Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1560/2023 29.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, X1 DİN Baş DYPİ-nin Masallı Rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli BDYPİ-nin inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli protokol üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin icraatında olan 3(050)-901/2023 saylı inzibati iş üzrə tərəfimə tətbiq edilmiş cəriməni vaxtında ödəmədiyi üçün İXM-529.3-cü maddəsinə əsasən təqsirli bilinərək iş üzrə 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququ məhdudlaşdırmışdır. Lakin həmin cəriməni ödədikdən sonra həmin iş üzrə verilmiş qərar xx.xx.2023-cü il tarixdən xitam edilmişdir. Qərarda göstərilən həvalə edilmiş BDYPİ məhkəmənin qərarını icra etməmiş və bundan o, əziyyət çəkir. Belə ki, dəfələrlə fərqli inzibati xəta törətdiyində ona qanunvericiliyin tələbinə uyğun cərimə məbləği deyil məsələn dayanma durma qaydalarını pozduğunda 20 manat deyil İXM 346.1, 332.3-cü maddələrlə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. Ona xx.xx.2023-cü il tarixli EQ 16137305 saylı protokol üzrə İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinsə də, 10 manat yerinə 300 manat cərimə kəsilmişdir. O, buna istinadən Masallı Rayon Məhkəməsinə qərardan şikayət etmiş və Masallı Rayon Məhkəməsinin 3(050)-1346/2023 saylı iş üzrə şikayəti təmin olunaraq xx.xx.2023-cü il tarixli EQ 16137305 saylı protokol üzrə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərara xx.xx.2023-cü ildə xitam verilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli BDYPİ-nin inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli protokol üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və xx.xx.2023-cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan 27 avqust 2023-cü tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)- 1346/2023 nömrəli qərardan görünür ki, X1 barəsində olan Azərbaycan Respublikası DİNnin BDYPB-nin 07 avqust 2023-cü il tarixli, EQ 16137305 protokolu üzrə inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)- 901/2023 nömrəli qərardan görünür ki, inzibati xəta törətmiş şəxs X1 vəsatəti təmin edilməsi, inzibati xəta törətmiş şəxs X1 barəsində Masallı Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 nömrəli qərarının icrasına xitam verilməsi, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərarın müəyyən etdi hissəsinin ikinci abzasından görünür ki, elektron sistemdən çıxarışdan görünür ki, X2 EQ seriyalı 11332486 nömrəli inzibati xəta haqqında qərar üzrə cəriməni və dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; -bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş Azərbaycan Respublikası DİNnin BDYPB-nin 27 avqust 2023-cü il tarixli, İXP ******* protokol üzrə inzibati xəta haqqında xx.xx.2023-cü tarixli TP ******* nömrəi qərar ləğv edilməlidir. Belə ki, həmin qərarına yazılmasına əsas kimi göstərilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 saylı qərarın icrasına həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(050)- 901/2023 saylı qərarı ilə xitam verilmişdir. Odur ki, şikayət təmin olunmalıdır. Beləliklə, məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxs tərəfindən X1 barəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində olan Azərbaycan Respublikası DİN Baş DYPB-nin 27 avqust 2023-cü tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1560/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1560/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver