Məhkəmə qərarları › İş №3(050)-1575/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1575/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1575/2024 11.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi polis polkovnik leytenantı X2 tərtib etdiyi 28 yanvar 2024-cü il tarixli, EQ/ 19178308 nömrəli inzibati xəta haqqında qərardan verilmiş şikayətə, həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatatə və inzibati xəta haqqında işə yaşayış yeri üzrə baxılması barədə vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi polis polkovnik leytenantı X2 tərtib etdiyi 28 yanvar 2024-cü il tarixli, EQ/19178308 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini, eyni zamanda 19 avqust 2024-cü il tarixdə vəsatətlə müraciət edərək, DİN BDYPİ polis polkovnik leytenantı X3 tərtib etdiyi 28 yanvar 2024-cü il tarixli, EQ/ 19178308 nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, bərpa edilməsini, eyni zamanda həmin tarixdə başqa vəsatətlə məhkəməyə müraciət edərək inzibati xətanın Cəlilabad rayonu, Göytəpə qəsəbəsində baş versə də hazırda şikayətə yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. X8 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi polis polkovnik leytenantı X5 tərəfindən barəsində qanunsuz olaraq 28 yanvar 2024-cü il tarixli, EQ/ 19178308 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, yolda hərəkət sürətini 15 km/saat həddində aşma əsası ilə 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar tam əsassızdır və ləğv edilməlidir. Bundan başqa o, iki aydək müddət olar ki, inzibati tənbeh vermə haqqında qərarı əldə etmiş, lakin qərarda şikayət vermə qaydası aydın şəkildə izah edilmədiyi üçün şikayət vermə müddətini ötürmüşdür. Həmçinin onu da qeyd edir ki, inzibati xətanın törədildiyi yer Cəlilabad rayonu, Göytəpə qəsəbəsi olsa da həmin şikayətə yaşadığı yer üzrə Masallı Rayon Məhkəməsində baxılmasını xahiş edir. Göstərilənləri nəzərə alaraq vəsatətlərinin və şikayətinin təmin edilməsini xahiş etdi. Vəsatətlərə və şikayətə baxılması ilə əlaqədar qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan vəsatətlərə və şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ/19178308 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Məhkəmə müddətin bərpası barədə vəsatəti müzakirə edərək hesab edir ki, DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfində X8 barəsində 28 yanvar 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin qərarın hansı tarixdə X7 rəsmi olaraq verilməsi ilə bağlı səlahiyyətli orqana məhkəmənin sorğusuna cavab verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xətalar məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Lakin qərar baxdıqda şikayət vermə müddətinin aydın və düzgün izah edilməmişdir. Vətəndaşa qərardan 20 gün müddətinə şikayət vermə hüququ izah edilsə də həmin müddətin nə vaxtdan hesablanması qeyd edilməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, X8 üzrlü səbəblərdən inzibati tənbehvermə haqqında qərardan şikayət verilmə müddətini ötürmüşdür, bu səbəbdən ötürülmüş müddət bərpa edilməlidir. Eyni zamanda inzibati tənbeh vermə haqqında şikayət öyrənilərkən müəyyən edilmişdir ki, X8 tərəfindən inzibati xəta Cəlilabad rayonu, Göytəpə qəsəbəsi ərazisində törədilmişdir. Lakin şikayətçi X8 vəsatətlə məhkəməyə müraciə edərək inzibati xətanın törədilmə yerinin Cəlilabad rayonu, Göytəpə qəsəbəsində baş verməsinə baxmayaraq şikayətinə yaşadığı yer üzə Masallı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar (qərardad) qəbul edir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən inzibati xətanın törədildiyi yer – Cəlilabad rayonunun ərazisidir. Şikayətçi qərardan verdiyi şikayətə Masallı Rayon Məhkəməsində baxılması üçün (yaşadığı yer üzrə) vəsatət vermişdir. Odur ki, məhkəmə hesab edir ki, qərardan şikayətə onun yaşadığı yer üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən 28 yanvar 2024-cü il tarixli, EQ/ 19178308 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. İnzibati xəta haqqında qərardan göründüyü kimi, yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşma əsası ilə, X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələbinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Göründüyü kimi səlahiyyətli orqanın nümayəndəsi tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşma əsası ilə, X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq etməli olduğu halda, 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; -134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; -134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxsin inzibati xəta törətmiş X8 barəsində gəldiyi nəticə üzrə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuşdur. Belə olan halda İXM-nin 134.1.4-cü maddəsinə əsasən qərar ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 115, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi polis polkovnik leytenantı X2 tərtib etdiyi 28 yanvar 2024-cü il tarixli, EQ/ 19178308 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa olunsun. Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən 28 yanvar 2024-cü il tarixli, EQ/ 19178308 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar