Məhkəmə qərarları › İş №3(050)-159/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-159/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-159/2025 31.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclasa katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, X1nun, Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin yol-patrul xidmətinin inspektoru X3 iştirakları ilə X2 Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin rəisi X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək TP seriyalı ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, həmin gün axşam vaxtı nəvəsini məşğələdən evə aparmalı idi. Yolda döngədən qabaq saray olmuş, oradan dönüb yolda hərəkətdə olduğu zaman, üzbəüz gələn yol polisi maşını ona işıqları ilə saxlamaq üçün işarə etmiş və o, maşını yolun kənarında saxlamışdır. Əməkdaş ona yaxınlaşıb sənədlərini yoxladıqdan sonra kəməri bağlamadığını bildirmişdir. O isə kəməri bağladığını və istəsə kamera görüntüsündə baxa biləcəyini demişdir. Dediklərinə baxmayaraq polis ona gözlərinin elə kamera olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır. O, yol patrul xidməti əməkdaşına kəmərdən istifadə etmədiyini sübut etməsini demişdir. Çünki üzbəüz gəlmişlər, yəqin ki, onun kəmərdən istifadə etdiyi görüntüdə düşməli idi. Ümumiyyətlə aralarında 5 metr məsafə qalsa belə, yol patrul xidməti onun kəmərdən istifadə edib-etməməsini görə bilməzdi. Həyəcandan özünü pis hiss etməyə başlamış və maşına minəndə vəziyyəti daha da, pisləşmişdir. Ürəyində stend var, şəkər xəstəsidir. Maşından çıxıb əməkdaşdan təcili yardım çağırmasını xahiş etmiş, lakin onun üzünə gülərək yolda gedən “Kamaz” maşınını arxasınsa sürüb getmişlər. Həmin vaxt oğlu ilə söhbət etsə də, oğluna getməsini demiş, özünü piss hiss etməsini deməmişdir. 102 xidmətinə zəng etmiş və ona görə post patrul maşını göndərmişlər. Onu xəstəxanaya aparmaq istəsələr də, o, evinin yaxınlıqda olduğunu bildirmiş, sonradan maşının arxasınca oğlu gəlmişdir. Amma o, belə vəziyyətdə nəvəsinin dalınca getməli olsaydı başqa bir hadisə də, törədə bilərdi. Təcili yardım gələndən sonra onda yüksək təzyiq aşkar olunmuşdur. Həkimlərin tövsiyyəsi ilə evdə lazım olan müalicəni almışdır. İclasda izlədikləri videoyazıda onun dedikləri yoxdur, yəni o, sonradan təzədən maşından düşüb özünü yaxşı hiss etmədiyin bildirmiş, həmçinin qəza işıqlarını yandırmışdır. Biraz qabağa getmək istəsə də, gedə bilməmişdir. Daha doğrusu 50 metrəyə yaxın məsafəyə kimi yol getmiş, sonra maşını saxlamışdır. Bundan sonra 102 xidmətinə zəng etmiş, belə bir hadisə olduğundan danışmış, videoyazısında isə qeyri-etik hərəkəti olmayıb və hadisə yerində yüksək səslə qışqırmamışdır. O, etiraz etmiş, çünki kəməri bağladığı vaxt ona cərimənin yazılması xoşuna getməmişdir. Həmçinin kəmər bağlayan zaman polis əməkdaşları bildirirlər ki, pul verməmək üçün kəmərdən istifadə edir. Həmin o, çıxdığı yolda şadlıq sarayı var, ordan çıxanlar sərxoş insanlar olurlar. Onun polis əməkdaşları ilə dostyanı münasibətləri olub. Polis əməkdaşı onu orda tək qoyub getmişdir, ən azı təcili tibb yardıma zəng edə bilərdi. Onun heç bir pis niyyəti olmamışdır. Bu hadisə ilə bağlı Baş Prokurorluğa teleqram vurmuş və ona izah olunmuşdur ki, digər orqanlara müraciət etməlidir. Qərarı özü Polis şöbəsindən çıxartdırmış, digər sənədlər isə ona təqdim olunmamışdır. Hadisənin videoyazısını almaq istəsə də, ona verilməmişdir. Kəmər barədə cərimənin silinməsini istəyir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin yol patrul xidmətinin inspektoru X5 şikayəti qəbul etməyərək göstərdi ki, sürücü ilə üzbəüz gəldikləri zaman 5-10 metrə məsafədən işıq cihazları və səs siqnalları ilə ona saxla işarəsi vermişdir. Qayda pozuntusunu aşkar edərək saxla işarəsi vermiş və görüntüdə də, öz əksini tapmışdır ki, şəxsin geyimi açıq rəngdədir, ona görə də, onun təhlükəsizlik kəmərini bağlamadığını tam aydın görmüşdür. Onun tərəfindən protokol tərtib olunmuşdur. Sürücü dəfələrlə kəmərin bağlamadığını etiraf etmişdir. Onun barəsində inzibati protokol tərtib etdikdən sonra çıxıb getmişdir. Fərqli qayda pozuntular var ki, bilavasitə aşkar olunur, yol patrul xidmətin təlimatına və qanunun tələbinə uyğun olaraq protokol tərtib olunmuşdur. Bu kameraların yalnız əməkdaşların və sürücülərin arasında olan dialoqun yazılması üçün və şəffaf aparılması üçün nəzərdə tutulmuşdur. Maşında olan kamera ilə qaydanın pozuntusunu aşkar etmək qeyri-mümkündür. İnzibati xəta üçün yol kameralar, radarlar vardır. Sürücü hadisə yerində səhvini səmimi etiraf etmiş, lakin cərimədən yayınmaq üçün müxtəfil bəhanələr gətirmişdir. Hər-hansı səhhəti ilə bağlı narahatlığını barədə onlara məlumat verməmişdir. Əgər elə bir vəziyyət olmuş olsaydı, onlar tərəfdən sürücüyə lazımi qaydada köməklik göstərilərdi. Yol patrul xidmətinin rəisi həmin vaxt maşında olmuşdur. Sürücünün onlara qarşı olan iddiaları tam həqiqətə uyğun deyildir. O, tam qanuna uyğun olaraq protokol tərtib etmiş, sürücünün qaldırdığı iddialar tam qərəzli mövqeyidir, yazılan cərimə səbəbindən yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin rəisi X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 13 dekabr 2024-cü il tarixdə, saat 17:33 radələrində “Volkswagen T 5” minik markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı - nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radiocihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Məhkəmədə müəyyən olundu ki, 13 dekabr 2024-cü il tarixdə, saat 18:05 radələrində “Volkswagen T 5” minik markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Buna görə də, onun barəsində 13 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 26 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X4 təhlükəsizlik kəmərindən istifadə etməsə belə yol-patrul xidməti əməkdaşının onu 5 metr məsafədən belə görməsinin mümkünsüz olduğunu və onun təhlükəsizlik kəmərindən istifadə edib-etmədiyinin videogörüntü ilə qeydə alınmadığını bildirsə də, inzibati xəta haqqında qanunvericliliyin və Yol hərəkəti haqqında qanunun qeyd olunan müddəalarına əsasən yol hərəkəti qaydalarının pozulması bilavasitə, yəni vizual aşkar oluna bilər. Əks hərəkət zolağında qarşı-qarşıya hərəkətdə olan avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə edib-etmədiyi yalnız vizual və ya xüsusi olaraq bu məqsədlə quraşdırılmış kameralar vasitəsi ilə qeydə alına bilər. Video görüntüdən də, görüntüyü kimi yol patrul xidməti avtomobilində quraşdırılmış kamera vasitəsi ilə təhlükəsizlik kəmərindən istifadə olunub-olunmamasını qeydə almaq mümkün deyildir. Eyni zamanda videogörüntüdən görünür ki, yol patrul xidməti əməkdaşı Mirzə Niftullayevə qanun pozuntusunun təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı olduğunu bildirir və onun barəsində bununla bağlı inzibati protokol tərtib olunacağaını qeyd edir. Mirzə Niftullayev isə yalnız “sübut elə” sözlərində istifadə edir, təhlükəsizlik kəmərindən istifadə etdiyini bildirmir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, onun təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı xəta pozuntusu videogörüntüyə əsasən demək olar ki, yalnız vizual aşkar oluna bilər. Mirzə Niftullayev məhkəmə iclasında yol patrul xidməti tərəfindən hər hansı qərəz və ədavət olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Mirzə Niftullayevin videoçəkiliş zamanı olan davranışları və məhkəmə zamanı davranışı, məhkəmədə inzibati xətanın məhz onun tərəfindən törədilməsi inamını yaradır. Buna görə də, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 TP seriyalı ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan 15 yanvar 2025-ci il tarixdə məhkəməyə şikayət etdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin rəisi X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar