Məhkəmə qərarları › İş №3(050)-1558/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1558/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1558/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Masallı şəhəri, Heydər Əliyev prospektində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 28 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Retro Car” kafesində X5 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxs X5 ilə 2021-ci ildə nişanlanmış və təxminən 1 ay nişanlı olmuşlar. Sonra müəyyən səbəblərə görə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bir müddət sonra Ceyranın ailə üzvləri ilə yenidən normal münasibətləri yaranmışdır. Bu səbəbdən də o, Ceyranla barışacağına ümid etmiş və bəzən onunla arasında telefon danışıqları olmuşdur. 28 avqust 2023-cü il tarixdə, saat 17 radələrində işlədiyi Masallı rayonu, H.Əliyev prospektində yerləşən “Retro Car” kafesində olarkən Ceyranın qışqırıq səslərini eşidib oraya gəldiyini bilmiş, ona yaxınlaşaraq nə istədiyini soruşduqda Ceyran DİN-nin 102 xidmətini yığıb ondan şikayət etdiyini bildirərək nalayiq ifadələrlə onu təhqir etmişdir. Aralarında yaranmış mübahisə zamanı Ceyranın qolundan tutub onu sakitləşdirmək istəyərkən Ceyran huşunu itirmişdir. Həmin vaxt onunla birlikdə işləyən Elturan Ağayev onların yanına gəlib Ceyranın üzünə su vuraraq ayıltmışdır. Ceyran özünə gəldikdən sonra yenidən onu nalayiq söyüşlərlə söyüb çıxıb getmişdir. O, Ceyran Həsənovanı döyməmiş, onu sakitləşdirmək istəyərkən qolundan tutmuşdur. Həmin əməlinə görə hazırda peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərdi ki, 28 avqust 2023-cü il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-yə özü müraciət etmişdir. Şəxslə 2021-ci ildə cəmi 10 gün nişanlı olmuşlar. Sonradan istəmədiyi üçün nişanı qaytarmış, nişanını qaytardığı gündən Şəxs ondan əl çəkməyərək onu narahat etməyə başlamışdır. Belə ki, barəsində nalayiq ifadələr işlədərək olmayan şər və böhtanlar atmışdır. Həmçinin Rəvan telefonda ona 17000 manatlıq qızılının onda olmasını bildirmişdir. Şəxs ya onunla yenidən nişanlanmağını, yada Masallı rayonunda yaşamamağını demişdir. Şəxs ailəsinə söz söhbət saldığı üçün xx.xx.2023-cü il taraixdə, saat 17 radələrində onun işlədiyi “Retro Car” kafesinə getmiş, kafedə Rəvanı görmüş və Rəvana konkret olaraq ondan nə istədiyini sorumuşdur. Kafeyə getməmişdən öncə DİN-in 102 zəng xidmətinə məlumat verərək, onu narahat edən Şəxs işlədiyi kafeyə getdiyini və orada ona nəsə olsa günhakarı Şəxs olmasını bildirmişdir. Rəvanla sözlə mübahisə edən zaman ona 102 zəng xidmətindən zəng gəlmiş, telefonla danışan zaman Rəvan polisə zəng etməməsi üçün anidən onun üzərinə hücum edərək telefonunu əlindən alaraq sındırmaq istəmişdir. Telefonu xoşluqla ala bilməyəcəyini görüb qolunu burub üz nahiyəsinə şillə ilə vurmuş, vurduqdan sonra o, həyəcandan huşunu itirmişdir. Şəxs telefonu aldıqdan sonra Elturan adlı şəxs yanlarına gələrək ayırmış və Rəvandan telefonu alaraq geri qaytarmışdır. Mübahisə zamanı Şəxs onun qollarına xəsarət yetirmişdir. Halhazırda Şəxslə barışmadığından məhkəmədən barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş şahid X3 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində işlətdiyi “Retro Car” kafesində olarkən Ceyran kafeyə gəlib Rəvanı axtarmağa başlamış, sonra Rəvanı çağıra-çağıra kafenin üst mərtəbəsinə çıxmış, onun ardınca Rəvan da qalxmış, həmin vaxt Ceyran DİN-in 102 xidmətinə zəng etmişdir. Ceyranın polisə zəng etməsini istəməyən Rəvan telefonu Ceyranın əlindən alaraq söndürmüşdür. X8 qolundan tutub dava edən zaman onları ayırmışdır. Ceyran özünü pis hiss etdiyi üçün huşunu itirmişdir. Ceyrana su vermiş və özünə gətirmişdir. Ceyranın telefonunu özünə qaytardıqdan sonra sonuncu kafedən çıxıb getmişdir. İş materiallarına əlavə onunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 822 saylı ekspert rəyindən görünür ki, X1 said nahiyyəsinin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma (cırmaqlama) nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti bir günə qədərdir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 18 sentyabr 2023cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar