Məhkəmə qərarları › İş №3(050)-158/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-158/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-158/2023 25.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxx 1976-cı ildə Lerik rayonu, Vamazğon kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Sadıxov X4 Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 1(050)-120/2019 nömrəli icra sənədi üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 1(050)-120/2019 saylı icra sənədinə əsasən cinayət nəticəsində sağlamlıqla bağlı müayinə və müalicə xərclərinə görə 7000 manat ondan tutularaq zərərçəkmiş şəxs X2 verilməlidir. Borcundan ümumilikdə 1000 manat ödəmişdir. Hazırda 6000 manat borcu qalmışdır. 6000 manat borcundan ödəniş etməmişdir. Borcunu ödəməməsi üçün üzürlü səbəbi yoxdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 1(050)- 120/2019 saylı icra sənədinə əsasən cinayət nəticəsində sağlamlıqla bağlı müayinə və müalicə xərclərinə görə 7000 manat Şəxs tutularaq zərərçəkmiş şəxs X2 verilməlidir. Hazırda icra sənədi üzrə qalmış 1000 manat borcundan ödəniş etməmişdir. Borcunu ödəməməsi üçün üzürlü səbəbi yoxdur. Borclu Şəxs üzürlü səbəb olmadan icra sənədi yaramış borcundan ödəniş etməmişdir. Belə ki, icra sənədi icraatına daxil olduqdan sonra bir sıra icra hərəkətləri aparılmış, borclu Şəxs barəsində əmlak vəziyyətinin yoxlanılması və gəlirlərinin olub olmaması barədə aidiyyatı orqanlara sorğular göndərilmişdir. Bundan başqa Şəxs yaşadığı ünvana icra şöbəsi tərəfindən dəfələrlə bildiriş göndərilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin Şəxs borcundan ödəniş etməmiş, icra çağırışlarına gəlməkdən yayınmış, onun barəsində axtarış qərarı çıxarılmışdır. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 1(050)-120/2019 saylı icra sənədinə əsasən cinayət nəticəsində sağlamlıqla bağlı müayinə və müalicə xərclərinə görə 7000 manat Şəxs tutularaq ona verilməlidir. Lakin borclu borcundan indiyədək 1000 manat ödəmiş, qalan 6000 manat borcdan ödəniş etməmişdir. Odur ki, borcunu tələb edir və borcun ödənilmədiyi tədqirdə ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli onun özünün səmimi etirafı ilə yanaşı, icra məmuru X6 və zərərçəkmiş şəxs X1 məhkəmə iclasında verdiyi izahatından, habelə işə əlavə edilmiş inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 25 yanvar 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar