Məhkəmə qərarları › İş №3(050)-1556/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1556/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1556/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Sarıcəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sarıcəfərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-830/2024 saylı icra sənədinə əsasən Şəxs 9336.46 manat əsas, 1053 manat faiz, 67.18 manat cərimə, cəmi 10456.64 manat borc və ödənilmiş 122 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Masallı Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ- 21070 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs 537.19 manat və 25 manat dövlət rüsumu olmaqla cəmi 562.19 manat pul tutulmalıdır. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2600 manat pul, hüquqi xidmətə görə 300 manat notariat xərci 20 manat, dövlət rüsumuna görə 46 (qırx altı) manat pul alınaraq X7 ödənilməlidir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 icra sənədi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin icra sənədləri üzrə borclu barəsində inzibati qaydada protokol tərtib edilənədək bütün lazımı icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədi üzrə Hafiz Kazımova borcundan bugünədək 350 manat pul qaytarılmış, 2616 manat borc qaytarılmamış qalmışdır. Şəxs zərərçəkmişə bu gün 500 manat ödəmək istədiyini bildirir, qalan borcunu da ayın sonunadək ödəyib yekunlaşdıracağına söz verir. Digər icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Bundan başqa Şəxs adında avtomobil var, həmin avtomobil müvafiq qurum tərəfindən cərimə duracağına yerləşdirilmişdir. "xxxx" ASC-nin icra sənədi ilə bağlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəxs əvvəllər "xxxx" MMC-də işləyib, hazırda işləmir. Lakin əmək müqaviləsinə xitam verilmədiyinə görə sistemdən iş yeri kimi "xxxx" MMC görsənir. Sonda B.M.İbayev borclunun Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədi üzrə 500 manat ödəməsinin nəzərə alınmasını və iş üzrə yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində olan 3 icra sənədindən məlumatlıdır. O, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmır. X2 olan borcundan 500 manat ödəyir, qalan borcunu ayın sonunadək ödəyəcəyinə söz verir. O, cümlədən digər icra sənədləri üzrə də ödənişlər edəcəkdir. Hal-hazırda borcunu ödəmək iqtidarında deyildir. Lakin gələcəkdə işləməklə ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar verilməsini xahiş etdi Zərərçəkmiş şəxs (tələbkar) X9 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2600 manat pul, hüquqi xidmətə görə 300 manat, notariat xərci 20 manat, dövlət rüsumuna görə 46 (qırx altı) manat pul alınaraq, X8 ödənilməlidir. Borclu icra sənədi üzrə əvvəllər 350 manat ödəniş etmiş, hazırda da məhkəmə iclasında 500 manat ödəmişdir. Qalan borcunu da ayın sonunadək ödəyəcəyinə söz verir. Ona görə də bu dəfə borclu Şəxs bağışlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərarlardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-830/2024 saylı, Masallı Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ-21070 nömrəli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədləri Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 02 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-830/2024 saylı, Masallı Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ-21070 nömrəli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədlərini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən X8 500 manat pul ödənilmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-299/2025 saylı icra sənədi üzrə borclu əvvəllər 350 manat ödəniş etmiş, bu gün yəni xx.xx.2025-ci il tarixdə keçirilmiş, məhkəmə iclasında borcundan 500 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəyinə söz verir. O, cümlədən digər icra sənədləri üzrə də ödənişlər edəcəyini qeyd edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyanın təsiri altına düşmür. Borclu üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün real addımlar atmış, müəyyən ödənişlər həyata keçirmişdir. Onun hərəkətlərində icra sənədinin icrasından qərəzli olaraq yayınma halı, eləcə də üzrsüz səbəbdən icra sənədini yerinə yetirməməsi halı aşkar olunmur. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığı üçün tələbin bir dəfəlik olaraq təmin edilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Göründüyü kimi məhkəmə araşdırması zamanı borclunun icra sənədlərinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar