Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1557/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. X6 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2023-ci il tarixli, MN ******* nömrəli və 27 iyul 2023-ci il tarixli,li, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2023-ci il tarixli,li, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 600 manat inzibati cərimə edilmişdir. Bundan başqa X1 və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 iyul 2023-ci il tarixli,li, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 600 manat inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X11 həmin qərarlardsan şikayət edərək, qeyd olunan qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan verilmiş şikayət ərizəsində qeyd olunmuşdur ki, 26 iyul 2023-cü il tarixli MN ******* saylı və 27 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarlarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 244.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. 26 iyul 2023-cü il tarixli MN ******* saylı və 27 iyul 2023-cü il tarixli MN ******* saylı qərarlar mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməlidirlər. Belə ki, həmin qərar ilə guya o, Masallı RMTM-nin Masallı Meşəbəyliyinin 20 saylı dolayının 4-cü kvartalında 7-ci bölməsində üst münbit qatın qanunsuz olaraq korlamışdır. Belə ki, o meşə torpaqlarında işləmir, həmin ərazi əgər meşə fondu torpaqlarına aiddirsə bu barədə xəritəni təqdim edilməlidir. X15 Məcəlləsinin 244.2-ci maddəsinə görə torpaqların münbit qatının korlanması halı baş versə idi, o, xətanı törətmiş olardu. İnzibati xətanın törədilməsi faktı aerokosmik şəkil, fotoşəkil, akt və yerquruluşu sxemindən çıxarışla təsdiq olunur. Halbuki həmin sənədlərin heç biri ona təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona iki qərar göndərilmişdir. Biri xx.xx.2023-cü il tarixli, digəri isə xx.xx.2023-cü il tarixlidir. Hər iki qərar eyni əsaslarla tərtib edilmişdir. Həmçinin qərarların göndərilməsi ilə bağlı müşayət məktubunda həmin qərarların tərtib olunmasına əsaslar eynidir, yəni hər iki qərar xx.xx.2023-cü il tarixli 004660 saylı akt və MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmişdir. Buda onu göstərir ki, bir şəxs haqqında törədilmiş bir əmələ görə iki qərar tərtib olunmuşdur. Bu isə qanuna ziddir. Çünki qanuna əsasən hər bir şəxs bir əmələ görə bir dəfə məsuliyyətə cəlb edilə bilər. Şikayət vermiş X8 və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan 25 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 rayon X4 Masallı meşəbəyliyinin 20 saylı meşə dolayının 4-cü kvartalının 7-ci bölməsində üst münbit qartını korlamışdır. X11 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 1 saylı RETSİ-nin rəisi əvəzi X3 Pünhan Abdul oğlu barəsində tərtib edilmiş 25 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, Masallı rayon X5 Masallı meşəbəyliyinin 20 saylı meşə dolayının 4-cü kvartalının 7-ci bölməsində üst münbüt qartının korlanması müəyyən edilmiş və X11 Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsinə əsasən 600 manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyul 2023-ci il tarixli məktubundan görünür ki, idarənin X12 barəsində İXM-nin 253.2-ci maddəsinə uyğun olaraq tərtib edilmiş 25 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 26 iyul 2023ci il tarixdə saat 11:00-da araşdırma aparılması barədə barədə X8 məlumat verilmişdir. Masallı Regional X10 004660 saylı aktından görünür ki, 30 may 2023-cü il tarixdə 20 saylı meşə dolayına baxış zamanı avtomobil yağları və zibil tullantıları 14 m2 dövlət meşə fondunun ərazisinə tökülməsi ilə bağlı Masallı rayonu, Təzə Alvadı kənd sakini X12 ərazini əvvəlki vəziyyətə gətirilməsilə bağlı məlumatlandırılmış, o, yazılı izahat verərək qısa müddət ərzində ərazidə olan zibilləri təmizləyib ərazini əvvəlki vəziyyətə gətirəcəyini bildirsədə, 25 iyun 2023-cü il tarixdə Pünhan İsabəylinin iştirakı ilə sözügedən əraziyə baxış keçirilən zaman torpağın üst münbət qatının korlanması aşkar edilmişdir. X12 aktı imzalamaqdan imtina etmişdir. X7 X16 İdarəsinə vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ondan ərazini zibbilləməyə görə izahat alınmış, torpağın üst münbit qatının korlanması ilə bağlı ona heç bir sual verilməmiş, həmçinin o, özü bu barədə əlavə izah verməmişdir. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 244.2.-ci maddəsində qeyd olunmuşdur ki, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasının mənasından görünür ki, yalnız torpaq sahəsinin münbit qatının korlanması zamanı, həmin inzibatı xəta tərkibi yaranmış olur. X18 X10 004660 saylı aktından və X7 X16 İdarəsinə vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ümumiyyətlə torpaq sahəsinin münbit qatının yoxlanılması ilə bağlı heç bir araşdırma aparılmamışdır. Bütün araşdırma torpaq sahəsinin zibillənməsi haqqında olmuşdur. Qərar qəbul edilərkən inzibati xətanın törədilməsini əks etdirən əsas və səbəblər qanuna əsaslanmır. Bu isə onun hərəkətlərində inzibati xəta tərkibinin olmasını istisna edir. Bundan başqa bir hal üzrə iki dəfə inzibati xəta haqqında qərar edilmişdir. Beləliklə işin hallarından göründüyü kimi, tərtib olunmuş akt, inzibati xəta haqqında protokol həqiqəti əks etdirməmiş, aparılmış araşdırma obyektiv olmamışdır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; - inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan inzibati xətalar haqqında işlər üzrə icraat başlanması qanunsuz olmuş, bu səbəblə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 130, 133-136-ci maddələrinə əsasən, məhkəmə Qərar verdi: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 barəsində 26 iyul 2023-ci il tarixli, MN ******* nömrəli və 27 iyul 2023-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi verildiyi tarixdən 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1557/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1557/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver