Məhkəmə qərarları › İş №3(050)-1587/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1587/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1587/2024 07.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 07 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 avqust 2024-cü il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 07 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 avqust 2024-cü il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla bağlı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törədilməsinə istinad edilərək, barəsində qeyd edilən protokollar tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnın sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 02:20-də Masallı RPŞ-nin Masallı şəhəri, Qarabağ küçəsində yaşayan Şəxs spirtli içkinin təsiri altında Masallı RPŞ-nin Növbətçi Hissəsinə yaxınlaşaraq, heç bir səbəb olmadan, uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamış, həmin vaxt növbətçi hissədə xidmət aparan polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz qanunsuz hərəkətlərini davam etdirərək 10 dəqiqə Masallı RPŞ-nin növbətçi hissənin iş fəaliyyətini dayandırmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, O, Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Dostluq” kafesində işləyir. Onun xx.xx.2024-cü il tarixdə işlədiyi kafedə müştərilərlə mübahisəsi düşmüş, həmin müştərilər ona qarşı xoşagəlməz ifadələr işlətdiyindən onlardan DİN 102 xidmətinə zəng edərək şikayət etmişdir. Ona bildirmişlər ki, şikayəti ilə bağlı Rayon Polis şöbəsinə yaxınlaşsın. O, da xx.xx.2024-cü il tarixdə, saat 02:00 radələrində Masallı rayon inzibati binasına içkili vəziyyətdə gələrək şikayətini bildirmişdir. Polis əməkdaşlarına kafedə mübahisə etdiyi müştərilərin ona qarşı işlədilən xoşagəlməz ifadələrin onlara qarşı işlədilsəydi necə qarşılayacaqlarını soruşmuşdur. Həmin vaxt ola bilər ki, biraz uca səslə danışsın. Lakin o, polis şöbəsində nə söyüş söymüş nədə ki, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Masallı Rayon Polis Şöbəsində ona ayrılmış xidməti otaqda olan zaman Polis şöbəsinin inzibati binasının daxilində səs-küy gəldiyini eşitmiş, o, dərhal növbətçi hissənin qarşısına gəlmişdir. Həmin vaxt Şəxs spirtli içkinin təsiri altında ünvansız nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Orada olan polis əməkdaşları ilə birlikə bir neçə dəfə Şəxs nizamintizama dəvət etsələr də o, qanunazidd hərəkətlərinə davam etmişdir. Yol verdiyi qanun pozuntusuna görə Şəxs barəsində qanunamüvafiq tədbir görülməsindən üçün raportla aidiyyəti üzrə müraciət edilmişdir. Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 ifadəsinin sonunda Şəxs tərəfindən onlara qarşı hər hansı ciddi müqavimət göstərmədiyini, barəsində inzibati icraat aparılan şəxsin xanım olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin əməkdaşı polis kapitanı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək Masallı Rayon Polis Şöbəsində növbətçi hissəsində məsul növbətçi olmuş, DİN 102 ximətinə olan zənglərə cavab vermişdir. Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində DİN-nin 102 xidmətinə zəng edərək “cırcırama” kafesində münaqişə baş verməsi ilə bağlı şikayətini bildirmişdir. Bununla bağlı daha sonra Şəxs başqa xanımla birlikdə Masallı Rayon Polis Şöbəsinə yaxınlaşmışdır. Şöbəyə daxil olan zaman Şəxs çox aqressiv olmuş və səs-küy salmağa başlamış, yanındakı xanımla birlikdə onu sakitləşdirməyə çalışsa da hərəkətlərinə davam etmişdir. Həmin vaxt hadisə yerinə digər polis əməkdaşlarını çağrmış, onlarla birlikdə də Şəxs sakitləşdirməyə çalışsalarda o, yenədə tabesizlik göstərərək hərəkətlərinə davam etmişdir. Bundan sonra o, Şəxs yol verdiyi qanunazidd hərəkətlərinə görə barəsində tədbir görülməsi üçün raportla Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Şahid ifadəsinin sonunda Şəxs etdiyi əməlindən peşmançılıq hissi keçirtdiyini onlara bildirməsini, onlardan üzr istəməsini və himayəsində azyaşlı uşağın olmasının nəzərə alınmasını məhkəmə xahiş etdi. İş materiallarında olan; 07 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 07 avqust 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasının qarşısında ucadan ünvansız küçə söyüşləri söyərək İXM-nin 510-cu maddəsinin tələbini pozmuşdur. 07 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 07 avqust 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-nin 535.1ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə Şəxsnun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokollara və əlavə olunmuş sənədlərə baxaraq, qənaətə gəlir ki, şəxsin əməllərində inzibati xətanın tərkib əlamələri mövcud olmadığından hər iki maddə ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında izahatı alınmış barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, polis əməkdaşlarına kafedə mübahisə etdiyi müştərilərin ona qarşı işlədilən xoşagəlməz ifadələrin onlara qarşı işlədilsəydi necə qarşılayacaqlarını soruşmuşdur. Həmin vaxt ola bilər ki, biraz uca səslə danışsın. O, polis əməkdaşlarına kafedə müştərilərin ona qarşı etdikləri əməldən şikayətçi olsa da, nə söyüş söymüş nədə ki, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Bundan başqa məhkəmə iclasında ifadə verən şahidlərdən B.Əsgərli, Şəxs ünvansız nalayiq ifadələr işlətdiyini bildirmişdir. Digər şahid Vüqar Həsənov isə Şəxs işlədiyi kafedə mübahisə etdiyi müştərilərlə bağlı polis şöbəsinə şikayətə gəldiyini həmin vaxt aqressiv olduğundan səs-küy saldığını bildirmişdir. Məhkəmə ilk olaraq bildirir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən yol verilmiş əməllər qərəzli, səbəbsiz yəni təsadüfi olaraq törədilməmişdir. Belə ki, çalışdığı kafedə müştərilərin ona qarşı işlətdiyi xoşagəlməz ifadələr səbəbi ilə DİN 102 xidmət şikayət etmiş, bununla əlaqədar Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində səs tonunu yüksək şəkildə qaldıraraq şikayət bildirməsi, onun polis əməkdaşlarına deyil, şikayətçi olduğu şəxslərə qarşı olan aqressivliyindən olmuşdur. Onun hərəkətlərində qəsdən törədilmə və polis əməkdaşlarına qarşı qərəzçilik halları müəyyən olunmamışdır. Digər tərəfdən məhkəmə iclasında şahid qismində dindirilmiş B.Əsgərli barəsində inzibati icraat aparılan şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini bildirsə də bu inandırıcı görünmür, belə ki, polis şöbəsinə mübahisə etdiyi şəxslərdən şikayət etmək üçün gəlmiş bir şəxsin ünvansız söyüş söyməsi ağlabatan deyildir. Bundan başqa B.Əsgərli nalayiq ifadələrin nədən ibarət olmasını kifayət qədər əsalandırmamışdır. Elcədə o, ifadəsində Şəxs nalayiq ifadələr işlətdiyini qeyd etsə də, digər şahid X5 məhkəmə iclasında izahatında Xəyala Gülüşovanın səs-küy saldığını bildirmiş, hər hansı nalayiq ifadələr işlətdiyini qeyd etməmişdir. Eyni hadisəni görən iki şəxsin ictimai qaydanı pozma halını fərqli şəkildə təsvir etmələri barəsində inzibati icraat aparılan şəxsin həqiqətən də qanunpozuntusuna yol verməsi halını şübhə altına alır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə xırda xuliqanlıq növündə inzibati xətanın tərkib əlamətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu”nun qərarında qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Göründüyü kimi ictimai qaydanın pozulması üçün aşağıdakı şərtlər mövcud olmalıdır

1. Şəxs tərəfindən cəmiyyət üzvləri arasında təşəkkül tapmış adət ənənələr, əxlaq normaları və qanunvericilikdə əks edilmiş birgəyaşayış qaydaları pozulmalı;

2. Şəxs bu kimi əməllərə yol verərkən özünü cəmiyyətin fövqündə hesab etməklə başqalarına qarşı hörmətsizlik etməli və yol verdiyi əməllərin hər hansı səbəbi olmamalı, yəni təsadüfi olaraq bu əməlləri törətməli;

3. Nəhayət qeyd edilən əməllər qərəzli olaraq törədilməlidir. Göründüyü kimi ictimai qaydanın pozulması ilə bağlı Şəxs hərəkətlərində yuxarda qeyd edilən şərtlər mövcud deyil. Məhkəmə polisə müqavimət göstərilməsi ilə bağlı tərtib edilmiş protokolla bağlı aşağıdakıları qeyd edir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, maddədə qeyd edilmiş ictimai qaydanın mühafizə vəzifələrini icra edən şəxsin qanuni tələblərinə tabe olunmadığı halda, həmin maddənin tərkib əlamətlərinin yaranması mümkün olduğu göstərilir. Polis haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İİ bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ bəndində göstərilir ki, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həm də şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri izahatlarına əsasən Şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmək və zor işlətmək və ya onları təhqir etmək kimi hərəkətlərə yol verməməsi müəyyən edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar