Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1587/2025 14.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon Polis şöbəsindən daxil olmuş İXP ******* nömrəli 15 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «Renault Megane» minik markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 26150286 nömrəli, 17 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 17 fevral 2025-ci il tarixdə «Renault Megane» minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili Hava limanı yolu X1 Hava Limanı istiqamətində idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin portaldan çıxarışından görünür ki, EQ 26150286 nömrəli, 17 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar həmin tarixdə Şəxs Asan sms vasitəsi ilə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AsanPay ödəniş sitemindən çıxarışdan görünür ki, EQ 26150286 nömrəli inzibati xəta haqqında protokol mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs EQ 26150286 nömrəli, 17 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödəmədiyindən barəsində İXP ******* nömrəli 15 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin protokolun tərtib olunması üçün əsas olan EQ 26150286 nömrəli, 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol ləğv olunduğu halda həmin protokola əsasən qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödənilməməsindən söhbət gedə bilməz. Belə olan halda isə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutan EQ 26150286 nömrəli, 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunması tamamilə əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1587/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1587/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver