Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1554/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, Zərərçəkmiş şəxs iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxx 1978-ci ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X4 birinci qrup əlil və dializ xəstəliyindən əziyyət çəkir. Onu həftənin 1-ci və 5-ci günləri müalicə almaq üçün Masallı RMX-nın Dializ şöbəsinə oğlu X2 ilə birlikdə aparır. Ərinin müalicəsi üçün istifadə etdikləri taraktoru xx.xx.2023-cü il tarixdə 12000 (on iki min) manat satmışlar. Qeyd olunan pulu və evdə olan 6 ədəd qızıl üzük, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbağı, 3 cüt qızıl sırğadan ibarət qızılları birlikdə evdə olan sandığa qoymuşdur. Ailəsində heç bir vaxt münaqişə və dava-dalaş olmamışdır. Lakin gəlinləri Zərərçəkmiş şəxs ailə üzvlərinin xəstəxanada olmasından istifadə edərək və atası Naiblə məsləhət edib evlərindən 12000 (on iki min) manat pulu və qızıl-zinət əşyalarını götürərək getmişdir. Naib tanımadıqları taksi sürücüsü ilə evə gələrək girmiş və Aysunla birlikdə pulları qızıllaraı aparmışdır. Əri əvvəllər Aysuna demişdir ki, atası Naiblə ələqə saxlamasın çünki Naib əliəyridir və evə söz-söhbət salır. Naib əri Qafurdan dəfələrlə ona avtomobil almasını istəmişdir. Əri ona avtomobil almayacağını bildirdikdə o “bunun cavabını verəcəksən” deyə bildirilmişdir. Bundan başqa gəlini Aysunla arasında heç vaxt münaqişə olmamışdır. Aysunun qollarına və üz nahiyəsinə onun tərəfindən isti tava ilə vurularaq yandırılması şər və böhtandır. Gəlini Aysunu döyməmiş və ona xəsarət yetirilməmişdir. Onun heç bir günahı yoxdur və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2020-ci il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Evli olduğu müddətdə qayınatası X1 və qayınanası Şəxs ilə yola getməmişdir. Hər zaman onlar tərəfdən incidilmişdir. Hələ 6 ayın gəlin olan zaman ailədə baş vermiş münaqişəsi zəmnində onu 2021-ci ilin iyul ayında atası Naibin evinə gətirmişlər. 2023-cü ilin may ayında çoxlu xahişlərə görə atası ailə dağıtmasını istəmədiyinə görə yenidən əri ilə barışmış və Hüseynov Qafurun evinə qayıtmışdır. Qayıtdıqdan sonra bir müddət ailədə mehribançılıq olsada yenidən ailə münaqişə davam etmiş və onunla kobud davranaraq incitmişlər. Qayınanası onu müxtəlif bəhanələrlə döymüşdür. xx.xx.2023-cü il tarixdə evdə çörək bişirərkən çörəyin birinin digərinə nisbətən çox qızarmasını səbəb gətirərək qayınanası Nuridə onun dodaq nahiyəsinə və qollarının üzərinə isti tavanı vuraraq xəsarət yetirmişdir. Onların bütün bu hərəkətlərindən bezərək xx.xx.2023-cü il tarixdə evdə olmamalarından istifadə edib azyaşlı qızı Fatiməni və onun paltarlarını götürərək evdən çıxı getmişdir. Evdən çıxdıqdan sonra əsas yola çıxmış və tanımadığı taksi ilə Masallı rayon Xırmandalı kəndində atasının evinə getmişdir. Evdən çıxarkən onun 12000 (on iki min) manat pul və qızıl zinət əşyalarını aparması şər böhtandır. Evdən sadəcə olaraq uşağının geyim əşyalarını götürərək çıxmışdır. Hazırda aralarında barışıq əldə olunmamış və məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbirin görülməsini xahiş edir. iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 15.08. 2023-cü il tarixli 790 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunan üst dodağın bayır hissəsində, aşağı çənəyə müvafiq nahiyənin sağ və sol yarısının ön hissəsində, sağ və sol said nahiyəsindəki sahələr İ dərəcəli yanığın sağaldıqdan sonrakı izi olub yüksək hərarətin, ola bilər ki, yüksək tempuratura malik tavanın müvafiq nahiyələrə qısa müddətli təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 08 avqust 2023- cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üşün dərəcəsi təyin edilmir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərər çəkmiş Zərərçəkmiş şəxsnun məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxsnun özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxsnun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1554/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1554/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver