Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1576/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı rayonu, Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasının qarşısında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 06 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş serjantı X2 izahatında göstərdi ki, Masallı rayon Rüdəkənar kənd sakini Şahid1 müraciəti ilə bağlı Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahid2 tərəfindən aparılan araşdırma zərurəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdə izahatının alınması üçün Masallı RPŞ-nin İstintaq Bölməsinə dəvət olunmuş, Masallı rayonu Rüdəkənar kənd sakini Şəxs izahatı alınan zaman xidməti otağa daxil olmuş şikayətçi Şahid1 gördükdən sonra sonuncunun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, xidməti otaqda olan polis əməkdaşları onu nizam-intizama dəvət edib hərəkətlərinə son qoymasını və barəsində şikayət etmiş şəxsi təhqir etməməsini bildirmişlər. Lakin, Şəxs polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini təxminən 6-7 dəqiqə davam etdirmiş, polis əməkdaşlarının iş fəaliyyətimizi pozub, polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Şəxs uca səslə ünvansız söyüşlər söydüyünü eşidən RPŞnin CAB-in əməliyyat müvəkkili, polis mayoru Anar Musayev və RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Şahid3 da onu dəfələrlə nizam-intizama dəvət olunmasını bildirsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həmkəndlisi Şahid1 şikayəti əsasında xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin İB-in müstəntiqi Şahid2 tərəfindən çağırılmış, polis şöbəsinin inzibati binasında Şahid2 xidməti otağında izahatı alınarkən Şahid1 anidən otağa daxil olduğunu görüb əsəbiləşmiş, özündən asılı olmayan səbəbərdən Şərif babyevi söyüb təhqir etmişdir. Bundan sonra xidmət otaqda olan polis əməkdaşları ona inzibati binanın daxilində söyüş söyməyin inzibati xəta olduğunu bildirib, onu nizam-intizama dəvət etdikdən sonra sakitləşmişdir. Polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Himayəsində xəstə anasının olmasını, dolanışıqlarının çətin olmasını və bir daha belə səhvə yol verməyəcəyinə söz verdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məhərərməli oğlu izahatında göstərdi ki, Şəxs həmkəndlisidir. Təsərrüfatındakı mal-qarası oğurlandığına görə Şəxs şübhələnmiş, onun barəsində polisə müraciət etmiş, müraciəti əsasında Masallı RPŞ-də araşdırma başlanmışdır. xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahid2 xidməti otağına daxil olduğu vaxt həmkəndlisi Şəxs onu gördükdə uca səslə ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, həmin vaxt polis əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o sakitləşməyib onu təhqir etməyə davam etmişdir. Daha sonra o, otağı tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahid2 dönməz oğlu izahatında göstərdi ki, Masallı rayon Rüdəkənar kənd sakini Şahid1 müraciətlə bağlı tərəfindən aparılan araşdırma zərurəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdə izahatının alınması üçün Masallı RPŞ-nin İstintaq Bölməsinə dəvət olunmuş, Masallı rayonu Rüdəkənar kənd sakini Şəxs izahatı alınan zaman xidməti otağa daxil olmuş, şikayətçi Şahid1 gördükdən sonra sonuncunun ünvanına nalayiq ifadələr işlədərək, təhqir etdiyindən onu nizam-intizama dəvət edib hərəkətlərinə son qoymasını və barəsində şikayət etmiş şəxsi təhqir etməməsini bildirmişdir. Həmin vaxt Şəxs polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini təxminən 6-7 dəqiqə davam etdirmiş, polisin iş fəaliyyətini pozmuş, polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Şəxs uca səslə ünvansız söyüşlər söydüyünü eşidən RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis mayoru Anar Musayev və RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Şahid3 da onu dəfələrlə nizam-intizama dəvət olunmasını bildirsələr də, Şəxs qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 Əlioğlan oğlu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində RPŞ-nin inzibati binasında xidməti otağında xidmətdə olduğu zaman, adı sonradan məlum olan Masallı rayonu Rüdəkənar kənd sakini Məlikov X3 bölməsinin müstəntiqi Şahid2 tərəfindən dindirilərkən, otağa daxil olmuş şikayətçi adını sonradan bildiyi Şərif Babyevin ünvanına uca səslə təhqir edici ifadələr işlətməyə başlamış. Bu vaxt o, RPŞ-in istintaq bölməsinin müstəntiqi Şahid2 və RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Anar Musayev vətəndaş Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o, aparılan araşdırmadan və qanundan narazı olduğunu küçə söyüşləri ilə ifadə edib, qarşısındakı masaya yumruqla vurub, inzibati binada xidmətdə olan digər polis əməkdaşlarının iş fəaliyyətini pozmuşdur. Həmin vaxtı o və digər polis əməkdaşları dəfələrlə vət. Şəxs nizam-intizama dəvət etsələr də, o öz qanunsuz hərəkətlərinə son qoymayıb, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız küçə söyüşləri işlətdiyindən barəsində raportla rəhbərliyə məruzə etmişlər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahidlərin hər üçü Masall RPŞ-nin İnzibati binasında söyüşlər söydüyünü bildirmiş, onlar X5 dəvət etdikdə, o, heç bir etiraz etməmişdir. Məhkəmə belə vəziyyətdə Vaiqfin əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir. Belə ki, o, polis şöbəsinin inzibati binasında müstəntiqin xidməti otağında əsəbiləşərək Şahid1 söydüyünü bildirmişdir. Göründüyü kimi, polis əməkdaşları ona söyüş söyməməyi irad bildirib desələr də, sonradan yaranmış real vəziyyəti gördükdən sonra Şəxs onların tələblərinə tabe olaraq barəsində araşdırma aparılmasına etiraz etməmişdir. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs xidməti otaqda olan polis əməkdaşlarının eşidəcəyi tərzdə uca səslə Şahid1 ünvanına nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında polis əməkdaşlarının eşidəcəyi tərzdə uca səslə nalayiq sözlər işlətdiyini etiraf etmiş, həmin vaxt polis əməkdaşları da qeyd edilən hadisənin şahidi olduqlarını məhkəmədə izahat verərkən bildirmişdilər. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə təyin edilməsi məqsədəuyğun və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın icrası Masal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1576/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1576/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver