Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-157/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 29 avqust 1974-cü il tarixdə Masallı rayonu, Xəlfərlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xəlfərlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Eyvazov X2 Rayon Məhkəməsinin 2(050)-3595//2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X3 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3595/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Masallı Rayon Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2(050)-1839/2012 saylı qətnaməsi ilə 01 aprel 2010-cu il təvəllüdlü İbrahimova Fatimə inşalla qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İcra sənədini üzrə heç bir ödəniş etmədiyi üçün barəsində 2023-cü ildə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 3(050)-1098/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs tətbiq olunmuşdur. Borclu məhkəmə qərarından sonra icra sənədi üzrə cəmi 950 manat məbləğində ödəniş etmiş, hal-hazırda borcu 2650 manat təşkil edir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs alimeti vaxtıvaxtında ödəmir. Uşağına baxmır, aliment borcunu ödəmək istəmir. Məhkəmədən Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, fərdi əməklə məşğul olur. Onun maddi imkanı aşağı olduğu üçün yaxın qohumlarının köməkliyi ilə ailəsini dolandırır. İkinci ailəsindən iki azyaşlı uşağı var, onlar da, xəstəlikdən əziyyət çəkir. Onun maddi imkanı nəyə çatırsa onu edir, daha artıq ödəniş etməyə imkanı yoxdur. Ona vaxt verilsə hər ay 150 manat məbləğində ödəniş etməyə çalışacaq, sonradan da, yaranmış 2650 manatdan ödəniş etməyə çalışacağına söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-3595/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2(050)-1839/2012 saylı qətnaməsi ilə 01 aprel 2010-cu il təvəllüdlü j İbrahimova Fatimə inşalla qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3595/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı Rayon Məhkəməsinin 3(050)-1098/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. - Zərərçəkmiş şəxs 29 may 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs icra sənədi üzrə borcu 1550 manat məbləğində təşkil edir. Bununla bağlı borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülməsini xahiş etmişdir. - Şəxs 15 yanvar 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-3595/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli icra sənədi barədə xəbəri vardır, maddi vəziyyətinin aşağı olması və səhətində olan xəstəliklə bağlı 950 manat məbləğində ödəniş etmişdir. İcra sənədi üzrə cəmi 950 manat məbləğində ödəniş etmiş və borcu 2650 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs iki uşağının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun Masallı Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edildikdən sonra icra sənədini heç bir üzürlü səbəb olmadan yenidən icra etməməsini, hazırda tələbkarlara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi işləmədiyi üçün cərimə ödəmək iqtidarında olmadığını, maddi cəhətdən imkanı olacağı halda ödəniş aparacağını bildirməsini, yəni qeyd olunan icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 15 yanvar 2025-ci il tarixdən, saat 15:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 15 yanvar 2025-ci il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-157/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-157/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver