Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1596/2024 09.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1990-cı ildə Masallı rayonu, Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-də fəhlə işləyən, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 08 avqust 2024-cü il tarixdə, saat 20:00 radələrində sərxoş halda Masallı şəhəri, 20 Yanvar küçəsində ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Masallı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 08 avqust 2024-cü il tarixdə, saat 20:00 radələrində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Rəhim İbrahimov ilə Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 şəhəri, 20 yanvar küçəsində xidmətdə olarkən Şəxs sərxoş halda ucadan ünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşıb özlərini təqdim edərək ictimai yerdə nalayiq ifadələr işlətməyinin inzibati xəta olduğunu izah edib onu nizam intizama dəvət etmişlər. Lakin, Şəxs ağır dərəcəli sərxoş olduğu üçün onlara əhəmiyyət verməmişdir. Bu səbəbdən də onu Masallı RPŞ-nə dəvət edərək barəsində tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, 08 avqust 2024-cü il tarixdə, saat 17 radələrində Masallı şəhərində yerləşən kafelərin birində arağ və pivə içmişdir. Həmin gün saat 20:00 radələrində Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə əsəbi olduğu üçün uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt tanımadığı iki nəfər polis əməkdaşı ona yaxınlaşb intizama dəvət etsələr də, onlara əhəmiyyət verməmişdir. Bu səbəbdən də polis əməkdaşları onu Masall RPŞ-nə aparmışlar. Hazırda əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 08 avqust 2024-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun inzibati xətanı sərxoş halda törətməsi isə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1596/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1596/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver