Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1561/2024 02.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Masallı rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(050)-884/2021 saylı icra sənədinə əsasən Şəxs 9530 manat maddi ziyan və dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı X4 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(050)-884/2021 saylı icra sənədinə əsasən X1 9530 manat maddi ziyan və dövlət rüsumuna görə 30 manat alınaraq X4 verilməlidir. Borclu Şəxs borc öhdəliyini yerinə yetirmədiyi üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)- 1688/2023 saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat inzibati cərimə tənbeh tədbiri almışdır. Həmin cərimə məbləği borclu tərəfindən ödənilsə də, lakin Şəxs icra sənədi üzrə 9500 manat məbləğində borcu olduğundan, icra çağırışlarından yayındığından barəsində axtarış elan edilmiş, o, icra və probasiya şöbəsinə gətirildikdən sonra təkrar inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs barəsində təkrar İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verildikdən sonra icra sənədi üzrə borcundan 200 manatını ödəmiş, ödənilməmiş 9300 manat borcu qalmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-548/2024 saylı qərarına əsasən o, 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Buna baxmayaraq Şəxs yenidən ona borcun qaytarılması üçün vaxt verilməsini xahiş etsə də, icra çağırışlarından yayınmağa davam etməklə, icra sənədinin icrasını təmin etməmişdir. Bundan əlavə Şəxs barəsində Masallı rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178-ci maddəsi ilə cinayət işi araşdırılsa da, o, məhkəmə çağırışlarından da yayındığına görə barəsində Masallı Rayon Məhkəməsi tərəfindən axtarış elan edilmişdir. Şəxs bu gün icra və probasiya şöbəsinə gətirilərək təqdim edildiyindən barəsində təkrar İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs icra sənədinin icrasını təmin etməkdən yayındığına görə barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(050)-884/2021 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığından borcunu birdəfəlik ödəmək iqtidarında olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən sonra borcundan 200 manat ödəniş etmiş, qalan 9300 manat borcun da ödənilməsini təmin edilməsi üçün ona yenidən vaxt verilməsini xahiş edir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri, Masallı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(050)-884/2021 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 maddəsi ilə 500 manat, eyni inzibati xətanı il ərzində təkrar törətdiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1 maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri görülsə də, yenə də nəticə çıxarmayaraq keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyərək icra çağırışlarından yayınmağa davam etmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 02 avqust 2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1561/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1561/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver