Məhkəmə qərarları › İş №3(050)-1591/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1591/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1591/2024 28.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs 3 saylı Regional Sukanal İdarəsinin rəisi vəzifəsini icra edən X1 nümayəndəsi 3 saylı Regional Sukanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Nümayəndə Teyyub oğlunun iştirakları ilə, 3 saylı Regional Sukanal İdarəsinin rəisi vəzifəsini icra edən X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Regional Sukanal İdarəsinin rəisi vəzifəsini icra edən X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati məsluiyyətə cəlb olunmasına dair barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Regional Sukanal İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, MN-1784616 saylı qərarla inzibati qaydada məsuliyyətə cəlb edilməklə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi məlum olmuşdur. Qərarda göstərilir ki, işə MN ******* nömrəli protokol əsasında baxılmışdır və müəyyən edilmişdir ki guya 3 saylı Regional Sukanal İdarəsinin xidmət sahəsinə aid olan Salyan rayonunun ərazisində formalaşan tullantı suları təmizlənmədən dolayı yolla xəzər dənizinə axıdılır. Lakin, qərarın qəbul edilməsi üçün əsas kimi qeyd olunan protokol ona təqdim edilməmişdir. Həm protokol həm də qərar iştirakı olmadan qəbul edilmişdir. İnzibati qərar xx.xx.2024-ci il tarixdə poçt vasitəsi ilə İdarəyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi üzrə müəyyən edilmiş pozuntuya yol vermişəm. Həmin maddənin tərkibinə diqqət yetirildikdə görünür ki, məsuliyyət su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə yaranmış olur. Halbuki, qeyd olunan iş üzrə obyektiv araşdırma aparılmadan, iş üzrə faktiki hallar müyyən edilmədən qərar qəbul edilmişdir. Rəhbərlik etdiyi İdarə birbaşa istismar etdiyi xətlərə və xidmət göstərmiş olduğu abonentlərdən qəbul etmiş olduğu çirkab suların təmizlənərək axıdılmasına görə birbaşa məsuliyyət daşıyır. İdarə rəisi olaraq verilmiş səlahiyyət çərçivəsində vəzifəsini icra edir, İdarəetməni təşkil edir. İdarənin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən İdarənin əsas vəzifəsi balansında olan su kəməri xətlərinin, qurğuların, mexaniki və texnoloji avadanlıqların müvafiq qaydada saxlanması və istismar edilməsini təmin etməkdir. Yəni İdarəyə aid olamayan hər hansı qurğuların idarə olunması onun səlahiyyətinə aid deyil. İdarəyə aid olmayan boru vasitəsi ilə dənizə çirkab su axıtdığı iddia olunan hər hansı hüquqi və fiziki şəxslərin hərəkətlərinə görə də onun məsuliyyət daşımağı tamamilə qanunsuzdur, onun hər hansı təqsiri yoxdur. Hesab edir ki, inzibati tənbehvermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi 3 saylı Regional Sukanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Nümayəndə Teyyub oğlu şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, lakin şifahi olaraq inzibati təhbehvermə haqqında qərarın yazılmasına səbəb olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan vəsatətə və şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət öyrənilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi X6 xx.xx.2024-cü il tarixdə yəni qanunla müəyyən edilmiş müddətdə (inzibati tənbehvermə haqqında qərardan qanunvericliklə 10 gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur) məhkəməyə şikayətlə müraciət etmişdir. Məhkəmə hesab edir ki, şəxsin şikayətinə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət öyrənilərkən müəyyən edilmişdir ki, 3 saylı Regional Sukanal İdarəsi tərəfindən inzibati xəta Salyan rayonu ərazisində törədilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar (qərardad) qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən inzibati xətanın törədildiyi yer Salyan rayonunun ərazisidir. Şikayətçi qərardan verdiyi şikayətə Masallı Rayon Məhkəməsində baxılması üçün (yaşadığı yer üzrə) şikayətə müvafiq qaydada vəsatət əlavə etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 3 saylı Regional Sukanal İdarəsinin rəisi vəzifəsini icra edən X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayət və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar