Məhkəmə qərarları › İş №3(050)-1556/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1556/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1556/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1994-cü ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan; Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 nömrəli icra sənədini icra etməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 nömrəli icra sənədinə əsasən 26 yanvar 2023-cü il tarixdən başlayaraq 03 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 180 manat sabit pul məbləğində aliment məndən alınaraq iddiaçı X1 ödənilməlidir.O, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Aliment borcunu ösəməyə hazırdır.Lakin Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 nömrəli icra sənədindən xəbəri olmamışdır. Belə ki, icra sənədi üzrə icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişi bu gün, yəni 18 sentyabr 2023-cü il tarixdə barəsində inzibati qaydada protokol tərtib edilərkən ona icra məmuru tərəfindən təqdim edilmişdir. Hazırda yaranmış aliment borcundan 300 manat ödəmişdir. Qalan borcun ödənilməsi təmin ediləcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq inzibati icraata xitam verilməsinə xahiş edir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdən başlayaraq 03 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X1 ödənilməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 nömrəli icra sənədi icraatına daxil olduqdan sonra bir sıra icra hərəkətləri aparılmış, lakin borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün görülən icra tədbirləri nəticəsiz qalmışdır. Borclu bu gün Masallı rayon icra və probasiya şöbəsinə gəlmiş ona icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilərək ona 10 gün tələbin könüllü icra olunması üçün vaxt verilmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu Şəxs uzun müddətdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 nömrəli icra sənədindən xəbəri olmamışdır İcra məmurunun və borclunun izahatlarından göründüyü kimi, borcluya icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş bu gün, yəni 18 sentyabr 2023-cü il tarixdə inzbati xəta haqqında protokol tərtib olunarkən təqdim edilmişdir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsin əəsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta hadisəsi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar