlində qalmışdır. O müqavimət göstərən zaman üzünün sağ tərəfi və dodaq nahiyəsi bir az əzilmişdir. Təxminən 3-4 dəqiqə həmin şəxsin əlindən çıxmağa müqavimət göstərsədə yorulduğu üçün bunu bacara bilməmiş və həmin şəxs bir əli ilə ağzını tutmaqda davam edərək o biri əli ilə əynində olan paltarını bir az yuxarı çəkmişdir. Bu zaman özündə güc tapıb başını çarpayıdan yuxarı döndərib həmin şəxsin əri İlhamın əmisi oğlu olan, qonşuluqda yaşayan, kənddə Cəbrayıl kimi tanıdığı, lakin əsil adının Şəxs olduğunu bilmiş və əynində köynəyinin olmadığını görmüşdür. Yansurdan nə üçün belə etdiyini soruşmuş, Yansur onu tanıdığını bildiyi üçün tez üzərindən yerə düşüb evin dəhlizindəki pəncərədən qaçaraq getmişdir. Bundan sonra o Rusiyada olan əri İlhamə zəng edib bu barədə məlumat vermiş və oda dərhal 102 xidmətinə zəng etməyini bildirmişdir. Dəhlizdə İlhamla telefonda görüntülü danışan zaman Yansur dəhlizdə olan pəncərədən içəri boylanaraq ona və ərinə səhv etdiyini və bağışlamaqlarını demişdir. O Yansura etdiyi hərəkətlərə görə onu başlamayacağını deyərək həyətindən qovmuşdur. Bundan sonra DİN-nin 102 zəng mərkəzinə zəng edərək Yansurun onu bıçaqla hədələyib onu zorlamaq istədiyini bildirmişdir. Polis əməkdaşları yaşadığı evə gələnə kimi yatdığım otağın işığını yandırmaq istədikdə yanmamış və əli ilə elektrik lanpasına baxan zaman onun sönəcək həddə qədər açıldığını görmüş və Yansurun onu tanımamağı üçün otağın işığını söndürdüyünü başa düşmüşdür. Otağın işığın yandırdıqdan sonra otaqda olan kreslonun üzərində bir ədəd qara rəngli uzunqol kişi köynəyinin olduğunu aşkar etmiş və həmin köynəyi Yansura məxsus olduğunu başa düşmüşdür. Həmçinin yatdığı taxtın üzərinə baxan zaman oradan Yansurun onu bıçaqla tutduğu həmin bıçağın qırıqlarını da tapmışdır. Qısa müddət sonra polis əməkdaşları yaşadığı evə gələrək ondan ərizə alıb baxış keçirmişdirlər. Hazırda Şəxs ilə barışmamışdır, ona inzibati həbs cəzası verilməsini xahiş edir. 31 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 04 sentyabr 2023-cü il tarixli 842 saylı ekspert rəyindən görünür ki, X2 yuxarı dodağın və üzün sağ yarısının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir günə qədərdir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu etirafedici izahatı, inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli il cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- 43, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxs Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar