Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1558/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, X1 barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin müdiri Mirelvin Hüseynov tərəfindən X2 barəsində 26 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, X2 26 iyul 2024-cü il tarixdə saat 10:37 radələrində Masallı şəhəri, “İsgəndərli” dairəsi adlanan ərazizə “VAZ 21154” markalı ** DC *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, əməkdaşlara qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməmişdir. İş materialları öyərnilərkən müəyyən edilmişdir ki, X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında material natamamdır və icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun sonunda inzibati xəta törətmiş şəxsin həmin protokolu almasını təsdiq edən imza qrafasında heç bir məlumat qeyd edilməmişdir. Yəni əgər barəsində inzibati xəta törətmiş şəxsin nümayəndəsi həmin protokolu almışdırsa, imza etməli, əgər protokol inzibati xəta törədən şəxsə təqdim edilməmişdirsə səbəbi göstərilməklə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən müvafiq qeydiyyat aparılmalıdır. Bundan əlavə inzibati xəta haqqında materiallar araşdırlarkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ümumiyyətlə həmin avtomobili idarə olunmasını təsdiq edən hər hansı rəsmi sənəd əlavə edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin “səlahiyyətli əməkdaşın xidməti vəzifəsini yerinə yetirməsinə hansı formada mane olduğu” əsaslandırılmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkilə əsasən barəsində protokol tərtib edilmiş şəxsin həmin avtomobili idarə etməsi və taksi fəaliyyəti işə məşğul olması müəyyən edilmir. Barəsində inzibati xəta haqqında inzibati protokol tərtib edilmiş şəxsin inzibati xətanın subyekti olub-olmamasını da müəyyən etmək mümkün deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarında göstərilir ki, “...İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olmaqla geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1558/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1558/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver