Məhkəmə qərarları › İş №3(050)-1591/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1591/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1591/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakları ilə. xx.xx.1999-cu ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3768/2022 saylı icra sənədinə əsasən 28 mart 2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3768/2022 saylı icra sənədinə əsasən 28 mart 2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 2024-cü ilin iyul ayında inzibati qaydada protokol tərtib edilmiş və o, həmin vaxt borclu borcundan ödədiyinə görə tələbkarla razılığa gəldiyindən iş üzrə icraata xitam verilmişdir. Lakin borclu həmin tarixdən sonra borcundan heç bir ödəniş etməmişdir. Borclu ilə əlaqə saxlanılmasına çalışılsada mümkün olmamışdır. Bu səbəbdən də borclunun ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. Daha sonra borclu ilə əlaqə yaradılmasına cəhd olunmuş olsada mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları tərəfindən tutularaq bu gün icra şöbəsinə təqdim olunmuş və barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 2750 manat ödənilməmiş borcu vardır. Tələbkar borcludan borcunun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, işləri zəif olur, bu səbəbdən də ödəniş edə bilmir. Masallı rayonunda yerləşən Köhnə Bazarda fəhləlik edir gündəlik 15-20 manat qazanc əldə edir. İşləri çox olmadığına görə maddi imkanı yaxşı deyildir, eləcədə evdə problemlər vardır. Yaranmış borcundan bu gün heç bir ödəniş edə bilməyəcəkdir. Sabah isə 1000 manat civarında ödəniş edə biləcəkdir. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Müəyyən edilir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 03 iyul 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar