Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1564/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X11 və onun qanuni nümayəndəsi X10 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx.xx.1985-ci ildə Masallı rayonu, Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə İ.X3 döyərək, ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X4 izahatında göstərdi ki, Masallı rayonu, Köçəkli kəndində yaşayan X20 xx.xx.2024-cü il tarixdə, Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı Masallı rayonu, Köçəkli kəndində həmkəndlisi Şəxs onu döymüşdür. Faktla bağlı araşdırma aparılaraq, cinayət işi başlanılması rədd edilmiş, lakin Şəxs, X14 döyərək, ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək, Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X10 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X20 izahatında göstərdi ki, İlqar onun bibisi oğlu və həmkəndlisidir. Təxminən iki ildir ki, İlqar və ailə üzvləri ilə atası Müşviq arasında Masallı rayonu, Köçəkli kəndində olan torpaq sahəsinə görə narazılıq vardır. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində adını demək istəmədiyi həmkəndlisi ona bildirmişdir ki, İlqar atası haqqında xoşa gəlməz sözlər deyir. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı Masallı rayon Köçəkli kəndində olan dayanacaqda İlqarı görmüş və ona yaxınlaşaraq, atası haqqında əvvəllər hansı xoşagəlməz ifadələri işlətdiyini soruşmuşdur. İlqar bir anlıq ona baxıb bildirmişdir ki, “çıx get burden”. Sonra da əlini şalvarının cibinə aparıb mobil telefonunu götürmüşdür. O, İlqara bildirmişdir ki, “ona artıq-əskik söz deməyib ki, polisə müraciət edir”. İlqar polis çağırmayacağını, onu döyən zaman videoya çəkəcəyini bildirmişdir. O, İlqara onu döyə bilməyəcəyini bildirdikdə İlqar onu təhqir edərək qovmuşdur. O, İlqara ondan sualının cavabını almayana qədər getməyəcəyini bildirdikdə İlqar qəfil sağ göz nahiyəsinə yumruqla bir zərbə vurmuşdur. O, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Onların aralarında 2-3 dəqiqə mübahisə olmuşdur. Həmin vaxt ətrafda adamlar çox olsa da İlqarın onu vurub-vurmamasını kiminsə görüb-görmədiyini bilmir. Hadisə zamanı X18 və X21 hadisə baş verdikdən sonra əraziyə gəlmişlər. X8 onun gözünün altında olan qaraltını görmüş və nə baş verdiyini soruşmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Vüqar onun qohumu və həmkəndlisidir. Təxminən iki ildir ki, Vüqarın atası Müşviqlə aralarında Masallı rayonu, Köçəkli kəndində olan torpaq sahəsinə görə narazılıq yaranmışdır. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Masallı rayonu, Köçəkli kəndindəki məsciddən çıxıb kənddə olan mağazanın qarşısına gəlmişdir. Həmin vaxt Vüqar ona yaxınlaşıb soruşmuşdur ki, iki il əvvəl atası ilə mübahisə edəndə ona nə demişdir. O, əvvəlcə Vüqarın dediklərinə əhəmiyyət verməmişdir. Buna baxmayaraq Vüqar sakitləşməyib onun üzərinə gəlmişdir. O, Vüqarı qəsdən itələyib özündən uzaqlaşdırmışdır. Orada olan Şamil və Nəsimi adlı polislər onları sakitləşdirmişlər. O, Vüqarı döyməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 23 radələrində Masallı rayon Köçəkli kəndindəki məsciddən çıxıb kənddə olan Əmrah marketin qarşısında dostları ilə söhbət edən zaman Vüqar Qədirov mağazanın qarşısına gələrək Şəxsla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı orada olan kənd camaaatı onları sakitləşdirməyə çalışmışlar. Həmin vaxt mübahisə edən şəxslər İlqar və Vüqar bir-birinə təpik atmışlar. Lakin o zərbənin mübahisə edən şəxslərdən hər hansı birinə dəyməsini görməmişdir. Mübahisə baş verən zaman polis əməkdaşları hadisə yerinə gəlmiş, X14 ərazidən uzaqlaşdırmışdır. Bundan başqa o, mübahisə zamanı nə İ.X1 göz nahiyəsinə yumruq atmasını, nədə ki hadisə zamanı Vüqarın göz nahiyəsində hər hansı bir xəsarət olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Masallı rayon Köçəkli kəndindəki məsciddən çıxan zaman kənddə Vüqar və İlqarın mübahisə etdiyini eşitmiş, o, mübahisə olunan yerə gələn zaman aranın sakitləşdiyini görmüşdür. Həmin vaxt Vüqarın göz nahiyəsində xəsarət olmasını görməmişdir. Həmçinin həmin əraziyə polis əməkdaşları gələrək Vüqarı mübahisə olan yerdən aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Masallı rayon Köçəkli kəndindəki məsciddə çıxan zaman kənddə Vüqar və İlqarın mübahisə etdiyini eşitmiş, o mübahisə edilən əraziyə getmişdir. Həmin vaxt mübahisə səngimişdir. Vüqarı 2-3 metr uzaqlıqdan görmüş, lakin göz nahiyəsində hər hansı xəsarət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 23 radələrində Masallı rayon Köçəkli kəndində yerləşən mağazanın qarşısında olan zaman X31 Səmədova yaxınlaşaraq, soruşmuşdur ki, “sən atam haqqında nə demisən”. İlqar ona bildirmişdir ki, “yeri get burdan atan gəlsin”. Vüqar həmin ərazidən uzaqlaşdıqdan bir müddət sonra yenidə qayıdıb mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Vüqar İlqara yumruq atmağa başlamışdır. Həmin vaxt orda olan şəxslərlə birlikdə mübahisə edən şəxsləri ayırmışlar. Bir qədər sonra Vüqar yenidən İlqara yaxınlaşaraq, mübahisə etməyə başlamış, həmin vaxt İlqar Vüqarı itələyib özündən uzaqlaşdırmaq istəmişdir. Ərazidə olan şəxslər mübahisə edənləri ayırmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, Vüqarı maşınlarına mindirərək, ərazidən uzaqlaşmışlar. Məhkəmə iclasında X18 ilə telefon vasitəsilə əlaqə saxlanılaraq, baxılan iş üzrə ona məlumat verilmiş, o telefon danışığı zamanı Şəxs tərəfindən X11 döyülməsini görmədiyini, əksinə Vüqarın İnqlabın üzərinə hücum çəkdiyi üçün onu mübahisə gedən ərazidən uzaqlaşdırdığını, həmin vaxt Vüqarın üzündə xəsarət izlərini görmədiyini bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X28 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 656 nömrəli rəyindən görünür ki, X6 gözaltı nahiyənin sıyrığı və qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 15 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X5 İlqar İnqilab oğlu tərəfindən döyüldüyünü iddia etsə də iş üzrə dindirilmiş barəsində inzibati icraat aparılan şəxs və şahidlər hər biri döyülmə faktını təkzib etmişdir. Bundan başqa zərərçəkmiş şəxsin izahatında mübahisə baş verən ərazidə xeyli sayda şəxslərin olmasını həmin şəxslərin İlqarın onu vurmasını görüb-görmədiyi bilmədiyini deməsi inandırıcı görünmür və onun ifadəsində səmimi olmaması kimi qiymətləndirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini qarşılıqlı təhlil edərək, belə qənaətə gəlir ki, Şəxs təqsirli olması, yəni X14 döyməsi və sair zorakı hərəkətlərə yol verməsini təsdiq edən mötəbər sübut yoxdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəxs həqiqətən də X16 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə şübhələr var, həmin şübhələr qanunvericiliyin tələbinə əsasən onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1564/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1564/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver