Məhkəmə qərarları › İş №3(050)-1593/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1593/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1593/2024 26.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayonu Yol Patrul xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Şəxs barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş ona görə ki, xx.xx.2024-cü il tarixdə Toyota Prius (HİBRİD) minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddənin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayonu Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Toyota Prius (HİBRİD) minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücü işıq cihazlarında düzgün istifadə etmədiyi üçün saxlanılmış, onda sərxoşluq əlaməti hiss olunduğu üçün tibbi müayinəyə aparılmış və nəticədə narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuşdur. Ona görə də sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə inzibati qaydada protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, O, özünü baxılan iş üzrə təqsirli bilmir. Belə ki, Masallı rayonu Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən nəqliyyat vasitəsi idarə edən zaman saxlanılmış, o tibbi müayinədən keçirilmişdir. Lakin onu heç kim tibbi müayinənin nəticəsi ilə tanış edilməmiş, müayinə protokolunda yazılanlardan xəbəri olmamışdır. Məhkəmə barəsində işdə iştirak edən şəxsləri dindirib və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs iştirakı ilə tibbi müayinə aparılmaqla müayinənin nəticəsində THC pozitiv kannabinoid sərxoşluğu aşkar olunması qeyd edilsə də, lakin yoxlanılan şəxsin müayinə nəticəsi ilə tanışlığı haqqında və ya müayinə nəticəsi ilə tanışlığı haqqında qeydin qarşısında barəsində inzibati icraat aparılan şəxs tərəfindən hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə olan inzibati protokol və protokola əlavə edilmiş sənədlər Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar